Məhkəmə qərarları › İş №2(011)-2724/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2724/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

“ Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2724/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Ziya qızı, Cavabdeh iştirakları ilə İlkin iddia tələbi üzrə İddiaçı Ziya qızının Cavabdeh oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı Ziya qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ziya qızı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5346/2020 saylı, 15 oktyabr 2010-cu il tarixli qətnaməsinə əsasən övladlarının yetkinlik yaşına çatanadək saxlamaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Hal-hazırda o, və cavabdeh ayrı-ayrı ünvanlarda qalmaqla ayrı təsərrüfat aparırlar. Övladları da iddiaçı ilə birlikdə qalmaqla onun himayəsindədir. İddiaçı göstərilənləri nəzərə alaraq, övladları 2013-cü il təvəllüdlü Xəlilova Sona, 2015-ci il təvəllüdlü Xəlilova İnci yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli № 2(011)-5346/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləği miqdarının təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı Ziya qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, uzun müddətdir ki 2 azyaşlı uşaqların alimentini vaxtı-vaxtında ödəyir. Halbuki, o, uzun müddətdir ki, iş axtarmasına baxmayaraq, iş tapa bilmədiyindən heç bir yerdə işləmir. Bununla bağlı o, rəsmi müraciət etdiyi qurum: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Aqentliyi 3 saylı Bakı DOST Məkkəzi tərəfindən № **********9 xx.xx.2022-ci il tarixdə rəsmi qaydada arayış almışdır. Onun valideynləri təqaüdçüdürlər və o, hal-hazırda onların himayəsində olaraq yaşayır. Onun valideynləri öz təqaüd pullarından onun əvəzinə iddiaçıya uşaqların saxlanması üçün ona hər ay vaxtlı-vaxtında aliment pulu ödəyirlər. Valideynləri öz pensiya haqlarından hər ay ona 340 manat pulu ödəyirlər . Hesab edir ki, cavabdehin ondan 30-40 manat əlavə pula ehtiyacı yoxdur, cavabdeh yalnız onunla qərəzli olduğundan məhz cavabdehin mənəvi cəhətdən ona zərbə vurmaq məqsədi ilə onun məhkəmələrdə sürünməsini bilərəkdən edir. O, valideynlərindən utanır ki, onlar öz təqaüd pullarını özlərinin dərman və digər “ xərclərindən kəsərək, iddiaçının tələbinə məruz qalmışlar. Hal-hazırda nə dövlət tərəfindən, nə də onun özü faktiki iş axtardığı müddətində işlə təmin olunmadığından, valideynlərinin təqaüdündən iddiaçıya məcbur olaraq ödədiyi vəsait, yaşlı valideynlərinin özlərinə sərf etdiyi dərman və digər zəruri tələblərinə xərclədiyi pullarının istifadə etdiyi üçün müvvəqəti olaraq alimentin azadılması barədə qərarə gəlmişdir. O, özü də çalışır ki, işləsin və öz uşaqlarının xərclərini ödəməsini artıqlaması ilə ödəsin. Lakin hal-hazırda Respublikada işlə bağlı iş yerlərində işin məhdud olması onu çətin duruma salmışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, azyaşalı uşaqları 2013-ci il təvəllüdlü Sona Xəlilovanın və 2015-ci il təvəllüdlü İnci Xəlilovanın saxlanması üçün alimentin pulunu azaldaraq hər uşağın birinə 150 manat hesablanaraq, cəmi 300 manat tutulması barədə qətnamə qəbul edilməsiniu xahiş etmişdir. Məhkəmənin baxış iclasında ilkin iddia tələbi üzrə İddiaçı Ziya qızı ilkin iddia tələbini müdafiə edərək, onun təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5346/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı Ziya qızının Cavabdeh qarşı “nikah və aliment” tələbinə dair iddia tələbi təmin edilmiş, 2013-ci il təvəllüdlü Sona Xəlilovanın və 2015-ci il təvəllüdlü İnci Xəlilovanın saxlanması üçün hər ay hər uşağ üçün 170 manat hesablanaraq, cəmi 340 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, “ X2” altsistemində Cavabdeh (FİN: xxxxxxx) hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərin istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alimentlə bağlı mübahisəni həll etmiş məhkəmə aktının qüvvəyə mindiyi tarixdən keçən qısa müddət ərzində tərəflərin ailə və ya maddi vəziyətində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsinə əsas ola biləcək dəyişikliyin baş verməsi mülki işdə olan mötəbər sübutlarla təsdiq edilmədiyindən, ilkin və qarşılıqlı iddialar əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı Ziya qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı Ziya qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. “ Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar