Məhkəmə qərarları › İş №2(011)-2670/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2670/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2670/2021 16.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 514,79 manat əsas borc, 9,29 manat faiz borcu və 1.23 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 26.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" BOKT MMC -dən illik 12 faizlə 12 ay müddətinə 1103 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 27.01.2020-ci il tarixinə 514,79 manat əsas, 9,29 manat faiz, 1,23 manat cərimə borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 26.11.2019-cu il tarixli 001-FŞK01-0328-19 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank borcalana 12 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 1103 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 26.11.2019-cu il tarixli 001-FŞK01-0328-19 saylı kredit müqaviləsinə əsasən 27.01.2020-ci il tarixinə 514,79 manat əsas, 9,29 manat faiz, 1,23 manat cərimə borcu olmaqla, cəmi 525,31 manat borcu vardır. İş materiallarından görünür ki, 27.01.2021-ci il tarixdə "xxxx" BOKT MMC tərəfindən Cavabdeh bildiriş göndərilməklə ondan borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 06.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasənda müəyyən olunmuşdur ki, "xxxx" BOKT MMC və Cavabdeh arasında 26.11.2019-cu il tarixli 001-FŞK01-0328-19 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 12 faiz dərəcəsi ilə 12 ay müddətinə 1103 manat məbləğində kredit vəsaiti ayrılmış, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda banka olan ödənilməmiş borc məbləği 514,79 manat əsas, 9,29 manat faiz, 1,23 manat cərimə borcu olmaqla, cəmi 525,31 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 514,79 manat əsas, 9,29 manat faiz, 1,23 manat cərimə borcu olmaqla, cəmi 525,31 manat tutularaq "xxxx" BOKT MMC –yə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 26.11.2019-cu il tarixli 001-FŞK01-0328-19 saylı kredit müqaviləsi üzrə 514,79 manat əsas, 9,29 manat faiz, 1,23 manat cərimə borcu olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat 31(otuz bir) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat, 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar