Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2748/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-140/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək cəzası 2 il sınaq müddəti ərzində şərti hesab edilmişdir. Xətai Rayon Məhkəməsinin 7(011)-638/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə İddiaçındə qeydiyyatdan keçərək, onunla ilkin qaydada fərdi söhbət aparılmışdır. xx.xx.2023-cü il tarixdə məhkuma yaşadığı ünvanda “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək, ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Xətai Rayon Məhkəməsinin 1(011)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmlü ilə məhkum Cavabdeh barəsində 6 il 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Məhkəmə prosesi zamanı elektron qolbaq məhkumun üzərindən açılaraq götürülmüş, lakin adapter və mobil qurğu aşkar edilməmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydən müəyyən edilmişdir ki, attenti sadə qolbağın komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komlektə daxil olan V6 mobil qurğu, kabura və adaptor aşkarlanmamışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Məhkum tərəfindən dəymiş ziyan ödənilmədiyindən və mübahisənin başqa həlli mövcud olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat vəsaitin alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçınə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı məhkəməyə məktubla müraciət edərək, ərizənin təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-140/2022 saylı 20 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və barəsində Cinayə Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək cəzası 2 il sınaq müddəti ərzində şərti hesab edilmişdir. Sınaq müddəti ərzində onun üzərinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Baş probasiya İdarəsinə tapşırılmış, sınaq müddətində Cavabdeh üzərinə ona özünün peşə fəaliyyəti və ya məişət ehtiyacları ilə əlaqədar hallar istisna olmaqla ona kəsici, deşici alətləri əldə etməsi, gəzdirməsi, daşıması və üzərində nəzarəti həyata keçirən orqanın icazəsi olmadan yaşayış yerini dəyişdirmək qadağan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-638/2022 saylı 21 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-140/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş sınaq müddəti ərzində məhkum Cavabdeh elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi yeni vəzifələr qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-393/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv olunmuş, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 06(altı) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, bir günə bir gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02(iki) il müddətinə azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilmiş və onun üzərində 06(altı) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 06(altı) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılması və üzərində qəti olaraq 06 (altı) il 08(səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin dəyişdirilməsi, onun haqqında həbs qətimkan tədbiri seçilməsi və onun, dərhal məhkəmə iclası zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi hökm edilmişdir. İş materiallarında olan Cavabdeh, Lalə Babayeva və icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən imzalanan 26 dekabr 2022-ci il tarixli şərti məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, məhkuma 1 ədəd elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğunun enerji adapteri və mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü) təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Eyni zamanda məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan Probasiya Xidmətinin elektron Monitorinq İdarəsinin məsləhətçisi Orxan Hacıyev və İddiaçı (böyük) icra məmuru Nəsimi Abuşov tərəfindən imzalanmış elektron nəzarət vasitələrinin yerli qurumdan təhvil götürülməsi haqqında 09 dekabr 2023cü il tarixli aktın surətindən görünür ki, deaktiv edilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi Cavabdeh Akif oğlundan mobil nəzarət qurğusu olmadan təhvil götürülmüşdür. İş materiallarında olan "xxxx" QSC tərəfindən Probasiya Xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin qiyməti 2277.40 manat göstərilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 140/2022 saylı 20 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək cəzası 2 il sınaq müddəti ərzində şərti hesab edilmişdir. Sınaq müddəti ərzində onun üzərinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Baş probasiya İdarəsinə tapşırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-638/2022 saylı 21 noyabr 2022-ci il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-140/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş sınaq müddəti ərzində məhkum Cavabdeh elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi yeni vəzifələr qoyulmuşdur. Sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-393/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv olunmuş, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 06(altı) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, bir günə bir gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02(iki) il müddətinə azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilmiş və onun üzərində 06(altı) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək, tətbiq edilmiş, müvafiq iltizamla 1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğunun enerji adapteri və mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən ona təhkim olunmuş mobil qurğunu itirmiş və bununla da 2277.40 manat məbləğində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, 2277.40 manat pul vəsaiti cavadehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2748/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2748/2024
13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver