Məhkəmə qərarları › İş №2(011)-2767/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2767/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2767/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahtında bildirdi ki, Cavabdeh 2020-ci ilin mart ayında ondan 10000 manat məbləğində borc pul istəmiş, həmin pulu 6 ay müddətində qaytaracağını bildirmişdir. 17.03.2020-ci il tarixdə Cavabdeh 10000 manat pulu borc olaraq vermiş, həmin gün borc müqaviləsi tərtib edilmiş, borc müqaviləsi Qusar rayon Notariat ofisində təsdiqlənmiş reyestrdə 3M-178 nömrə ilə qeydə alınmışdır. Borc müqaviləsi 6 ay müddətində bağlanmış, 17.03.2020-ci il tarixli borc müqaviləsinin 3.1-ci bəndində qeyd edilmişdir. Müqaviləyə əsasən 17.09.2020-ci il tarixdə borcun qaytarılması nəzərdə tutulduğu halda Cavabdeh hal-hazıra kimi borcu geri tələb etdikdə müxtəlif bəhanələrlə, həmçinin onun digər problemləri olduğunu bildirərək borc pulun qaytarmaqdan boyun qaçırmış, onun davranışından aydın olur ki, o, borcu könüllü qaytarmaq istəmir. Cavabdeh borcun məhkəmə qaydasında alınmasını zəruri sayır. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 17.03.2020-ci il tarixli Qusar rayon notariat ofisində bağlanmış borc müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 17.09.2020-ci il tarixinədək Cavabdeh 10000 manat pulu borc vermiş, Cavabdeh 10000 manat pulu 17.09.2020-ci il tarixinədək İddiaçı borc almışdır. Müqavilənin 3.1.-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 17.03.2020-ci il tarixindən, 6 ay müddətinə, 17.09.2020-ci il tarixinədək bağlanılır. Müqavilənin 4.1-ci bəndinə əsasən Cavabdeh göstərilən məbləği vaxtında geri qaytarmazsa İddiaçı bu barədə məhkəmə və digər hüquq mühafizə orqanları qarşısında iddia qaldıra bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti Başçısının İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 899 saylı 02.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Qusar rayon İmamqulukənd kənd sakinidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan borc müqaviləsi əsasında 10000 manat borc almış, həmin məbləği müqavilədə nəzərdə tutulmuş 6 ay müddətinə 17.03.2020-ci il tarixinə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir, hazırda cavabdehin iddiaçıya 10000 manat məbləğində borcu qalmışdır. Bununla belə, cavabdehin iddiaçıya borcunun olmasını, həmçinin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10000 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlətv rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 (on min) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar