Məhkəmə qərarları › İş №2(011)-2845/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2845/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2845/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 29,68 ABŞ Dolları əsas borc, 0,97 ABŞ Dolları faiz borcu, 36,39 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə 08 yanvar 2018-ci il tarixdən, 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 0,25 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 67,29 ABŞ Dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi D.E.Əliyeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətində 650 ABŞ Dolları kredit götürmüşdür, lakin borclu müqavilə şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır, 08.02.2021-ci ilədək Cavabdeh banka 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 29,68 ABŞ Dolları əsas borc, 0,97 ABŞ Dolları faiz borcu, 36,39 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə 08 yanvar 2018-ci il tarixdən, 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 0,25 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 67,29 ABŞ Dolları borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır, müqavilə üzrə borc mübahisəsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmür, müqavilə tərəfi "xxxx" İKB olsa da, hazırda onun adı dəyişilərək Yelobank ASC olmuşdur. Sonda iddiaçının nümayəndəsi D.E.Əliyeva iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 28.04.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" İKB ASC-nin 2 saylı filialı arasında 08.01.2016-cı il tarixli 2-Y-1-0-5-16 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 24 ay müddətinə, illik 28 % hesabı ilə 650 ABŞ Dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 08.01.2016-cı il tarixli 2-Y-1-0-5-16 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, boracalan Cavabdeh 08.01.2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə, aylıq annuitet 35,68 ABŞ Dolları olmaqla 650 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 08.02.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 29,68 ABŞ dolları əsas, 0,97 ABŞ Dolları faiz, 36,39 ABŞ Dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 0,25 ABŞ Dolları borcu ümumilikdə 72,28 ABŞ Dolları borcu vardır. İş materiallarında olan 08.01.2016-cı il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh 650 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 08.02.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh 27.01.2021-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan 08.01.2016-cı il tarixli 2-Y-1-0-5-16 saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, illik 28 faiz olmaqla 24 ay müddətinə 650 ABŞ Dolları məbləğində kredit ayrılması barədə tərəflər arasında müqavilə bağlanmış, E.M. Hüseynov müqavilədə nəzərdə tutulan 650 ABŞ Dolları kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, onun iddiaçıya 29,68 ABŞ Dolları əsas borc, 0,97 ABŞ Dolları faiz borcu, 36,39 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə 08 yanvar 2018-ci il tarixdən, 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 0,25 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 67,29 ABŞ Dolları borcu qalmış, cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir, iddiaçı hazırda Yelobank ASC adı altında fəaliyyət göstərir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 29,68 ABŞ Dolları əsas borc, 0,97 ABŞ Dolları faiz borcu, 36,39 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə 08 yanvar 2018-ci il tarixdən, 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 0,25 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 67,29 ABŞ Dolları borcun alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 29,68 ABŞ Dolları əsas borc, 0,97 ABŞ Dolları faiz borcu, 36,39 ABŞ Dolları cərimə borcu və kredit müqaviləsi üzrə 08 yanvar 2018-ci il tarixdən, 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 0,25 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 67 (altmış yeddi) ABŞ Dolları 29 (iyirmi doqquz) sent, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq Yelobank ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar