Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-26/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 Məhəməd oğlundan 5920 manar əldə çıxmış fayda və qanunsuz olaraq evində yaşadıqları müddətdə istifadə etdikləri qazın pulu olan 225 manat, cəmi 6145 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh2 və Cavabdeh1 Məhəməd oğlundan 5920 manar əldə çıxmış fayda və qanunsuz olaraq evində yaşadıqları müddətdə istifadə etdikləri qazın pulu olan 225 manat, cəmi 6145 manat pulun və mənəvi ziyana görə 3000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh3 da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evi 2017-ci ildə natorial qaydanın bütün qanuni tələblərinə riayət etməklə alqı-satqı yolu ilə hazırkı cavabdehlərin qardaşı oğlundan almış və 170 manata həmin şəxsə kirayə vermişdir, sonra 2019-cu ildə kirayəçilər çıxdılar, 2019cu ildə evi iddiaçıya satan şəxsin qohumları, yəni cavabdehlər iddiaçının mülkiyyətində olan şəxsi əmlakına (fərdi yaşayış evinə) qəsd edərək qapının kilidini sındıraraq evə qanunsuz daxil olmuş və uzun müddət – 2022-ci ilin may ayına qədər - orada yaşayıblar, cavabdeh və onun yoldaşı evdə olublar və evi satan şəxsin əmisi olduğunu deyiblər, iddiaçı məcbur olub onların çıxarılması üçün evinə gedən qaz və işığın verilməsini dayandırmışdır, onların icazəsiz və qanunsuz evə daxil olmaqları bəs etməmiş kimi üstəlik də iddiçının adına 225 manat qaz borcu yazdırmışlar. Həmin evi iddiaçıya cavabdehlərin qardaşı oğlu X2. Cavabdeh2 qardaşı oğlu X4, Bərdə şəhər Bələdiyyəsinə və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə həmçinin həmin evi aldığı üçün üçüncü şəxs qismində İddiaçı yani, iddiaçıya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3294/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-471/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməyərək Bərdə Rayon Məhkəməsinin 2(021)-3294/2019 saylı qətnamə dəyişdirilmədən saxlanmışdır. Bundan da narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4942/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən-saxlanılmışdır. İddiaçı həmin evi 160 manata başqa şəxsə icarəyə verməyə razılaşmış, lakin cavabdehlərin qanunsuz hərəkətləri nətisəsində həmin razılaşma pozulmuş və iddiaçı cavabdehlərin evdə olduğu dövrdə təxmülən 5920 manat əldən çıxmış faydadan olmuşdur, həmin məbləğ xx.xx.2019-cu ildən 2022-ci ilin may ayına qədər olan məbləğdir (160 x 37 = 5920). Cavabdehlərin qanunsuz daxil olduqları evindən çıxmadığı üçün məcbur qalıb onlara qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır, Bərdə Rayon Məhkəməsinin 2(021)-3225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qaldığı üçün cavabdehlər Bərdə Rayon Məhkəməsinin 2(021)-3225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsi apelyasiya şikayətini tələblərə uyğun tərtib etmədiyindən geri qaytarmışdır. Hazırda 2(021)-3225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qanuni qüvvəsini almış, 2022-ci ilin may ayının 12-də da cavabdehlər icra məmuru tərəfindən evdən çıxarılmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həmin ev onların ata yurdu olub, qardaşı oğlu əsassız olaraq o evi satıb, sonra da özü bir müddət orda kirayədə yaşayıb. Bərdə rayon məhkəməsi qət edib ki, mülk onlarındır, heç kimə satıla bilməz o ev, lakin sonradan bu qərar ləğv oldu, onu 12 may 2022-ci ildə oradan çıxardıblar, hal-hazırda kirayə qalır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hal-hazırda kirayə qalır, o həmin evdə doğulub, ailəlidir, Bakıda yaşayır, 1974-cü ildən Bakıda qalır, o da həmin proseslərdə iştirak edib, qardaşı oğlu tərəfindən ev qanunsuz satıldığına görə iddia ərizəsi verib, lakin həmin evdə yaşamayıb, 1-2 gün mübahisəli mənzildə qonaq qalıb, iddiaçı onu həmin günlərdə orada görüb, lakin həmin vaxtlarda o, öz işində olmuşdur, uzun müddət Neft ayırma zavodunda işləmişdir, həmin evə gedəndə görüb ki, qardaşı ordadır, iddiaçının mənzilin kirayə haqqı ilə bağlı təqdim eydiyi sənəddə nəzərə alına bilməz, ona görə ki, o vergi və ya hər hansi rəsmi qurum tərəfindən verilməyib, qazdan istifadəyə görə borc isə həmin ünvana deyil, başqa ünvana dair borcdur. Evi qardaşı oğlu Məhəmməd satmışdır, onu ancaq Gəncə Apellyasiya Məhkəməsində görüb, o da orda deyib ki, “bibim nə deyirsə, düz deyir”. Həmçinin bu barədə eşidib ki, Məhəmməd bir müddət iddiaçıya satdığı evdə kirayə yaşayıb və hər ay 150 manat verib. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Dövlət Arxivinin 16 yanvar 2019-cu il tarixli 19 saylı arayışından görünür ki, Bərdə rayon Kəkəntərli Kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956-cı illər üzrə 5 saylı Təsərüfatbaşına Kitabın 22 saylı şəxsi hesabına əsasən Alaçadırlıkəndi üzrə mərhum vətəndaş X3 adına 1955-ci ildə 0,08, 1956cı ildə 0,07 ha həyətyanı torpaq sahəsi olduğu qeyd olunmuşdur. İş materiallarında olan Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolu (qərarı) görünür ki, X4 300 kv.m. fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi Bərdə rayon Bərdə bələdiyyəsi tərəfindən X1. İş materiallarında olan xx.xx.2017-ci il tarixli alqı-satqi müqaviləsindən görünür ki, X5 həmin torpaq sahəsini İddiaçı satmış sonuncu da buna dair xx.xx.2017-cil tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, C.Məmməquluzadə küçəsində yerləşən 0.03 ha torpaq sahəsi Bərdə rayonu Bərdə Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* çıxarışa əsasən Bərdə şəhəri, C.Məmməquluzadə küçəsi 12A İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 106 nömrəli məktubdan görünür ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində 300 kv.m ölçüdə həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışa əsasən Bərdə Bələdiyyəsinin mülkiyyətindədir. Sözügedən torpaq sahəsi barədə xx.xx.2017-ci il tarixdə müsabiqə keçirilmiş və X5 müsabiqəsinin qalibi olmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)- 3294/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X4, Bərdə şəhər Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, üçüncü şəxs İddiaçı qarşı alğı-satqı müqaviləsinin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməyərək qətnamə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)- 3225/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1980/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Bərdə rayonu Bərdə bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X5 və İddiaçı) “qərarın ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolun (qərarın) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(114)-70/2023 nömrəli qərardadı ilə iddia tələbi təmin edilmiş, Bərdə rayonu Bərdə bələdiyyəsinin 13 noyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ləğv edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2-1(104)-657/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-987/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023cü il tarixli, 2-1(104)-657/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi ünvan 6 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışa əsasən Bərdə Bələdiyyəsinin mülkiyyətində olmuş, sözügedən torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə müsabiqə keçirilmiş, X5 müsabiqənin qalibi olmuş və xx.xx.2017-ci il tarixli qərarla torpaq sahəsi ona satılmışdır. X5 isə həmin torpaq sahəsini digər üçüncü şəxs İddiaçı satmış və sonuncu da buna dair xx.xx.2017-cil tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, ünvan 7 ünvanı üzrə 2019cu il tarixdə 213,20 manat, 2020-ci il tarixdə 320,80 manat, 2021-ci il taixdə 399 manat və 03/2022 tarixinə qədər 177,36 manat borc yazılmış, 03/2020 tarixində ay sonuna borc 100,70 manat olmuşdur. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin icarə haqqı hazırki bazar qiyməti ilə 150-170 manat arasında dəyişir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı əmmədova Nailə Bəşir qızı tərəfindən iddia ərizəsinin verilməsinə görə 81,50 manat və 49 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 6 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2017-cil tarixdən iddiaçının mülkiyyətindədir, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən evin iddiaçının mülkiyyətinə keçməsinə dair hallar mübahisələndirilməklə iddiaçıya qarşı iddialar qaldırılsa da, məhkəmə tərəfindən iddiaları təmin edilməmişdir, iddiaçının tələbi əsasında Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3225/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1980/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 12 may 2022-ci il tarixdə icra məmuru tərəfindən evdən çıxarılıblar. İddiaçı evi aldığı 2017-ci il tarixdən 2019-cu ilə qədər həmin evi kirayəyə verməklə, oradan gəlir götürmüşdür – bunlar işin mübahisəsiz hallarıdır. İddiaçı evi kirayə vermək niyyətinin olduğunu, cavabdehlərin ona məxsus evdə qanunsuz olaraq yaşadıqları dövrdə (2019-cu ilin fevral ayından 2022-ci il may ayına qədər) onun həmin gəlirdən məhrum olduğunu, həmçinin evdə yaşadıqları dövrdə qazdan istifadə etməklə ona maddi ziyan vurulduğunu, həmçinin evinin üç ildən çox müddətə əldə edə bilməməsi nəticəsində mənəvi ziyan vurulduğunu iddia edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin icarə haqqı hazırki bazar qiyməti ilə 150-170 manat arasında olması göstərilmiş, həmçinin cavabdehlər izahatlarında evin aylıq 150 manata evi satmış şəxsə kirayə verildiyini bildirmişdir. Cavabdehlər iddia tələbini qəbul etmir, cavabdehlərdən Cavabdeh2 iddia ərizəsində göstərilən dövrdə həmin evdə yaşamadığını, oraya qonaq kimi qısa müddətli getdiyini bildirir. Bununla belə, cavabdehlər tərəfindən vurulmuş zərər üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mənzilin iddiaçıya məxsus olması və cavabdehlərin həmin mənzildən çıxarılması müəyyən edildiyindən, həmçinin cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mübahisəli evi 2019-cu ilin fevral ayından 2022-ci ilin may ayına qədər qanunsuz olaraq sahibliyində saxladıqlarından, Cavabdeh2 isə iddiaçıya qarşı məhkəmələrdə iddia qaldırmaqla iddiaçının öz mülkiyyətindən məhrum olmasında bilavasitə iştirak etdiyindən sonuncuya maddi zərər vurmuşlar. Məhkəmə, iddia tələbinin əldən çıxmış fayda qismində cavabdehə dəyən maddi ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı 2019-cu ilin fevral ayından 2022-ci ilin may ayına qədər evi kirayə vermək imkanından məhrum olmuşdur ki, bu da hər ay 150 kirayə haqqı olmaqla, cəmi 5850 (39 ay * 150 manat) manat təçkil edir. Belə lan halda məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada həmin məbləğ alınarq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbinin “qazadan istifadəyə görə vurulmuş” zərər hissəsinə münasibətdə qeyd edir ki, bu sübut etmə yükü ilə bağlıdır, iddiaçı buna dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair həs hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə iddiaçının təqdim etdiyi “abonent saldosu”nun hazırki mübahisəli mənzilə aid olması öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin təqsirli əməli nəticəsində iddiaçılara vurulmuş ziyanın aradan qaldırılması və iddiaçıların öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılara dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə iddiaçıya 300 manat kompensasiya məbləği müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarındakı hüquqi mövqeyinə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü massəinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vurulmuş zərərə görə 5850 manat və mənəvi zərərə görə 300 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehlərin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehlərə aid edilməli, iddia tələbinin həcmi (6150 manat) İddiaçı tərəfindən ödənilmiş 81,50 manat məbləğində dövlət rüsumu cavadehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vurulmuş zərərə görə 5850 manat, mənəvi zərərə görə 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 81,50 manat olmaqla, ümumilikdə 6231 (altı min iki yüz otuz bir) manat 50 (əlli) qəpik müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-26/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-26/2024
06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver