Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2640/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs1 QSC və Maraqlı şəxs2 İB iş üzrə maraqlı şəxslər qismində cəlb edilməklə) “mənzilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və dövlət tərəfindən mənzilə çəkilmiş smeta layihənin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 8 saylı evin, 93 saylı mənzili (bundan sonra – Mənzil) iddiaçının atası X3 məxsus olmuş və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mənzil xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmışdır. Mənzil 1 mətbəx, 2 eyvan, sanuzel və 1 yaşayış otağından ibarətdir. Mənzilin mətbəx otağının qarşısındakı eyvan hörülərək və pəncərələr quraşdırmaqla bağlanmışdır.
2. Bakı şəhəri, Xətai rayon, İnqilab İsmayılov küçəsi, 8 saylı evin, 96 saylı mənzil isə cavabdehin mülkiyyətindədir. Həmin mənzil də 1 mətbəx, 2 eyvan, sanuzel və 1 yaşayış otağından ibarətdir. Mənzilin mətbəx otağının qarşısındakı eyvan hörülərək və pəncərələr quraşdırmaqla bağlanmışdır. Mətbəx otağındakı qaz plitəsi və qab yumaq üçün moydadır mətbəx otağının qarşısındakı eyvanda quraşdırılmışdır.
3. xx.xx.2024-cü il tarixdə Qaz təsərrüfatı üzrə nəzarətçi S.Mehdiyev, Xətai Su- Kanal İdarəsinin su və kalanalizasiya şəbəkələrinin ustası A.Orucov, 98 saylı MKİS-nin mühəndisi Ş.Əşrəfov və Mənzildə yaşayan X2 (iddiaçının anası) iştirakı ilə tərtib edilmiş Aktda cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin mətbəx otağında su və qaz xətlərinin yerinin dəyişdirilərək eyvana quraşdırılması və baxış keçirilən zaman iddiaçının sahibliyində olan mənzilin tavanında sızma su ləkələrinin müşahidə edilməsi qeyd edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı mənzilə dövlət tərəfindən çəkilmiş smeta layihə pozulduğundan onun əvvəlki vəziyyətə qaytarılmaqla bərpa olunması, Mənzilin bərpası üçün təmir işlərinin dəyəri olaraq 1500 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil ona məxsusdur. xx.xx.2023-cü il tarixdə onun mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində mənzilini su basmış, bununla əlaqədar ərizə ilə Vitse-Prezident Mehriban xanım Əliyevaya, X5 və Bakı şəhəri Xətai rayonu 35-ci Polis bölməsinə yazılı şəkildə müraciətlər etmişdir. Xətai rayon İcra Hakimiyyətinin başçısısının səyyar qəbulunda olub ona yuxarıdakı qonşunun evində dövlət tərəfindən çəkilmiş binanın layihəsinin pozulması yəni, suyun və qazın yerinin dəyişdirilməsinin mətbəxdən çıxarılaraq otaq hissəyə çəkildiyindən, layihəyə edilmiş müdaxilə nəticəsində onun evinə suyun axıdılması nəticəsində mətbəxin tavanının yararsız hala düşməsi, paltaryuyan maşının vanna otağına qoyulması nəticəsində suyun axaraq iddiaçının vanna otağının və karidorun elektik naqillərini sıradan çıxması, onun təmirli, şüşəbəndli balkona axıdılmış su nəticəsində balkonun tavanının qaralaraq yararsız hala düşməsi barədə məlumat vermişdir. Bundan sonra 98 saylı MKİS-nin rəisi, 35-ci Polis bölməsinin sahə inspektorunun, Su kanal İdarəsinin və qaz İdarəsinin əməkdaşları tərəfindən yerində baxış keçirələrək Akt tərtib olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 1500 manat təşkil edir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 96 saylı mənzil onun mülkiyyətindədir. Həmin mənzili 2023-cü ilin iyun ayında almışdır. Həmin mənzildə tək yaşayır. İddiaçı ona məxsus mənzilə konkret olaraq cavabdehin istifadəsində olan 96 saylı mənzildən su axmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bir neçə dəfə iddiaçı onun 96 saylı mənzilindən su axmasını ehtimal edərək müraciət etmi, ona məxsus 96 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı onun mənzilindən iddiaçının mənzilinə su axmadığı müəyyən edilmiş, hətta iddiaçının tələbi əsasında 98 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları da onun mənzilinə baxış keçirmiş, baxış zamanı suyun cavabdehə məxsus mənzildən deyil, iddiaçıya məxsus kanalizasiya borusunun tutulması səbəbidən axmasını müəyyən edərək bu barədə ona bildirmişlər. O, bundan başqa xüsusi cihazla istifadəsində olan mənzilin bütün su və kanalizasiya xəttini yoxlatmış və onun məzilindən suyun axmaması müəyyən edilmişdir. O, iddiaçının şər-böhtan ataraq onu təhqir etməsi ilə bağlı Xətai rayon Pİ-nin 35-ci polis bölməsinə ərizə ilə müraciət etmiş və bu barədə araşdırma aparılmışdır. Ona məxsus mənzilin layihəsində dəyişiklik edilməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, binanın layihəsində su xəttinin mənzildə mətbəxə daxil olduqda binanın dəhlizi ilə qonşu divarda yerləşməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh eyvanı bağlayaraq mətbəx kimi istifadə edir.
8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zaman izahatında bildirdi ki, cavabdehin yaşadığı mənzildə ondan əvvəl yaşayan şəxslər mənzilini təmir ediblər, ancaq su və qaz xəttinin yerinin dəyişdirilməsi üçün onlardan heç bir icazə alınmayıb. Əvvəlki qonşu sudan ehtiyatlı istifadə etdiyindən, bununla bağlı heç bir şikayətləri olmayıb.
9. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, o, binada digər 6 sakinin də mənzillərinə baxış keçirib və müəyyən edib ki, həmin mənzillərdədə su və qaz xətti onun mənzilində yerləşdiyi kimidir. Ondan əvvəl həmin mənzildə yaşayan şəxslər onu təmir etmişlər, su və qaz xəttinin yerini dəişdirən zaman iddiaçıdan icazə alıblar.
10. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının mənzilinə su cavabdehin mənzilindən axmamışdır.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. İddiaçının iddia tələbi iki hissədən ibarətdir: birincisi, cavabdeh tərəfindən mənzildə yeri dəyişdirilmiş su xəttinin binanın smeta layihəsindəki vəziyyətinə bərpa edilməsi, ikincisi, cavabdehin təqsirli hərəkəti nəticəsində mənzildə aparılan təmir-bərpa işlərinin dəyərinin cavabdeh tərəfindən ödənilməsidir.
22. Məhkəmə birinci tələblə bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən iddiaçının və cavabdehin mülkiyyətində olan mənzillərə yerində baxış keçirilmişdir. Yerində müayinə zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə onun tərəfindən mənzilin eyvan sahəsi yarım hörülmüş və onun üzərində plastik pəncərə quraşdırılaraq, faktiki olaraq bağlanmışdır. Həmçinin, yerində müayinə zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzildə də cavabdeh tərəfindən də mənzilin eyvan sahəsi yarıya qədər hörülmüş və üzərində plastik pəncərə quraşdırılmaqla bağlanmış, eyvana qaz və su xətti çəkilərək mətbəx kimi istifadə olunur. İşin bu halı həm də cavabdehin məhkəmə baxışı zamanı verdiyi izahatları ilə də öz təsdiqini tapır.
23. Məhkəmə cavabdeh tərəfindən mənzilin eyvan hissəsinin bağlanaraq mətbəx kimi istifadə olunması və mənzilin həmin hissəsinə su xəttinin çəkilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında X1 4.8-ci bəndinə əsasən müəssisələrin, binaların və tikililərin otaqlarında eyvanlardakı və lojalardakı layihə ilə nəzərdə tutulmuş qapı və lyükları çıxarmaq, eləcə də qonşu seksiyalara gedən keçidləri və bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi qadağandır. Həmçinin, Fərdi Qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün X1 2.5.20.6-ci maddəsinə əsasən Yüksək mərtəbəli binalarda. Mehmanxanalarda və yataqxanalarda mənzillərin eyvanlarında və lojalarında şkaf, mebel, yanar sürtgü materiallarının saxlanması, eyvan lojalarında şüşəbənd düzəldilməsi qadağandır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yaşayış binasının layihəsində nəzərdə tutulmayan konstruktiv dəyişikliklərin aparılması təkcə yanğın təhlükəsizliyi baxımından deyil, həm də binanın dayanıqlılığına olan təhlükənin artması baxımından qanunsuzdur.
24. Mənzildə aparılan konstruktiv dəyişikliklərlə, yəni cavabdehin su xəttinin yerinin dəyişdirilərək eyvana quraşdırılmasının iddiaçının mənzilinə su sızması ilə nəticələnməsi həm mənzillərə yerində baxış zamanı, həm də ekspert tərəfindən həyata keçirilmiş baxış zamanı öz təsdiqini tapmışdır. Ekspertiza Mərkəzinin 10/3105 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Mənzilin dəhliz və eyvan tikilisinin divarları və tavanı üzərində sarımtıl su sızma ləkələri müşahidə olunur. İddiaçının Mənzilinə yuxarı mərtəbədəki cavabdehin mənzilindən suyun sızması müəyyən olunmuşdur. İddiaçının Mənzilində su ləkələri və su sızmanın əlamətləri müşahidə olunan sahələr müvafiq olaraq cavabdehin bağlayaraq mətbəx kimi istifadə etdiyi eyvanın və dəhlizin üzərindədir. Həmin eyvanda su xətti çəkilərək su kranı qoyulmuş və təyinatı üzrə istifadə olunur.
25. Cavabdeh isə iddiaçının mənzilinə suyun onun mənzilindən axmadığını, su sızmanın iddiaçının kanalizasiya borusundakı problemdən qaynaqlandığını bildirsə də, su sızıntısının onun mənzilindən deyil, binada yerləşən başqa mənzillərdən axmasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Tikinti şəhərsalma norma və qaydalarına uyğun olmayaraq su xəttinin açıq eyvana çəkilərək, eyvandan mətbəx kimi istifadə etməsi iddiaçıya məxsus Mənzilin daxilində rütubətin yaranmasına səbəb olmaqla, iddiaçının qanuni sahibliyində olan əmlakdan sərbəst istifadə hüququnun məhdudlaşdırılması ilə nəticələnir.
26. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının birinci tələbi əsaslı olduğundan cavabdehin mənzilində binanın layihə smetasına uyğun olmayan icazəsiz tikinti konstruktiv dəyişikliklərin bərpa edilərək Mənzilin eyvan hissəsinə çəkilmiş su xətti əvvəlki vəziyyətinə (yerinə) qaytarılmalıdır.
27. İddiaçının ikinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt əsas götürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti də istisna edilir.
28. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçıya məxsus Mənzilə su axıdılır. İşin bu halı yuxarıda ətraflı şəkildə qeyd edilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai rayonu 98 saylı MKİS tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Aktda cavabdehin yaşadığı 93 saylı mənzildən iddiaçının yaşadığı 96 saylı mənzilə su axıdılması da qeyd edilmişdir.
29. Göründüyü kimi, iddiaçının mənzilinə cavabdehin yaşadığı mənzildən su axması və bunun nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi iş materialları ilə sübuta yetirilir.
30. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olubolmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə yaşamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfü deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi).
31. Ekspertiza rəyində də iddiaçıya məxsus Mənzilin dəhlizində və eyvan tikilisində mərtəbələrarası su sızmasının əlamətlərinin olması qeyd olunmuşdur. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir.
32. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin 1500 manat olması hissəsində qismən əsaslıdır.
33. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/3105 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, iddiaçının Mənzilinə su axması nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün aparılmalı olan təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətinə uyğun olaraq 1243 manat müəyyən olunur.
34. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə su sızması nəticəsində dəymiş ziyanın ümumilikdə 1243 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 1243 manat cavabdeh tərəfindən tam həcmdə iddiaçıya ödənilməlidir.
35. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
36. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 32,43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
37. Məhkəmə həmçinin qeyd edir ki, 100 manat məbləğində ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 83 faizi nisbətində təmin olunmuşdur) tərəflərə aid edilməlidir.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 1243 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 32,43 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza xərcinin 83 manat hissəsi Cavabdeh, 17 manat məbləğində pul vəsaiti isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı