Məhkəmə qərarları › İş №2(011)-272/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-272/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-272/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Bakır Murat Şuayıpa qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Bakır Murat Şuayıpa qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 114133-1-7239/2 saylı Kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” xx xxxxx 2017-ci il tarixli 1 saylı Əlavə Razılaşması üzrə xx xxxxxx 2019-cu il tarixə Banka borclu olduğu 47.245,02 ABŞ dolları məbləğində əsas borc, 956,71 ABŞ dolları məbləğində faiz borcu, 12.036,50 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 60.238,23 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), həmçinin 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumlarının müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Bakır Murat Şuayıpdan “Bank VTN (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 365.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsində mülkiyyətdə olan 0,3511 ha torpaq sahəsində yerləşən 80 saylı bağ evi və torpaq sahəsinə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “İddiaçı ASC-nə ödənilməsi, bağ evinə tutma yönəldildikdən və ev satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda evdən məcburi qaydada çıxarılması və yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, 1. Xətai Rayon Məhkəməsinin icraatında İddiaçı X2 cavabdehlər Cavabdeh1 (borclu), Cavabdeh2 (ipoteka qoyan və zamin), Bakır Murat Şuayıp (zamin) və Cavabdeh3 MMC-nə (zamin) qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(011)-7354/2019 saylı mülki işə baxılır. 2. “Bank” ilə “borclu” arasında bağlanmış xx.xx.2017-ci il tarixli 114133-1-7239/2/1 saylı “Kredit müqaviləsi” üzrə “borclu” və “zaminlər”in xx xxxx 2020-ci il tarixə Banka müştərək qaydada olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur:- 47.245,02 ABŞ dolları məbləğində əsas borc, 956,71 ABŞ dolları məbləğində faiz borcu və 12.036,50 ABŞ dolları məbləğində cərimə, cəmi 60.238,23 (altmış min iki yüz otuz səkkiz dollar iyirmi üç sent) ABŞ dolları məbləğindəborc. 3. “Tərəflər” hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər:- Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc məbləğ (60.238,23 ABŞ dolları) üzrə ümumi cərimələrin (12.036,50 ABŞ dolları) hesablanmaması şərti ilə 48.201,73 (qırx səkkiz min iki yüz bir dollar yetmiş üç sent) ABŞ dolları, 1 ABŞ dolları = 1,70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 81.942,94 (səksən bir min doqquz yüz qırx iki manat doxsan dörd qəpik) AZN məbləğində müəyyən olunur. Bu məbləğə illik 13,5 (on üç manat əlli qəpik) faiz hesablanır və digər əlavə ödəniş hesablanmır. “Borclular” müştərək qaydada 81.942,94 AZN və hesablanmış faizləri 12 (on iki) ay ərzində hər ay 7.338,16 (yeddi min üç yüz otuz səkkiz manat on altı qəpik) AZN bölünmüş hissələrlə hər ayın 27-dən gec olmayaraq ödəyəcəklər. Bununla da, “borclular”ın “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq. “Bank” “borclular”a bu barədə arayış təqdim edəcək və ipoteka predmeti yüklülükdən azad olunacaq. Barışıq sazişi bağlanan zaman müddətin sonuna hesablanmış cərimələr silinəcəkdir. 3.1. Ödəniş qrafiki Ssuda Borcalanın Ssuda Cəmi üzrə əsas pul Faizlər üzrə ödənişlər məbləğin axınları, qalıq, ş.v. ödənişi ş.v. 1 7,338.16 921.86 6,416.30 75,526.64 7,338.16 2 7,338.16 849.67 6,488.48 69,038.16 7,338.16 3 7,338.16 776.68 6,561.48 62,476.68 7,338.16 4 7,338.16 702.86 6,635.29 55,841.39 7,338.16 5 7,338.16 628.22 6,709.94 49,131.45 7,338.16 6 7,338.16 552.73 6,785.43 42,346.02 7,338.16 7 7,338.16 476.39 6,861.76 35,484.26 7,338.16 8 7,338.16 399.20 6,938.96 28,545.30 7,338.16 9 7,338.16 321.13 7,017.02 21,528.28 7,338.16 10 7,338.16 242.19 7,095.96 14,432.31 7,338.16 11 7,338.16 162.36 7,175.79 7,256.52 7,338.16 12 7,338.16 81.64 7,256.52 0.00 7,338.16 Yekun: 88,057.88 6,114.94 81,942.94 6,114.94

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” və “ipoteka qoyan” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada 102.405 (yüz iki min dörd yüz beş) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu muqavilə üzrə gecikdirilmiş məbləğə görə hər gecikdirilən gün üçün gecikdirilmiş hər tam və ya natamam 100 AZN borc məbləğinə 0.5 (sıfır tam onda beş) AZN məbləğində cərimə hesablanır və cavabdehlər tərəfindən ödənilir. 4.3.İpoteka predmetinin ilkin satış qiyməti 219.000 (iki yüz on doqquz min) AZN müəyyən edilməklə, “borclular”ın borcu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsində 0,3511 ha torpaq sahəsində yerləşən 80 saylı bağ evi və torpaq sahəsinə yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait “Bank”a ödənilir. 4.4.İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “borclu”nun “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə “ipoteka qoyan”a ödənilir. 4.5. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Bank”a olan borca yönəldilir.5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və girov müqaviləsinə xitam veriləcəkdir.6. “Borclular” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0.-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Bakır Murat Şuayıp arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Xətai Rayon Məhkəməsinin icraatında İddiaçı X2 cavabdehlər Cavabdeh1 (borclu), Cavabdeh2 (ipoteka qoyan və zamin), Bakır Murat Şuayıp (zamin) və Cavabdeh3 MMC-nə (zamin) qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(011)- 7354/2019 saylı mülki işə baxılır.

2. “Bank” ilə “borclu” arasında bağlanmış xx.xx.2017-cü il tarixli 114133-1-7239/2/1 saylı “Kredit müqaviləsi” üzrə “borclu” və “zaminlər”in xx xxxx 2020-ci il tarixə Banka müştərək qaydada olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur:- 47.245,02 ABŞ dolları məbləğində əsas borc, 956,71 ABŞ dolları məbləğində faiz borcu və 12.036,50 ABŞ dolları məbləğində cərimə, cəmi 60.238,23 (altmış min iki yüz otuz səkkiz dollar iyirmi üç sent) ABŞ dolları məbləğində borc.

3. “Tərəflər” hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər:- Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc məbləğ (60.238,23 ABŞ dolları) üzrə ümumi cərimələrin (12.036,50 ABŞ dolları) hesablanmaması şərti ilə 48.201,73 (qırx səkkiz min iki yüz bir dollar yetmiş üç sent) ABŞ dolları, 1 ABŞ dolları = 1,70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 81.942,94 (səksən bir min doqquz yüz qırx iki manat doxsan dörd qəpik) AZN məbləğində müəyyən olunur. Bu məbləğə illik 13,5 (on üç, 5) faiz hesablanır və digər əlavə ödəniş hesablanmır. “Borclular” müştərək qaydada 81.942,94 AZN və hesablanmış faizləri 12 (on iki) ay ərzində hər ay 7.338,16 (yeddi min üç yüz otuz səkkiz manat on altı qəpik) AZN bölünmüş hissələrlə hər ayın 27-dən gec olmayaraq ödəyəcəklər. Bununla da, “borclular”ın “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq. “Bank” “borclular”a bu barədə arayış təqdim edəcək və ipoteka predmeti yüklülükdən azad olunacaq. Barışıq sazişi bağlanan zaman müddətin sonuna hesablanmış cərimələr silinəcəkdir.

3.1. Ödəniş qrafiki

Cəmi Faizlər Ssuda Ssuda Borcalanın ödənişlər üzrə əsas üzrə pul məbləğin qalıq, ş.v. axınları, ödənişi ş.v. 1 7,338.16 921.86 6,416.30 75,526.64 7,338.16 2 7,338.16 849.67 6,488.48 69,038.16 7,338.16 3 7,338.16 776.68 6,561.48 62,476.68 7,338.16 4 7,338.16 702.86 6,635.29 55,841.39 7,338.16 5 7,338.16 628.22 6,709.94 49,131.45 7,338.16 6 7,338.16 552.73 6,785.43 42,346.02 7,338.16 7 7,338.16 476.39 6,861.76 35,484.26 7,338.16 8 7,338.16 399.20 6,938.96 28,545.30 7,338.16 9 7,338.16 321.13 7,017.02 21,528.28 7,338.16 10 7,338.16 242.19 7,095.96 14,432.31 7,338.16 11 7,338.16 162.36 7,175.79 7,256.52 7,338.16 12 7,338.16 81.64 7,256.52 0.00 7,338.16 Yekun: 88,057.88 6,114.94 81,942.94 6,114.94

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” və “ipoteka qoyan” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada 102.405 (yüz iki min dörd yüz beş) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu muqavilə üzrə gecikdirilmiş məbləğə görə hər gecikdirilən gün üçün gecikdirilmiş hər tam və ya natamam 100 AZN borc məbləğinə 0.5 (sıfır tam onda beş) AZN məbləğində cərimə hesablanır və cavabdehlər tərəfindən ödənilir. 4.3.İpoteka predmetinin ilkin satış qiyməti 219.000 (iki yüz on doqquz min) AZN müəyyən edilməklə, “borclular”ın borcu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsində 0,3511 ha torpaq sahəsində yerləşən 80 saylı bağ evi və torpaq sahəsinə yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait “Bank”a ödənilir. 4.4.İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “borclu”nun “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə “ipoteka qoyan”a ödənilir. 4.5. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Bank”a olan borca yönəldilir.

5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və girov müqaviləsinə xitam veriləcəkdir.

6. “Borclular” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Bakır Murat Şuayıpa qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(011)-272/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar