Məhkəmə qərarları › İş №2(011)-2569/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2569/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2569/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İsgəndərova Əlvanə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Cavabdeh 6000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2020-ci ilin yanvar ayının 3-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında iddiaçının xalası qızı Kəmalə Həsənovanın yanında olarkən təsadüfən tanış olmuşdur. Həmin vaxt Kəmalə Həsənova hospitalda ginekologiya şöbəsində müalicə alırdı. Cavabdeh isə hospitalda işləyən atasının yanına baş çəkməyə gəlmişdi. Kəmalə Həsənovanın müalicə aldığını eşidib ona baş çəkmək istəyən zaman otaqda təsadüfən rastlaşmışlar. Cavabdeh xalası qızı Kəmalə Həsənova ilə əvvəllər Gəncədə N saylı hərbi hissədə birlikdə işləmişdi, münasibətləri yaranmışdır. Cavabdehlə tanışlıq zamanı özünü Müdafiə Nazirliyində maliyyə rəisi kimi işləyən şəxs kimi təqdim etdi. Cavabdeh onun işsiz olduğunu bildikdən sonra mobil telefon nömrəsini aldı, davamlı olaraq mobil telefonda zəng edərək, onu Müdafiə Nazirliyinin Silahlı X3 Mərkəzinə MAHHXHQ kimi işə düzəldəcəyinə söz verdi, işə düzəltmə qarşılığında 10.000 (on min) manat pulun lazım olacağını bildirdi. İddiaçı edilən təkliflə razılaşmış və birinci dəfə 2020-ci ilin yanvar ayının 25-də Bakı şəhəri. Nəsimi rayonu, “28 May” metrosunun qarşısında saat 15 radələrində Cavabdehlə görüşərək 4000 (dörd min) manat pulu əlbəəl olaraq ona vermişdir. Cavabdeh 4000 manatı aldıqdan sonra ona mart ayında artıq işə başlayacağını dedi, növbəti dəfə 2020-ci ilin fevral ayında Cavabdeh onu yığaraq 3000 (üç min) manat lazım olduğunu demişdir. 27 fevral 2020-ci il tarixdə Bakı şəhəri. Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşadığı evin yaxınlığında əlbəəl olaraq Cavabdeh 3000 (üç min) manat pulu vermişdir. Cavabdeh pul vəsaitini aldıqdan sonra 2020-ci ilin mart ayında kursun yenidən başlayacağım bildirdi, kursdan sonra işə başlayacağını demişdir. Aradan xeyli vaxt keçdikdən sonra Cavabdeh işlətdiyi mobil telefonuna zəng edərək nə vaxt işə başlayacağını soruşanda cavabında ölkədə yaranmış pandemiya şəraiti ilə bağlı hər yerdə işlərin dayandığını, səbrli olmağını, tezliklə işə başlayacağını bildirdi. 2020-ci ilin aprel ayının əvvələrində Cavabdeh ona zəng edərək təcili 1000 (min) manat pul lazım olduğunu, 1000 (min) manat verəcəyi təqdirdə işə başlayacağımı dedi. Bundan sonra 2020-ci ilin aprel ayının 4-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən Silahlı X1rşısında Cavabdehlə görüşərək ona əlbəəl olaraq yenə də, 1000 manat pul vermişdir. Yenə də aradan xeyli vaxt keçdikdən sonra Cavabdeh mobil telefonla zəng edib işinin alınmayacağı təqdirdə ona verdiyi pulları geri istəmişdir. Cavabdeh yenə də iddiaçıya yalan vədlər verərək hər şeyin həll olunduğunu, işə başlamağı barədə əmrin hazır olduğunu, əlavə olaraq 2000 manat pulun lazım olduğunu demişdir. İddiaçı çarəsiz qaldığından 2000 manat pulu 2020-ci ilin iyun ayının 2-də saat 16 radələıində Bakı şəhəri, Nəsimi rayonu. Dəmiryolu Vağzalının qarşısında yerləşən “LC Waikiki" geyim mağazasının qarşısında Cavabdehlə yenidən görüşərək ona əlbəəl olaraq vermişdir. Axırıncı məbləği Cavabdeh verərkən onu mobil telefon vasitəsi ilə lentə almışdır, lakin Cavabdeh bundan xəbəri olmamışdır. Sonradan Cavabdeh onu aldatdığını dəqiqləşdirdikdən sonra DİN-in 102 xidmətinə zəng edərək onun barəsində şikayət ərizəsi ilə müaciət etmişdir. Həmin şikayət ərizəsi əsasında Cavabdeh barəsində cinayət işi başlanmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-169/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, Cavabdeh qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almşdır. İddiaçıya dəymiş ziyandan Cavabdeh tərəfindən ümumilikdə 4000 manatı qaytarılmış, qalıq qalan 6000 manat məbləğ isə hazırki günə qədər ödənməmişdir. Cavabdeh insanlığa sığmayan bu hərəkəti nəticəsində iddiaçı xeyli sarsıntı və stress keçirmiş, nəticədə mənə maddi və mənəvi zərər dəymişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-169/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, Cavabdeh qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin Hökmün surətindən həmçinin görünür ki, təqsirləndirilən şəxs Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 10000 manat pul almış, həmin məbləğdən 4000 manat məbləğində vəsaiti geri qaytarmışdır, qalan borcu isə 6000 manat olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-169/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəsini almışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçıın etibarından sui-istifadə etməsi və aldatması nəticəsində sonuncuya 6000 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Qeyd edilənlərə əsasən İddiaçı vurulmuş maddi ziyana görə 6000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 6000 (altı min) manat məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar