Məhkəmə qərarları › İş №2(011)-2671/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2671/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2671/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı yetkinlik yaşma çatmayan 19 may 2007-ci il təvəllüdlü - X2 və 14 may 2015-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində ailmentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ona məxsus əmlakın cavabdehdən alınması və ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ona verilməsini tələb etdiyi əmlakların dəyərinə uyğun, əmlakların dəyərlərinin müəyyənləşdirilməsi mümkün olmadıqda isə onların bazar qiymətinə uyğun olaraq qanunvericilikdə müəyyənləşdirilmiş məbləğdə dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Qeyd edilən müddəalara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ödəniləcək dövlət rüsumu iddia tələbində göstərilən əmlakların bazar qiymətlərinə uyğun olaraq “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş əmsallar nəzərə alınmaqla hesablanmalıdır. Lakin iddia ərizəsinə qoşma hissəsində iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etdiyini qeyd etsə də, iş materiallarına dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. AR Mülki Prosessual Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bundan başqa alimentin məbləğinin artırılması barədə iddia tələbi ilə əmlak tələbinə dair ərizəyə bir icraatda baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və əmlak” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar