Məhkəmə qərarları › İş №2(011)-2568/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2568/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2568/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1nə və Salyan rayon 2 saylı dövlət notariat ofisinə qarşı “kredit müqavilsinin etibarsız hesab olunması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1nə və Salyan rayon 2 saylı dövlət notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Salyan rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-2486 saylı icra vərəqəsinin ləğv olunması, 13 dekabr 2022ci il tarixdə Cavabdeh2 ilə bağlanmış kredt müqaviləsinin etibarsız hesab edilməsi, ödədikləri əlavə xərclərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 dekabr 2022 ci il tarixdə Cavabdeh2 maşın bazarında “Toyota Camry” markalı 99KH303 dövlət qeydiyyat nömrə nişanlı avtomobili 16.000 manata razılaşma ilə almışdır. İlkin ödəniş əsasında 8.000 manat razılıq ilə pul vermişdir. Borc qalan kredit məbləğ xx.xx.2022 ci il tarixdə 2.000 manat yerdə qalan 6.000 manat məbləği isə 13.012023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin maşında problem olduğundan cavabdehə bu barədə məlumat vermiş, maşına 2800 manat əlavə xərclər ödəmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Salyan rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş 8İ-2486 saylı icra vərəqəsi çıxarılmış və Cavabdeh1 tərəfindən xx.xx.2023 cü il tarixdə icraata başlama haqqında qərar çıxarmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, habelə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1nə və Salyan rayon 2 saylı dövlət notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 8300 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, İddiaçı krediti xx.xx.2022-ci il tarixində 200 manat, qalan 6300 manatını isə xx.xx.2023-cü iıl tarixində Cavabdeh2 qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq barədə qərardadn görünür ki, İddiaçı müddət üçün vaxtında ödənilməmiş 8300 manat və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 8325 manat pul tutulub Cavabdeh2 xeyrinə verilməsinə dair Salyan rayon 2 saylı notariat ofisinin tərəfindən verilmiş 8İ-2486 saylı xx.xx.2023-cü il tarixli icra qeydi üzrə icraata başlanılmışdır. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylə qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli 8İ-2486 saylı icra qeydinin verilməsinə əsas olan sənədlər məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusu ilə Salyan rayon 2 saylı notariat ofisindən tələb edilmiş, lakin adıçəkilən notariat işi və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2568/2024 saylı xx.xx.2024-cü il tarixli iddia ərizəsi Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icraata başlama barədə qərarın ləğv edilməsi hissəsi iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 76-cı maddəsinə əsaən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur Həmin Qanunun 79-cu maddəsinə əsasəm icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsibarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixində kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı 8300 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, İddiaçı krediti xx.xx.2022-ci il tarixində 200 manat, qalan 6300 manatını isə xx.xx.2023-cü iıl tarixində Cavabdeh2 qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 7-ci bəndindən görünür ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahiəsiz qaydada alınır. Hazırda isə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, maşında problem olmuş və maşına 2800 manat əlavə xərc çəkmiş, kredit müqaviləsi ilə əlaqədar mübahisə yarandığından iş məhkəmədə baxılmalı və icra qeydi ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. İddiaçı cavabdehlə bağladığı 13 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılmasını iddia ərizəsində qeyd etsə də, bu halları təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edə, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericilin tələbi baxımından hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi hissəsi ilə bağlı isə qeyd edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a uyğundur. Odur ki, tərəflər arasında mübahisənin olması, yəni iddiaçının kredit müqaviləsini məhkəmə qaydasında mübahisələndirməsi icra qeydinin ləğvi üçün əsas deyildir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1nə və Salyan rayon 2 saylı dövlət notariat ofisinə qarşı “kredit müqavilsinin etibarsız hesab olunması” barəsində iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar