Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-285/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı – avtomobilin təmiri üçün tələb olunan və sığorta şirkəti tərəfindən ödənilməmiş 7100 manat, evakuator xərci 100 manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 200 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və mənəvi zərər üçün 5000 manat, ümumilikdə 12430 manat zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçını nümayəndəsi və vəkili X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən barışıq sazişini təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahış etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən barışıq sazişini təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahış etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin tərəflər ərizə ilə məhkəməyə müraciət edərək, bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər əmlakla bağlı mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə iddia tələbinin birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissəsində icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan tələbə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Cavabdeh qarşı avtomobilin təmiri üçün tələb olunan və sığorta şirkəti tərəfindən ödənilməmiş 7100 manat, evakuator xərci 100 manat, vəkillə hüquqi yardım üçün ödənilmiş 200 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və mənəvi zərər üçün 5000 manat, ümumillikdə 12430 (on iki min dörd yüz otuz) manat zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair 2(011)285/2022 saylı mülki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona ödəniləcək 2900 (iki min doqquz yüz) manat qarşılığında iddia tələbindən imtina edir və həmin məbləğin ona ödənilməsini təsdiq edir.
2. Məhkəmə ekspertiza mərkəzinin hesabına ödəniləcək 100 manat ekspertiza xərci Cavabdeh tutularaq, dövlət nəfinə ödənilsin, digər məhkəmə xərcləri isə İddiaçı aid edilsin. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” barədə iddiası əsasında mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Lalə Rəhimli