Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2844/2021 19.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə ilkin iddiası, Cavabdeh İddiaçı ASC-yə qarşı “tələbin avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi” barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.107,15 ABŞ dolları əsas borc, 6.497,46 ABŞ dolları faiz borcu, 9.440,52 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15 aprel 2019-cu il tarixdən 08 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 914.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 26.959,48 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 16.575 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 08 fevral 2021-ci il tarixədək Cavabdeh banka 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.107,15 ABŞ dolları əsas borc, 6.497,46 ABŞ dolları faiz borcu, 9.440,52 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15 aprel 2019-cu il tarixdən 08 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 914.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 26.959,48 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn borcun ipoteka predmeti olan “Seat Leon” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəlməsi və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və illik 18 faiz olmaqla 36 aylıq müddətə 16.575 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təyinatı müqavilədən göründüyü kimi “Seat Leon” markalı, **-TL-*** dövlət qeydiyyat nömrəli avtomobilin alınması olmuşdur. Həmin avtomobil götürülmüş kreditin təminatı kimi Cavabdeh ilə bağlanmış 05 noyabr 2014-cü il tarixli 22-A-1-0-1474-14 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Seat Leon” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı bank qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün "xxxx" İKB-nin əməkdaşları ipoteka predmetinin təhvil verilməsini və bank tərəfindən həmin avtomobilin realizə olunaraq kredit borcunun silinməsini vəd vermişlər. Bu məqsədlə iddiaçı 08 aprel 2016-cı il tarixdə bankın əməkdaşı X1 etibarnamə vermişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X5 ilkin iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh borcla bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 15 aprel 2019-cu il tarixə cavabdehin 10.107,94 ABŞ dolları əsas borcu, 6.501,89 ABŞ dolları faiz borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka 15 aprel 2019-cu il tarixə (müqavilənin bitdiyi tarix) 14.272,85 ABŞ dolları əsas borcu, 9.560,35 ABŞ dolları faiz borcu; 08 fevral 2021-ci il tarixə isə 14.272,85 ABŞ dolları əsas borcu, 10.854,82 ABŞ dolları faiz borcu mövcuddur. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri ilə müəyyən olunmuş məbləğlər iddiaçının tələb etdiyi əsas və faiz borcunun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPMin 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, cavabdehdən əsas borca görə 10.107,15 ABŞ dolları, faiz borcuna görə isə 6.497,46 ABŞ dolları tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 9.440,52 ABŞ dolları məbləğində cərimənin 100 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun sayır. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 914.35 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək belə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh məxsus olan əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə borc verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə azadlığı prinsipinə əsasən hazırkı iş üzrə kredit müqaviləsi üzrə yaranmış öhdəliyin pul şəklində ödənilməsini tələb etmək İddiaçı ASC-nin hüququdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə borclu öhdəliyini icra etmədikdə tələbkarın hər hansı tələbetmə üsulunu müəyyən edən bir razılıq mövcud olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə verilmiş qarşılıqlı iddia tələbini əsassız sayır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10.107,15 ABŞ dolları əsas borc, 6.497,46 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, 15 aprel 2019-cu il tarixdən 08 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 914.35 ABŞ dolları olmaqla, ümumilikdə 17.618,96 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, ilkin iddia üzrə İddiaçı ASC 30 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərindən görünür ki, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin olunduğundan Cavabdeh 20 manat məbləğində rüsum tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan 10 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilməlidir. Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərclərinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, Cavabdeh ekspertiza xərcinə görə 200 manat alınaraq "xxxx" MMC-yə, 100 manat isə alınaaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.107,15 (on min yüz yeddi dollar on beş sent) ABŞ dolları əsas borc, 6.497,46 (altı min dörd yüz doxsan yeddi dollar qırx altı sent) ABŞ dolları faiz borcu, 100(yüz) ABŞ dolları cərimə borcu, 15 aprel 2019-cu il tarixdən 08 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 914.35 (doqquz yüz on dörd dollar otuz beş sent) ABŞ dolları olmaqla, ümumilikdə 17.618,96 (on yeddi min altı yüz on səkkiz dollar doxsan altı sent) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan 10 (on) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı-"xxxx" X3 (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn borcun ipoteka predmeti olan “Seat Leon” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəlməsi və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASCdən iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. Cavabdeh tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh ekspertiza xərcinə görə 200 (iki yüz) manat alınaraq "xxxx" MMC-yə, 100 (yüz) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2844/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2844/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver