Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-281/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə İddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Yelo Bank ASC ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizəni, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixli, 9/8613 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Yelo Bank ASC iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdehlərin məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alıb hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia tələbi təqribən 87 faiz həcmində təmin edildiyinə görə ekspertiza tədqiqatının dəyərinin 87 manat hissəsi iddiaçıdan, 13 manat hissəsi Cavabdeh1 tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Yelo Bank ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 87 (səksən yeddi) manat hissəsi cavabdehlərdən müştərək qaydada, 13 (on üç manat) manat hissəsi isə iddiaçı Yelo Bank ASC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Qərardadın ekspertiza xərcləri hissəsində icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-281/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-281/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver