Məhkəmə qərarları › İş №2(011)-2695/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2695/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2695/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçının nümayəndəsi və və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkar olmaqla (VÖEN:**********) Venta MMC adı altında fəaliyyət göstərmişdir. Əvvəllər onun tərəfindən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş Cahan Hammadova xx.xx.2018-ci il tarixdə onun xəbəri və iştirakım olmadan onun adından Türkiyə Respublikası vətəndaşı Mustafa Günay ilə 30000 manat məbləğində borc alınması barədə borc müqaviləsi bağlamışdır. Həmin məbləğdə pulun guya M.Günay tərəfindən verildiyini təsdiq etmək üçün onun adına olan 18.12 2018-ci il tarixli, HXY seriyalı 063202 nömrəli mədaxil qəbzi tərtib edilmişdir. Həmin müqavilə və 18 mədaxil qəbzi saxtadır və həmin məbləğdə borclandırılması üçün həmin şəxslər tərəfindən təşkil edilmişdir. xx.xx.2018-ci il tarxli, HXY seriyalı, 063202 nömrəli mədaxil qəbzinin saxta olması aşkardır. Belə ki, qeyd olunan tipli olan mədaxil qəbzləri çap olunduqdan sonra avvalcə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınır və daha sonra istifadə olunur. Həmin mədaxil qəbzinin xx.xx.2018-ci il tarixdə istifadə olunduğu göstərilsə də, əslində qəbz 2019-cu ildə çap edilmiş və qeydiyyata alınmışdır. 2019-cu ildə çap edilmiş mədaxil qəbzinin xx.xx.2018-ci il tarixdə istifadə edilməsi mümkün deyildir. Bu saxtakarlığı Cahan Hammadova ilə Mustafa Günay əlbir olaraq törətmişlər. Üstəlik də cavabdeh olan Cavabdeh da onlarla əlbir olmuşdur. Mədaxil qəbzinin etibarlı olduğu düşünülərsə, buradan aydın olur ki, 30.000 manat pulu ödəyən X4, məbləği qəbul edən isə Cavabdehdır. Cavabdeh onun işçisi olsa da, tərəfindən nə ona belə bır səlahiyyət verilməmiş, nə də onun tərəfindən götürülmüş məbləğ ona ödənilməmişdir. Bu qəbzə əsaslanaraq X4 ona qarşı məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.12 2019-cu il tarixli, 2(008)-5938/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, borc müqaviləsinə xitam verilməsi, 30.000 manat məbləğində pulun, 1500 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun ondan tutularaq X2 verilməsi qət edilmişdir. Qətnamədən şikayət versə də, müddətin keçməsi səbəbindən apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan etdiyi şikayətlər isə müsbət nəticə verməmişdir. Hazırda, qətnamətə əsasən iş üzrə cavabdeh olan Cavabdeh götürdüyü 30.000 manat pulu o, Mustafa Günaya ödəmək məcburiyyətindədir. Cavabdeh həmin məbləği götürsə də, ona ödəməmiş, əsassız şəkildə varlanmış və ona maddi ziyan vurmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, həmin məbləği Cavabdeh imzalayıb götürdüyündən, o götürmüş sayılır. Cavabdeh özbaşınalığı və hüquqlarından sui-istifadə etməsi səbəbindən digər şəxs qarşısında məhkəmə qətnaməsi ilə öhdəlik daşımış olur. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tamamilə əsassız olduğundan rədd ediməlidir. Belə ki, qeyd edilən borcun işçilərin əmək haqqlarının ödənilməsi üçün alınması Sabunçu Rayon Məhkəməsinin 2(008)-5938/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə öz hüquqi əksini tapmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məhkəmə aktı qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra mərhələsində İddiaçı icradan yayındığı üçün icra məmurunun təqdimatı əsasında Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(008)-1024/2021 saylı qərardadı ilə onun məcburi gətirilməsi qət etmişdir. İddiaçı icra məmuru tərəfindən ona məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat veriləndən sonra və Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edildiyindən əsassız iddia qaldırmaqla öz öhdəliyini işçinin üzərinə atmağa çalışmışdır. İddiaçı borc müqaviləsi üzrə məbləğin ona çatmadığını bildirsə də, qeyd eləmək lazımdır ki, həmin borc müqaviləsi İddiaçı adından fiziki şəxs kimi deyil, sahibkar olaraq bağlanmışdır. Müqavilənin tərəfi qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkar çıxış etməkdədir. Hesab edir ki, iddiaçı tərəfindən təyin edilən direktor müqaviləni imzalamış və borc alınaraq işçilərin əmək haqlarının ödənilməsinə yönəlmişdir. İddiaçının pulun ona verilmədiyinin bildirilməsi onun, borcun hansı məqsəd üçün götürülməsi barədə tapşırığını unutması ilə əlaqədardır. O, unudur ki, borc onun şəxsi məqsədləri üçün deyil, uzun müddət əmək haqqı vermədiyi işçilərinin əmək haqlarının ödənilməsi üçün götürülmüşdür. Borc götürülməsi barədə tapşırığı 2018-ci ilin dekabr ayında verməsi, və həmin ayın 18-i müqavilə bağlanaraq götürülməsi iddianın xx.xx.2022-ci ildə verilməsi də göstərir ki, iddiaçı icradan yayınmaq məqsədilə süni şəkildə iddia qaldırmışdır. Cavabdeh eyni zamanda iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı fərdi sahibkar olmaqla Cavabdeh işəgötürəni olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı ona işçisi tərəfindən vurulmuş maddi ziyanla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi ilə bağlı hər hansı üzürlü səbəb isə göstərilməmişdir. Həmçinin, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ barəsində Sabunçu Rayon Məhkəməsinin 2(008)-5938/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvədə olmaqla icra mərhələsindədir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinə iddia müddəti tətbiq edilərək, rədd edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etirazın və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun ixahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə olunmuş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, işə götürən İddiaçı tərəfindən Nümayəndə xx.xx.2018-ci il tarixli əmək müqaviləsionə əsasən departament direktoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli əmrlə AR Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) ənək müqaviləsinə xitam veriİmişdir. İş materiallarına əlavə edilmiş Mustafa Günay ilə "xxxx" markası adı altında fəaliyyət göstərən İddiaçı təyin etdiyi direktor Cahan Hammadova arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən Mustafa Günay borc alan, Venta" markası adı altında fəaliyyət göstərən İddiaçı təyin etdiyi direktor Cahan Hammadovaya 30000 manat pulu müqavilədə nəzərədə tutulmuş şərtlərlə qaytarmaq şərti ilə vermişdir. İş materiallarında olan 063203 saylı, xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Mustafa Gunaydan 30000 manat pulu qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.12 2019-cu il tarixli, 2(008)-5938/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Mustafa Günayın cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” iddiası qismən təmin olunaraq, Mustafa Günay ilə cavabdeh “Venta" markası adı altında fəaliyyət göstərən İddiaçı təyin etdiyi direktor Cahan Hammadov arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinə xitam veriləsi, İddiaçı 30000 manat borcun, 1500 manat dəymiş zərərin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, Mustafa Günaya verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə görə əgər zərər işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, ziyanın məbləği işçinin aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü ödəməkdən imtina edərsə, işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması nəsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini tətbiq etməklə hesab edir ki, İddiaçı xx.xx.2018-ci il tarixində Mustafa Günaydan müqavilədə nəzərdə tutulmuş şərtlərlə 30000 manat pul alması qanuni qüvvəyə minmiş və hazırda icra mərhələsində olan məhkəmə aktı ilə müəyyən edilmişdir. Bundan başqa, İddiaçı tərəfindən işçisi olmuş Cavabdeh qarşı maddi ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla müəyyən olunmuş bir illik müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Belə olan halda məhkəmə tədqiq edilmiş sübutlara əsasən İddiaçı Mustafa Günaydan 30000 manat pul almasına və həmin pulu geri qaytarmamasına dair qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə aktının mövcudluğunu, həmçinin, tələb hüququ üzrə iddia müddətinin ötürülməsini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 30000 manat məbləğində pulun alınıb ona ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar