Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-26/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 kreditorun xeyrinə xx.xx.2016-cı il tarixli, 1992-xx.xx.2016-1860 saylı kredit müqaviləsi üzrə 4428,93 manat əsas borc, 327 manat faiz borcu, 440 manat cərimə, cəmi 5195,93 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Suraxanı” filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1992-xx.xx.2016-1860 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 4500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bank Cavabdeh2 ilə 12.2016-cı il tarixli 1992-xx.xx.2016-1860 saylı zaminlik müqaviləsi bağlamışdır. Zamin, müqavilənin şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. Kredit müqaviləsinin 7.3-cü maddəsinə əsasən Cavabdeh1 aldığı kredit vəsatini hər ay qrafikə uyğun ödəməli idi. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və yaranmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclulara kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda borcluların İddiaçı ASC-yə 4428,93 manat əsas borc, 327 manat faiz borcu, 440 manat cərimə, cəmi 5195,93 manat məbləğində borcu mövcuddur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1494/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrindən verdiyi etiraz əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Daha sonra İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101 s sayiı Sərəncamının icrası ilə əlaqədar İddiaçı ASC ilə “xxxx” QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun "xxxx" 3SC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə imzalandığını, Sərəncamın icrası ilə bağlı İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 oğlunun problemli borcu üzrə tələb hüququnun təhvil-təslim sənədləri əsasında “xxxx” QSC-yə təhvil verildfiyini gğstərmiş və özünün əsl iddiaçı “xxxx” QSC ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, həqiqətən də, 2016-cı ildə bankdan kredit götürmüşdür. Lakin tərəfindən ödənişlər olunmuş, hətta artıq ödədiyi 400 manat ona qaytarılmışdır. Ona görə də, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan " İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1992-xx.xx.2016-1860 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc alana illik 21 %-lə, 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan " İddiaçı" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1992-xx.xx.2016-1860 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə zamin və borc alan bank qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC ilə “xxxx” QSC arasında bağlanmış “İddiaçı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun xxxx QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, bankın problemli aktivlərinin tələb hüququ xxxxQSC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 204 saylı təhvil-təslim aktının və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, xxxx QSC tərəfindən İddiaçı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər akta əsasən “xxxx” QSC-yə verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 7066 saylı kredit küqaviləsi üzrə 3428,93 manat əsas borc, 161,34 manat faiz borcu, cəmi 3590,27 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 16-00533-2021 saylı məktubundan görünür ki, məlumat bazalarına əsasən Cavabdeh1 və Cavabdeh2 adları “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 2019-cu il 28 fevral tarixli 551 nömrəii Fərmanının təsir dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla İddiaçı ASC-nin problemli aktivlərinin tələb hüququnun “xxxx” QSC-yə keçməsi, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 1992-xx.xx.2016- 1860 saylı kredit küqaviləsi üzrə 3428,93 manat əsas borc, 161,34 manat faiz borcu, cəmi 3590,27 manat borcunun qalması, digər Cavabdeh2 borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə bank qarşısında birgə məsuliyyət daşıması təsdiq olunduğundan, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 1992-xx.xx.2016-1860 saylı kredit müqaviləsi üzrə 3428,93 manat əsas borc, 161,34 manat faiz borcu, cəmi 3590,27 (üç min beş yüz doxsan manat, 27 qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-26/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-26/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver