Məhkəmə qərarları › İş №2(011)-2790/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2790/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2790/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlu iddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin Cavabdeh qarşı “ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC borclu Cavabdeh qarşı “ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobil qəzası nəticəsində, Dövlətə vurulmuş 1948 (bir min doqquz yüz qırx səkkiz) manat məbləğində ziyanın Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 16.03.2019-cu il tarixində, Suraxanı rayonu ərazisində, Mərdəkan körpüsü-Bilgəh qəsəbəsi istiqamətində avtomobil yolunun 35-ci kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbini pozaraq, idarə etdiyi “Cadilac” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və yolun kənarmdakı 20 (iyirmi) p.m hissəsini və 1 (bir) ədəd dəmir başlığı yararsız vəziyyətə salmışdır. Faktla bağlı, Bakı şəhər Xəzər rayon DYPŞ tərəfindən, inzibati xəta haqqında 16.03.2019-cu il tarixli protokol tərtib edilmişdir. Hadisə nəticəsində, "xxxx" MMC-yə 1948 (bir min doqquz yüz qırx səkkiz) manat ziyan dəymişdir. Qeyd edilən avtonəqliyyat vasitəsi X1 dostu, Cavabdeh məxsus olmuş və o, avtomobili könüllü olaraq cavabdehə vermişdir. Cavabdehin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. İ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısının ilə cinayət işinin başlanması rədd edilməsi barədə 2019-cu il tarixli Qərarının surətindən görünür ki, X2 16.03.2019-cu il tarixində, Suraxanı rayonu ərazisində, Mərdəkan körpüsü-Bilgəh qəsəbəsi istiqamətində avtomobil yolunun 35-ci kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbini pozaraq, idarə etdiyi “Cadilac” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və yolun kənarmdakı 20 (iyirmi) p.m hissəsini və 1 (bir) ədəd dəmir başlığı yararsız vəziyyətə salmışdır. Hadisə nəticəsində, "xxxx" MMC-yə 1948 (bir min doqquz yüz qırx səkkiz) manat ziyan dəymişdir. Qeyd edilən avtonəqliyyat vasitəsi X1 dostu, Cavabdeh məxsus olmuş və o, avtomobili könüllü olaraq cavabdehə vermişdir. Cavabdehin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin, cavabdehin əməlində isə İXM-nin 332.2-ci və 332.4-cü maddələrinin əlamətləri olduğu üçün Qərarın surəti icra olunması üçün Xəzər DYPŞ-nə göndərilmişdir. 03.07.2019-cu ul tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusunu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1 -ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Avtomobil qəzası nəticəsində, Dövlətə vurulmuş 1948 (bir min doqquz yüz qırx səkkiz) manat məbləğində ziyan Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar