Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2629/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəymiş ziyana görə 4500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus “Hyunday Azera” markalı **- ON-*** dövlət qeydiyyat nişanlı maşın yol-nəqliyat hadisəsində, Cavabdeh etibarnamə ilə məxsus “Toyota Camry” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı maşınla vurulmuşdur.Həmin hadisə 05.01.2021-ci il tarixində saat 15.25 radələrin- də olmuşdur.Cavabdeh yol hərəkəti qaydalarını kobudcasına pozaraq ona məxsus avtomobilə ziyan vurmuşdur. Bununla bağlı DİNin 12.01.2012-ci il tarixli Ql-001-12nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair yol-nəqliyyat hadisəsinin sxemi mövcuddur. "xxxx" MMC-nin 11.02.2021-ci il tarixli 03/2021 saylı qüsur aktına əsasən avtomobilinə 8900 manat ziyan dəymişdir. Buna baxmayaraq cavabdehə etibarnamə ilə məxsus olan avtomobilin sığortaçısı Xalq icbari sığorta ona 5000 manat pul ödəmiş və icbari sığorta olduğundan qalan məbləği cavabdehdən tələb etməsini bildirmişdir. Bununla bağlı cavabdehə 3900 manat pulun ödənilməsini bildirmiş, lakin o pulu olmadığını demişdir. Bugünki günə avtomobil ehtiyyat hissələri baha olduğundan dəymiş ziyan 3900 manat yox, ekspertin rəyinə görə 4500 manatdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğu izahat verib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq təqdim olunmuş ekspert rəyi ilə razılşmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv, hərtərəfli və qərəzsiz araşdıraraq toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ-nin 05.01.2021-ci il tarixli, İXP ******* saylı zibati xəta haqqında protokolunun surətindən görünür ki, 05.01.2021-ci il tarixdə, saat 15:25 radələrində Cavabdeh etibarnamə ilə idarə etdiyi “Toyota Camry” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev prospekti ilə hərəkət edərkən, manevr qaydalarını pozaraq İddiaçı idarə etdiyi “Hyunday Azera” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Bakı şəhəri DYPİ-nin 05.01.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş 19.10.2020-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X2 “Toyota Camry” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi 19.10.2021-ci il tarixədək Cavabdeh etibar etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 03/2021 saylı qüsur aktının surətindən görünür ki, “Hyunday Azera” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 8900 manat ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22.06.2021-ci il tarixli, 9/2808 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 07.01,2021-ci il tarixli və "xxxx" MMC-nin 11.02.2021 -ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Azera” markalı, **-ON- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6478 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə baxışında araşdırılmış sübutlarla X1 mülkiyyətində olan “Toyota Camry” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında, etibarnamənin qüvvədə olduğu müddətdə Cavabdeh həmin avtomobillə inzibati xəta törədərək İddiaçı idarə etdiyi “Hyundai Azera” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı minik avtomobilnə ekspertiza rəyi əsas götürülməklə 6478 manat məbləğində ziyan yetirməsi, həmin məbləğdən 5000 manatının sığorta ödənişi şəklində iddiaçıya ödənilməsi təsdiq edilmişdir. Buna görə də, iddia tələbi qismən təmin edilərək 1478 manat məbləğdə pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə əsasən ekspertlərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 22.06.2021-ci il tarixli, 9/2808 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən edildirindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməli, ekspertizanın keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 33 manatı cavabdehdən, 67 manatı iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 1478 (bir min dörd yüz yetmiş səkkiz) manat və ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin 33 (otuz üç) manat hissəsi Cavabdeh, 67 (altmış yeddi) manat hissəsi İddiaçı dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2629/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2629/2021
10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver