Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2850/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Bakı şəhəri 1 saylı Notariat ofisində bağlanmış 25.02.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birlikdə X1 yol-tikinti işinin tenderi ilə bağlı olaraq 30.000 manat pul vermişdir. Cavabdeh X3 ilə o tanış etmişdir. Cavabdeh 30.000 manat pulu onun tanışı Ə.Qarayevə verdiyindən pulu ondan tələb etməyə başlamış, 25.02.2015-ci il tarixdə ona borc pul vermədən yalançı bir kredit müqaviləsi bağlamışdır. X3 üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən aidiyyati orqanlara rəsmi şikayət vermiş, cinayət işi başlanılmış və o, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmişdir. Hazırda bu müqavilənin məhkəmə qaydasında etibarsız hesab olumfıası zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır, ona görə də rədd edilməlidir. Belə ki, məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında 25.04.2015-ci il tarixində bağlamış və Bakı şəhəri 1 saylı Notariat ofisində təsdiq olunmuş kredit müqaviləsinin şərtlərinə görə borc alana 30.000 manat məbləğində borc vermiş və borclu borc aldığı pulu 10.03.2015-ci il tərixinədək ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə vəzifələrini icra etməmiş və bu günə kimi heç bir ödəniş etməmişdir. Pulunun qaytarılmasını iddiaçıdan dəfələrlə tələb etsə də, o pulu qaytarmaqdan yayınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 17.11.2016-cı il tarixli, 2(073)-3936/2016 saylı qətnaməsi ilə cavabdeh İddiaçı qarşı 30000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamə isə bu günədək icra edilməmişdir. Bununla bağlı olaraq İddiaçı barəsində axtarış da elan edilmişdir. Lakin o bugünədək gizlin olaraq yaşayır, hüquq mühafizə orqanlarının tələblərini icra etməkdən yayınır, məqsədli şəkildə müntəzəm olaraq yaşayış yerini dəyişir. 27.11.2017-ci il tarixində İddiaçı Abşeron Rayon İcra Şöbəsinin rəisinə şəxsən yazılı izahat verərək, pulun ödənilməsini təmin edəcəyinə, əks halda qohumlarından borc pul alaraq ödəniş edəcəyinə söz vermişdir. Lakin o öz vədinə əməl etməyərək, icradan yayınmaqda davam edir. Nəticə olaraq bildirmək istəyir ki, hazırkı mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə icra mərhələsindədir. Buna görə də, hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini göstərmiş və məhkəmə iclasının başqa vaxta təyin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, göstərdi ki, iddiaçının məhkəmə iclasına gəlməməsi yalnız mübahisəyə baxılmasının uzadılması məqsədi daşıyır. Bu səbəbdən də mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Bakı şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında bağlanmış 25.02.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 30000 manat məbləğində borc vermiş, borc alan krediti 10.03.2015-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş və reyestrdə 3M/01-55 nömrə ilə qeyd olunaraq informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 17.11.2016-cı il tarixli, 2(073)- 3936/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddiası təmin edilərək, cavabdehdən 30000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon icra şöbəsinin icra məmuru X2 23.04.2019-cu il tarixli və 14.06.2019-cu il tarixli “Borclunun axtarılması barədə” qərarlarının surətindən görünür ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)-3936/20!6 saylı, 17.11.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar cavabdeh İddiaçı icraata başlama haqqında qərar və bildiriş göndərilməsinə baxmayaraq, o Abşeron rayon İcra Şöbəsinə gəlməmişdir. Borclu İddiaçı yaşadığı ünvan məlum olmadığı və icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən qərəzli şəkildə yayındığı müəyyən edilmiş və onun axtarışının həyata keçrilməsi qərara alınmışdır. İş materiallarında olan 27.11.2017-ci il tarixli iltizamın surətindən görünür ki, Rzayev X4 Rayon İcra Şöbəsinin rəisinə yazılı iltizam verərək, Cəlilabad rayon Məhkəməsinin 2(073)- 3936/20!6 saylı, 17.11.2016-cı il tarixli icra sənədinin icrası üçün ona 20.12.2017-ci il tarixinədək vaxt verilməsini xahiş etmiş, həmin tarixədək icra şöbəsinə gəlməyəcəyi və borcu ödəməyəcəyi təqdirdə, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsini razılığını bildirmiş, borcu ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə izah verildiyini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən Cavabdeh ilə İddiaçı ilə arasında 25.04.2015-ci il tarixində bağlamış və Bakı şəhəri 1 saylı Notariat ofisində təsdiq olunmuş kredit müqaviləsinin şərtlərinə görə borc verən tərəfindən borc alana 30.000 manat məbləğində borc verilməsi və borclunun borcu 10.03.2015-ci il tərixinədək ona ödəməyi öhdəsinə götürməsini, həmin kredit müqaviləsi üzrə . İddiaçı 30.000 manat məbləğində borcun alınaraq Cavabdeh verilməsinə dair qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə aktının mövcudluğunu, bununla da, iddiaçının həmin kredit müqaviləsini mübahisələndirməsi üçün subyektiv hüquqa malik olmadığını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddiaçını iddia ərizəsində cavabdehlə aralarında heç bir pul məbləği olmadan kredit müqaviləsinin bağlanması ilə bağlı istinad etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşımışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı cavabdehlə aralarında Bakı şəhəri 1 saylı Notariat ofisində bağlanmış 25.02.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2850/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2850/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver