Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-258/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı “Nikoyl” X4 xx.xx.2015-ci il tarixində Xətai Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh xx.xx.2015-ci il tarixinədək hesablanmış və ödənilməmiş 2578 manat əsas borc və 556 manat faiz borcu, cəmi 3134 manat, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumunun tutularaq Nikoyl” X2 ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(011)-4584/2015 №-li məhkəmə əmrinə əsasən, xx.xx.1983-cü il tarixli Nefçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 2578 manat əsas, 556 manat faiz borcu olmaqlacəmi 3134 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu “Nikoyl” İKB-nin xeyrinə tutulması əmr edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4584/2015 №-li qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(011)- 4584/2015 №-li məhkəmə əmrində qeyd olunan “X5” sözləri “Cavabdeh” sözləri kimi oxunması qərara alınmışdır.
4. Bakı Şəxəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4584/2015 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)- 4584/2015 №-li məhkəmə əmrinin ləğv edilməsi və 2(011)-4584/2015 saylı mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır.
İddiaçının tələbi:
5. İddiaçının əvvəlki tələbi kredit müqaviləsindən irəli gələn xx.xx.2015-ci il tarixədək hesablanmış ödənilməmiş 2578 AZN əsas borc və 556 AZN faiz borcu, cəmi 3134 AZN, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla, Cavabdeh tutulub "Nikoyl" X2 ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasıdır.
6. İddiaçı ASC-nin nümayəndəsi İsa Hacıyev 25 iyun 2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1238,12 manat əsas borc, 1288,11 manat faiz borcu, 129,02 manat cərimə borcu olmaqla, xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış əldən çıxmış fayda 986,80 manat olmaqla, ümumilikdə cəmi 3642,05 manat borcun və 56,42 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:
7. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 2(011)-4584/2015 №-li Məhkəmə Əmrinə etiraz etdiyini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, 2(011)- 6103/2024 saylı iş üzrə bağlı iddiaçı idda müddətini buraxmışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 öz izahatında iddianı müdafiə etmiş və Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1238,12 manat əsas borc, 1288,11 manat faiz borcu, 129,02 manat cərimə borcu olmaqla, xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış əldən çıxmış fayda 986,80 manat olmaqla, ümumilikdə cəmi 3642,05 manat borcun və 56,42 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddia müddətinin qeyd edilməsi əsassızdır. Cavabdeh barəsində yekun məhkəmə qərarı olan məhkəmə əmri olmuşdur. Daha sonra cavabdeh tərəfindən ərizə əsasında iş iddia icraatına keçirilmişdir.
10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddia müddəti keçmişdir. İddiaya etiraz etmiş və bildirmişdir ki, məhkəmə əmrində Babayev Rövşən yazılmış, lakin onun adı Cavabdehdır. O heç bir sənədə imza atmadığını bildirmişdir. Daha sonra isə pulu başqa adam üçün götürdüyünü və özünü də başqa problemlərinin olduğunu bildirmişdir. 2015-ci ildə bankın nümayəndələri onun barəsində məhkəməyə müraciət edəcəklərini bildirmişdirlər. Lakin ondan sonra sonuncu dəfə kartından pul çıxana qədər heç vaxt onu çağırmamışdırlar. Banka borcu olduğundan xəbəri olmuş, lakin borcu ödəyə bilməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. “Nikoyl” X4” ilə Cavabdeh arasında bağlanmış 11-Y-1-0-495-14 №-li, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcalan Cavabdeh 24 ay müddətinə, illik 24 % olmaq şərtilə 3000 manat məbləğində kredit vermişdir.
12. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, əsas borc üzrə qalıq məbləğ 1238,12 manat, faiz borcu üzrə qalıq məbləğ 1288,11 manat, cərimə borcu üzrə qalıq məbləğ 258,03 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 986,80 manat təşil edir.
13. İddiaçı ASC tərəfindən verilmiş Cavabdeh adına xx.xx.2015-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/7804/2024 №-li rəyə əsasən, Cavabdeh "xxxx" (hazırki Yelo Bank) ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur, 26 may 2015-ci il tarixə (sual üzrə tarixə): -əsas bor üzrə 2576,72 manat, -faiz borcu üzrə 286,59 manat. və s.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM):
368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.1. Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenum Qərarı.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).
20. İddiaçı tərəf hazırki dövr üçün iddia tələbinin həcmini artırmışdır. Lakin məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan münasibətə hüquqi faktın baş verdiyi dövr üzrə maddi hüquq normaları tətbiq edilərək həmin dövrdə yaranmış borc məbləğinə müvafiq işin həll edilməsi məhkəmənin ədalət prinsipinə daha uyğun olar. Həmçinin bu məsələnin aydınlaşdırılması üçün məhkəmə tərəfindən ekspertiza keçirilmişdir.
21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/7804/2024 №-li rəyə əsasən, Cavabdeh "xxxx" (hazırki Yelo Bank) ASC-yə olan borcu 26 may 2015-ci il tarixə əsas bor üzrə 2576,72 manat, faiz borcu üzrə 286,59 manat müəyyən edilmişdir. (§14) Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi faiz borcunun ekspertiza rəyinə müvafiq olaraq azaldılaraq, əsas faiz borcu üzrə 286,59 manat müəyyən edilməsi məqsədəmüvafiqdir.
22. İddiaçının digər bir tələbi isə 129,02 manat cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış fayda olan 986,80 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi olmuşdur. AR-ın Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə qeyd edir ki, iddiaçını həmin tələbləri də əsas tələbə bağlı olan əlavə tələblərdir. Həmçinin, keçən dövr ərzində iddiaçı tərəfindən cərimə borcunun və əldən çıxmış faydanın ödənilməsi barədə hər hansı müraciət edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissələrdə təmin edilməməlidir.
23. Məhkəmə həmçinin Cavabdeh müddətin keçməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edərək faktiki olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada iddia müddətinin axımını kəsmişdir. Belə ki, həmin məcəllənin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Bu səbəbdən məhkəmə cavabdehin ərizəsini icraata xitam verilməsi üçün əsaslı hesab etmir.
24. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə 1238,12 manat, faiz üzrə 286,59 manat olmaqla, ümumilikdə 1524,71 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq azaldılaraq 35,25 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının üzrə 100 manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh əsas məbləğ üzrə 1238,12 manat, faiz üzrə 286,59 manat olmaqla, ümumilikdə 1524,71 (min beş yüz iyirmi dörd manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 35,25 (otuz beş manat iyirmi beş qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tərəfindən X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova