Məhkəmə qərarları › İş №2(011)-2724/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2724/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2724/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – Cavabdehndən xx.xx.2024-cü il tarixli, № xxxxxxx-9 nömrəli kredit müqaviləsi üzrə 5.736 manat məbləğində; xx.xx.2024-cü il tarixli, № xxxxxxx-10 nömrəli kredit müqaviləsi üzrə 5.363 manat (3.155 ABŞ dolları) məbləğində; və xx.xx.2024-cü il tarixli, № xxxxxxx-11 nömrəli kredit müqaviləsi üzrə 8.001 manat məbləğində olmaqla, ümumilikdə 19.100 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının arasında xx.xx.2024-cü il tarixli, № xxxxxxx-9 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə əsasən o cavabdeh şirkətin böyüməsi və inkişaf etməsi üçün kreditor olaraq 4.040 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin şərtinə əsasən 90 günün sonunda verdiyi borc məbləğinin qarşılığında əlavə faiz hesablanmaqla cavabdeh şirkət Cavabdeh MMC tərəfindən ona ümumilikdə 5.736 manat məbləğində pul qaytarılmalıdır. 2) Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixli, № xxxxxxx-10 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə əsasən o cavabdeh şirkətin böyüməsi və inkişaf etməsi üçün kreditor olaraq 2.222 ABŞ dolları (3.777 manat) məbləğində borc pul vermişdir. Həmin müqavilənin şərtinə əsasən 90 günün sonunda verdiyi borc məbləğinin qarşılığında əlavə faiz hesablanmaqla cavabdeh şirkət Cavabdeh MMC tərəfindən ona ümumilikdə 3.155 ABŞ dolları (5.363 manat) məbləğində pul qaytarılmalıdır. Cavbadeh Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixli, № xxxxxxx-ll nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə əsasən o cavabdeh şirkətin böyüməsi və inkişaf etməsi üçün kreditor olaraq 6.300 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin şərtinə əsasən 90 günün sonunda verdiyi borc məbləğinin qarşılığında əlavə faiz hesablanmaqla cavabdeh şirkət Cavabdeh MMC tərəfindən ona ümumilikdə 8.001 manat məbləğində pul qaytarılmalıdır. İddiaçı bildirir ki, cavabdeh şirkət yuxarıda qeyd etdiyi hər üç kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək ona qaytarmalı olduğu, ümumilikdə 19.100 manat məbləğində pul vəsaitini bu günə qədər qaytarmamışdır. Qanunvericiliyin tələbinə əsaslanaraq həmin pul məbləğinin ona geri qaytarması barədə Cavabdeh MMC-nə əvvəlcə “Pretenziya məktubu” ilə müraciət edərək bildirib ki, əgər 15 gün müddətində həmin pul məbləğini ona geri qaytarmasalar məhkəmə qaydasında pulun tutulması barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edəcək. Həmin müddətin keçməsinə baxmayaraq cavabdeh şirkət “pretenziya məktubuna” heç bir münasibət bildirməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, sözügdən müqavilələr üzrə Cavabdeh MMC iddiaçıya heç bir pul qaytarmamışdır. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, № xxxxxxx-9 nömrəli, xx.xx.2024-cü il tarixli, № xxxxxxx-10 nömrəli və xx.xx.2024-cü il tarixli, № xxxxxxx-11 nömrəli kredit müqavilələrinə əsasən ümumilikdə 19100 manat məbləğində pul vəsaitinin geri qaytarmaları ilə bağlı xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № xxxxxxx-9 nömrəli kreditor müqaviləsinin surətindən görünür ki, kreditor İddiaçı borclu Cavabdeh MMC-nə 90 günün sonunda qaytarılması şərtilə 5.736,80 manat məbləğində pul vəsaiti vermişdir. Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, borcun əsas məbləğindən qalan 4.040 (dörd min qırx) manatı 3 ayın sonunda və ya Borc alanın şirkətinin www.azebirja.az saytında kreditor üçün açılan hesabına istədiyi vaxt ay tamam olmadan da ödəyə bilər. Müqavilənin 1.5-ci bəndində qeyd olunmuşdur ki, kreditor borcluya verdiyi borcu müqavilə müddətindən tez tələb edərsə, borclu kreditora aldığı borcdan 2.828 (iki min səkkiz iyirmi səkkiz) manat ödəyəcəkdir. Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, əgər borc alan kreditordan aldığı borcun 4.040 (dörd min qırx) manat hissəsini onun bu müqavilənin 1.3 bəndində göstərilən ay tamam olmadan 4.040 (dörd min qırx) manat köçürübsə, kreditor yenə ay tamam olmadan əsas borc məbləğini tələb edərsə, borc alan kreditora ödədiyi 4.040 (dörd min qırx) manatdan 1.212 (min iki yüz on iki) manatı özünün etdiyi zərər kimi çıxaraq, ona 2.828 (iki min səkkiz iyirmi səkkiz) manat hissəsini ödəyəcək. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № xxxxxxx-10 nömrəli kreditor müqaviləsinin surətindən görünür ki, kreditor İddiaçı borclu Cavabdeh MMC-nə 90 günün sonunda qaytarılması şərtilə 3.155 dollar məbləğində pul vəsaiti vermişdir. Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, borcun əsas məbləğindən qalan 2.222 (iki min iki yüz iyirmi iki) dolları isə 3 ayın sonunda və ya Borc alanın şirkətinin www.azebirja.az saytında kreditor üçün açılan hesabına istədiyi vaxt ay tamam olmadan da ödəyə bilər. Müqavilənin 1.5-ci bəndində qeyd olunmuşdur ki, kreditor borcluya verdiyi borcu müqavilə müddətindən tez tələb edərsə, borclu kreditora aldığı borcdan 1.555 (min beş yüz əlli beş) dollar ödəyəcəkdir. Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, əgər borc alan kreditordan aldığı borcun 2.222 (iki min iki yüz iyirmi iki) dollar hissəsini onun bu müqavilənin 1.3. bəndində göstərilən ay tamam olmadan 2.222 (iki min iki yüz iyirmi iki) dollar köçürübsə, kreditor yenə ay tamam olmadan əsas borc məbləğini tələb edərsə, borc alan kreditora ödədiyi 2.222 (iki min iki yüz iyirmi iki) dollardan 666 (altı yüz altmış altı) dolları özünün etdiyi zərər kimi çıxaraq, ona 1.555 (min beş yüz əlli beş) dollar hissəsini ödəyəcək. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № xxxxxxx-11 nömrəli kreditor müqaviləsinin surətindən görünür ki, kreditor İddiaçı borclu Cavabdeh MMC-nə 90 günün sonunda qaytarılması şərtilə 8.001 manat məbləğində pul vəsaiti vermişdir. Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, borcun əsas məbləğindən qalan 6.300 (altı min üç yüz) manatı isə 3 ayın sonunda və ya Borc alanın şirkətinin www.azebirja.az saytında kreditor üçün açılan hesabına istədiyi vaxt ay tamam olmadan da ödəyə bilər. Müqavilənin 1.5-ci bəndində qeyd olunmuşdur ki, kreditor borcluya verdiyi borcu müqavilə müddətindən tez tələb edərsə, borclu kreditora aldığı borcdan 4.410 (dörd min dörd yüz on) manat ödəyəcəkdir. Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, əgər borc alan kreditordan aldığı borcun 6.300 (altı min üç yüz) manat hissəsini onun bu müqavilənin 1.3. bəndində göstərilən ay tamam olmadan 6.300 (altı min üç yüz) manat köçürübsə, kreditor yenə ay tamam olmadan əsas borc məbləğini tələb edərsə, borc alan kreditora ödədiyi 6.300 (altı min üç yüz) manatdan 1.890 (min səkkiz yüz doxsan) manatı özünün etdiyi zərər kimi çıxaraq, ona 4.410 (dörd min dörd yüz on) manat hissəsini ödəyəcək. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, tərəflər arasında borc (kredit) müqavilələrinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilələrdə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında yazılı borc (kredit) müqavilələrinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək üç müqavilə üzrə 10.340 manat (4.040+6.300) və 2.222 ABŞ dolları pul məbləğini cavabdehə ödəməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, sözügedən pul vəsaitləri də cavabdeh tərəfindən qəbul edilmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsi həm də ona görə etibarlı müqavilədir ki, məbləğindən asılı olaraq qanunla müəyyən edilmiş yazılı formada bağlanmışdır. Belə ki, Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Qanunun tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc (kredit) müqavilələri əsasında cavabdeh faizlə iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin müqavilələr əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Bununla da cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə - 5.736,80 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3.155 ABŞ dolları, xx.xx.2024-cü il tarixli müqavilə üzrə - 8.001 manat pulun 90 gündən sonra cavabdehə faizlə (müqavilələr üzrə konkret göstərilmiş məbləğlərdə: xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4.040 manat pul vəsaitinə görə 5.736,80 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2.222 ABŞ dollarına görə 3.155 ABŞ dolları; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6.300 manat məbləğinə görə 8.001 manat) qaytarılmasını öhdəsinə götürsə də, həmin öhdəlik vaxtlı-vaxtında icra edilməmişdir. Buna görə də iddia tələbləri təmin edilərək Cavabdehndən xx.xx.2024-cü il tarixli, № xxxxxxx-9 nömrəli kredit müqaviləsi üzrə 5.736 (beş min yeddi yüz otuz altı manat) manat, xx.xx.2024-cü il tarixli, № xxxxxxx-10 nömrəli kredit müqaviləsi üzrə 3.155 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və xx.xx.2024-cü il tarixli, № xxxxxxx-11 nömrəli kredit müqaviləsi üzrə 8.001 (səkkiz min bir) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 13.737 (on üç min yeddi yüz otuz yeddi) manat və 3.155 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 149 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, № xxxxxxx-9 nömrəli kredit müqaviləsi üzrə 5.736 (beş min yeddi yüz otuz altı manat) manat, xx.xx.2024-cü il tarixli, № xxxxxxx-10 nömrəli kredit müqaviləsi üzrə 3.155 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və xx.xx.2024-cü il tarixli, № xxxxxxx-11 nömrəli kredit müqaviləsi üzrə 8.001 (səkkiz min bir) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 13.737 (on üç min yeddi yüz otuz yeddi) manat və 3.155 (üç min yüz əlli beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. 149 (bir yüz qırx doqquz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar