Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2595/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna və Kapital Bank” ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-3865 saylı icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-3865 saylı icra qeydinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evinə tutma yönəldilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü tarixli 17\74 nömrəli məktubuna əsasən Türkan qəsəsbəsi 19 “Şərq” b\y İİ sektor ünvanında 0,10 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evi Xəzər rayon inzibati ərazisində yerləşdiyi üçün icra hərəkətlərini həyata keçirmək üçün icra vərəqi əmlakın olduğu Xəzər rayonuna göndərilmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə Xəzər rayon İcra şöbəsinə Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 67,90 kv.metr olan bağ evinə tutma yönəldilməsinin icra olunmasını həyata keçirmək üçün və ilkin satış qiymətinin müəyyən edilməsi, müstəqil qiymətləndirmə aparılması məqsədi ilə "xxxx" MMC və ya "xxxx" MMC-nə göndərilməsini xahiş etmişdir. Tələbin könüllü icra üçün ona bildiriş xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Onunla 12\105 nömrəli ipoteka müqaviləsi xx.xx.2021-ci ildə bağlanmışdır. 12\105 nömrəli ipoteka müqaviləsinin 2.4-cü bəndində ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2021-ci il tarixə 121.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2021-ci il tarixə 121.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetinin bazar dəyəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən, yəni 121.000 manat dəyərdən qat-qat çox artmışdır. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 ASC-nin iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o bildirmişdir ki, tərəflər arasında xx.xx.2021 -ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə ilə tənzimlənən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Müqavilənin 7.7-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə tərəfindən həll olunur. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəlikləri tam icra edənə qədər o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra kredit müqaviləsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərcləri tam ödənilədək qüvvədə qalır. Göründüyü kimi, tərəflər arasındakı münasibətləri tənzimləyən müqavilədə ipoteka predmetinə tutmanın yönəldilməsinin icra qeydi verilinməsi ilə bağlı hər hansı müddəa yoxdur, əksinə müqavilə üzrə tərəflər mübahisələrin məhz məhkəmə qaydasında həll edilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 7.3-cü bəndində qeyd olunan məhkəmə qətnaməsi ifadəsi isə icra qeydinin verilməsini istisna edir. Qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsinin məhz icra qeydi vasitəsilə həyata keçirilməsi barədə imperativ norma yoxdur, icra qeydi və ya məhkəmə müdafiəsi üsulunu seçmək hüququ tərəflərə verilib, bu hal da, yəni mübahisələrin məhkəmə vasitəsi ilə həll edilməsi tərəflər arasında imzalanmış müqavilədə konkret göstərilib.məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, həmin qurum tərəfindən məhkəməyə ərizə ünvanlanaraq mülki işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edirmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “maksimal borclanma limiti müqaviləsi daxilində” 06 aprel 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 (on iki) ay müddətinə illik 15% olmaqla 120 000 (bir yüz iyirmi min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə təminat olaraq İddiaçı ilə 01 iyun 2021 -ci il tarixli ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, "Şərq” b/y İİ sektor ünvanında 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.m olan bağ evi "xxxx" ASC-nin xeyrinə ipoteka ile yüklü edilmişdir. Əmlakın ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 iyun 2021-ci il tarixli. ********** qeydiyyat nömrələri və **********92-11301 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. Tələbkar 'Kapital Bank” ASC elektron qaydada Notariat icra qeydi haqqında ərizə ilə müraciət etmiş və 14 oktyabr 2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bakı şəhəri 36 saylı notariat ofisinin icra qeydinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq" b/y İİ sektor ünvanında 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.m olan bağ evinə tutma yönəldilmişdir. İddia tələbləri əsassız olduğundan o, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli, 8İ-3865 saylı icra qeydinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evinə tutma yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-3865 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-3865 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-3865 saylı icra sənədi üzrə borclunun əmlakının qiymətləndirilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evinin qiymətləndirilməsi üçün Xəzər rayon İcra şöbəsinə "xxxx" MMC-nin ekspertinin dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan ipoteka saxlayan Cavabdeh2 ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında bağlanmış 12\105 nömrəli xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, borc alanın 01 iyun 2021-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəsinə əsasən yaranan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bank - Cavabdeh2 ASC, borcalan SGC" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəsinin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 (on iki) ay müddətinə illik 15% olmaqla 120 000 (bir yüz iyirmi min) manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ipoteka qoyan İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında 01 iyun 2021ci il tarixli, Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəyə əsasən "xxxx" MMCyə maksimal borclanma limit məbləği olaraq 200 000 manat pul məbləği ayrılmışdır. Maksimal borclanma limiti müqaviləsinin təminatı kimi Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b/y İİ sektor ünvanında 0.10 sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.m olan bağ evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X5 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 02 iyun 2021-ci il tarixli, **********92- 11301-06301 reyestr və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Əlavə olaraq Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında 01 iyun 2021-ci il tarixli 205/105 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində "xxxx" MMC-nin borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Həmçinin Cavabdeh2 ASC ilə X3 arasında 01 iyun 2021-ci il tarixli 205/105 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində X1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Maksimal borclanma limiti müqaviləsi daxilində 06 aprel 2022-ci il tarixdə Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında bağlanmış Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəyə əsasən illik 15% olmaqla 12 (on iki) ay müddətinə 120 000 (bir yüz iyirimi min manat) manat məbləğində kredit verilmişdir. Borclular "xxxx" MMC, "xxxx" MMC və X3 kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cəriməni ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdirlər. Borclular "xxxx" MMC-nin, "xxxx" MMC-nin və X1 01 iyun 2021-ci il tarixli maksimal borlcanma limitinə dair Kreditləşmənin Xüsusi Şərtlərinə 01 saylı Əlavə və 06 aprel 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavəsi üzrə xx.xx.2023-cü il tarixə Banka 71 736.63 (yetmiş bir min yeddi yüz otuz altı manat altmış üç qəpik) manat əsas, 5 589.49 (beş min beş yüz səksən doqquz manat qırx doqquz qəpik) manat faiz borcu və 1 564.26 (min beş yüz altmış dörd manat iyirmi altı qəpik) manat cərimə borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borc 21 gün müddətində ödənilmədiyi halda bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq” b/y İİ sektor ünvanında 0.10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.m olan bağ evinə tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-3865 saylı icra sənədi verilməsinə dair məhkəməyə təqdim edilmiş notariat işinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş kredit alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “AzəriExpress” surətli poçt xidməti vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmin bidiriş xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyan İddiaçı “AzəriExpress” surətli poçt xidməti vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmin bidiriş xx.xx.2023-cü il tarixdə “qapı bağlıdır” qeydi ilə qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh2 ASC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ********** saylı, xx.xx.2023-cü il tarixli elektron müraciətə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 19, “Şərq" b/y-nın İİ sektoru ünvanında yerləşən bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf:q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsin' umlar.n qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. Həmin maddəyə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ipoteka qoyana “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə” bildiriş qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərildiyindən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsəbəsi 19, “Şərq” b\y İİ sektor ünvanında yerləşən 0,10 sot torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 167.90 kv.metr olan bağ evinə tutmanın yönəldilməsi barədə icra qeydinin verilməsində qanunla müəyyən edilmiş ümumi qaydanın ziddinə yönəlmiş sair hal müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2595/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2595/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver