Məhkəmə qərarları › İş №2(011)-2593/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2593/2020

30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2593/2020 30.07.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdehəsən oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehəsən oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin “alimentin artırılmasına dair” onun tələbi əsasında qəbul olunmuş xx xxx 2019-cu il tarixli 2(011)-4738/2019 saylı qətnaməsi ilə xx xxxxxx 2016-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün təyin olunmuş aliment 160 manat sabit pul məbləğində müəyyənləşmişdir. Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(011)- 4738/2019 saylı qətnaməsinin qəbul olunduğu il “AR-da 2019-cu il üçün yaşayış minumumu haqqında” qanununa əsasən, 2019-cu ildə uşaqlar üçün yaşayış minumumu 160 manat müəyyən edilmişdir. “AR-da 2020-ci il üçün yaşayış minumumu haqqında” qanununa əsasən, 2020-ci ildə yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, o, hesab edir ki, alimentin minumum məbləği 170 manat olmalıdır. xx xxxxxx 2017-ci il tarixdə yüksək hərarət, evdə qıcılma və digər şikayətlər, xx xxxxx 2018-ci il tarixdə yenidən bu kimi şikayətlərlə əlaqədar xəstəxanaya aparmış və ona burda “kəskin respirator virus infeksiyasının ağır forma” və “febril qıcolma” diaqnozu qoyulmuşdur. Bu il yanvar ayında o, yenidən qızının vəziyyətində ağırlaşma halları olduğundan xəstəxanaya aparmış, bu zaman “kəskin bronxit” daiqnozu qoyulmuşdur. Hər xəstəxanaya gediş zamanı xəstəliyinin ağırlığından bir neçə gün orda qalmalı olmuşlar. Bunlarla əlaqədar onun çox xərci çıxır, bəzən dərmanları almağa pulu olmur. Buna görə də, Cavabdeh sabit pul məbləğində aylıq alimentdən əlavə hər ay 150 manat tutularaq ona ödənilməsini istəyir. İddiaçı göstərilənləri nəzərə alaraq, Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(011)-4738/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh birgə nikahlarından doğulmuş xx xxxxxx 2016-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və 150 manat sabit pul məbləğində əlavə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qeyd etmişdir ki, heç bir yerdə işləmir və uşağa təkbaşına baxır, ata tərəfindən ödənilən aliment uşağın yemək, müalicə və saxlanma xərcləri üçün yetərli deyil, çünki hazırda dərmanlar, müayinələr çox bahadır. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, əlavə xərclər hissəsində iddia tələbini qəbul etmədiyini, əlavə xərcləri zəruri olduqda ödəyəcəyini, evli olduğunu və bir övladının da olacağınıbildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4738/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin atırılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan epikrizlərin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından olan X4 müxtəlif tarixlərdə reanimasiya şöbəsinə daxil olmuş və ona “kəskin respirator virus infeksiyasının ağır forma” və “febril qıcolma” və “kəskin bronxit” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşaqın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu, eyni zamanda uşağın mütəmadi müalicəyə ehtiyacı olduğu üçün iddia qismən təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4738/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi ilə əlaqədar 100 manat məbləğində əlavə xərc iddiaçının xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdehəsən oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4738/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 manat sabit pul məbləğində aliment və 100 manat məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh Cavabdeh 20 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar