Məhkəmə qərarları › İş №2(011)-2564/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2564/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2564/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah dövründə anadan olmuş, 19 may 2010-cu il təvəllüdlü X8 və 04 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 may 2010-cu il təvəllüdlü X4 və 04 aprel 2017-ci il təvəllüdlü X1 üçün onun əmək haqqının 1/3 hissəsi miqdarında alimentin ondan tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2918/2022 saylı qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmasına görə hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Halhazırda uşaqları böyümüşdür, 1-ci və 8-ci sinifdə oxuyurlar, 386 manat aliment məbləği uşaqların ehtiyaclarını qarşılamır, özü 150-200 manat qazanır, həmin pul ilə iki uşağı necə saxlasın? 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu da artırılaraq 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh dənizdə işləyir və yaxşı maaş alır, buna baxmayaraq minimum aliment məbləğindən başqa heç bir əlavə yardım göstərmir, həmçinin uşaqları ilə görüşüb onların qayğısına da qalmır, qonşuları da buna şahiddir. Cavabdeh, başqa qadınla ailə həyatı qurmuşdur, onun uşağına və anasına baxır. Cavabdeh bunun üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia tələbinin müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(0011)-4268/2021 saylı qətnaməsi ilə İddiaçı ilə aralarındakı nikahın pozulması, 19 may 2010-cu il təvəllüdlü qızları X4 və 04 aprel 2017-ci il təvəllüdlü oğulları X3 anasının yanında saxlanması və ondan uşaqların saxlanması üçün hər ay hər uşağa 175 manat, cəmi 350 alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ondan tutulan ailmentin miqdarı artırılmış, hər uşağa 193 manat, cəmi 386 manat alimentin ondan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, uşaq evində böyümüşdür, heç bir qohumu yoxdur, yəni ona maddi cəhətdən kömək edəcək heç bir şəxs yoxdur. Cavabdehlə birgə yaşadıqları vaxt çox çətinliklə pul toplayaraq özlərinə ev almışlar, lakin cavabdeh və anası onun yetim, kimsəsiz olduğundan istifadə edərək onu aldadaraq həmin evi cavabdehin anası öz adına rəsmiləşdirmişdir ki, boşanan zaman həmin evdən ona pay düşməsin. Kirayədə yaşayır. Əmək haqqı cəmi 967 manatdır. Kirayə haqqını ödədikdən və alimenti ödədikdən sonra ona çox az miqdarda vəsait qalır ki, bununla da dolana bilmir. Cavabdehlə boşandıqdan sonra ailə həyatı qurmuşdur, ikinci nikahdan 1 yeni doğulan qız uşağı övladları vardır. Həmçinin arvadının birinci nikahdan 1 yetkinlik yaşına çatmayan övladı vardır və həmin uşaq da onlarla birlikdə kirayədə yaşayır. Alimenti və kirayə haqqını ödədikdən sonra yeni doğulan uşağa qida məhsulları və s. almağa pulu çatmır ki, buna görə də evdə daim söz-söhbət olur, artıq ailəsi dağılmaq üzrədir. Onun səbəbinə görə indiki həyat yoldaşı alimentinin ödəməsini 235 manat sabit pulu və 50 manat uşağın 3 ( üç ) yaşınadək , cəmi 285 manat məbləğində məndən tələb edib. 4 nəfərdən ibarət, kirayədə yaşayan ailə qalan vəsaitlə neçə yaşaya bilər? O, ikinci ailə qurduqdan sonra iddiaçı onun uşaqları ilə ünsiyyətinə qadağa qoymuşdur. O nəinki, uşaqlarla görüşmək imkanından məhrum olmuş, heç onlarla telefon vasitəsi ilə ünsiyyət yarada bilmir, dəfələrlə cavabdehə təklif etmişdir ki, “gəl bu mübahisələrə, məhkəmə çəkişmələrinə son qoy, hər ay uşaqların saxlanması üçün əmək haqqımın 1/3 hissəsi miqdarında aliment ödəyim” , lakin cavabdeh bununla razılaşmır və bildirir ki, onu məhkəmələrdə süründürəcəkdir və hər dəfə alimentin artırılmasını tələb edəcək ki, ikinci ailəsinin dağılmasına səbəb olsun. Əgər məhkəmə İddiaçı iddia tələbini təmin edərsə, bu həqiqətən də onun ailəsinin dağılmasına səbəb olacaqdır. Çünki, onsuz da o, ailəsini güclə, ehtiyac içərisində saxlayır, əgər alimentin miqdarı artırılarsa, onun qız uşağının da, atasız, yetim qalmaq ehtimalı şübhəsizdir. O, oğullarını çox sevir, onların üzünə həsrət qaldıqca onlara olan məhəbbəti daha da güclənir. Uşaqların saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Lakin onlara elə miqdarda aliment ödənilməsini istəyir ki, o, küçələrə düşüb dilənçilik etməsin, onsuz da onun uşaqlığı və həyatı çox ağır keçmişdir, onun bundan da ağır vəziyyətə düşməyinə imkan verməməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. O, ikinci dəfə ailə qurmuşdur, bu nikahdan 1 qız övladı vardır və hesab edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin müddəaları ona tətbiq edilə bilər. Sonda Cavabdeh ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2 aylıq körpələri var. İddiaçı tərəfə görə məcbur qalaraq məhkəməyə verib, barışıq sazişi bağlamışdır. Hazırda 2 uşağı var, biri əvvəlki nikahındadır. Analıq məzuniyyətində olduğuna görə işə də çıxa bilmir, cavabdeh özü ilk nikahdan boşanmaq istəyib, səbəb isə iddiaçının onu evdən qovması olub. 193 manat aliment təyin olunanda iddiaçı demişdir ki, başqa aliment istəmir, lakin əlavə olaraq uşağına planşet aldırır, məktəb üçün pul istəyir, haızrlıq üçün pul istəyir. Bunlar hamısı alimentdən əlavədir. 1/3 miqdarda aliment də təklif edirlər, lakin iddiaçı istəmir. Noyabr ayından işləmir, işə 25 martdan sonra çıxacaq. Sonda Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 939762 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 aprel 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 519152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 may 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2918/2022 saylı Qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(011)-4268/2021 saylı qətnaməsi əsasında 19 may 2010-cu il təvəllüdlü X4 və 04 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının dəyişdirilməsi barədə qarşılıqlı iddia tələbi isə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00009 nömrəli “İlkin mediasiya sessiyasından sonra proesesin davam etdirilə edilməməsi” barədə Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh (nümayəndəsi) prosesin davam etdirilməsinə razılıq verməmiş, İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat poçt xərcini ödəmişdir. İş materiallarında olan 421028 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Nümayəndə arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan 6 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 958890 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17 dekabr 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası Nümayəndədır. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi bağlanmışdır. Sazişin bəndlərindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları 17 dekabr 2023-cü il X2 üçün hər ay 285 manat məbləğində alimentin Cavabdeh tərəfindən Nümayəndə bank hesabına ödəməsi barədə razılaşmışlar. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xidmətçi vəzifəsində işləyir, onun əmək haqqı 1090.08 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, birgə nikahdan 19 may 2010-cu il təvəllüdlü X8 və 04 aprel 2017-ci il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, əvvəlki məhkəmə qətnaməsi əsasında hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat miqdarında sabit aliment məbləği müəyyən olunmuşdur. Cavabdeh yenidən nikaha daxil olmuşdur, həmin nikahdan 17 dekabr 2023-cü il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmayan bir uşağı var və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 285 manat məbləğində aliment ödənilməsi barədə Barışıq Sazişi bağlamışdır. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Xidmətçi vəzifəsində işləməklə 1090.08 manat mələğində əmək haqqı alır. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onun əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 2918/2022 saylı Qətnaməsi ilə ilkin iddia üzrə iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşaqların yaş həddini, əvvəlki yaşayış səviyyələrini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, həmçinin uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişini nəzərə alaraq, 19 may 2010-cu il təvəllüdlü X4 və 04 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, ümimilikdə 440 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh “onun hal-hazırda kirayə evdə yaşaması, yenidən ailə qurması, arvadının ilkin nikahdan olan övladının da onun himayəsində olması, ikinci nikahdan olan uşağı üçün də aliment ödəməsi barədə razılığa gəlməsi, bununla da təyin olunmuş alimentin miqdarının əmək haqqı əsasında (1/3 hissəsi) müəyyən olunması) barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etməməklə onların şəxsi tələbat və ehtiyacları ilə şərtləndirilə bilməz. Bu, həm də onunla izah oluna bilər ki, qanunvericiliklə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarından da göründüyü kimi, əvvəlki aliment miqdarı bir uşağa görə 193 manat müəyyən olunmuş, alimentin artırılması əsası yaşayış minimumu ilə əlaqələndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh alimentin miqdarının dəyişdirilərək əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsi ilə bağlı tələbi əsassız olduğundan, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2918/2022 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 19 may 2010-cu il təvəllüdlü X4 və 04 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 46,4 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2918/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissə təmin edilməsin. Cavabdeh 46 (qırx altı) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh "19 may 2010-cu il təvəllüdlü X4 və 04 aprel 2017-ci il təvəllüdlü X1 üçün onun əmək haqqının 1/3 hissəsi miqdarında alimentin ondan tutulması" barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar