Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-287/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Xocavənd kəndində yaşayır. 10 fevral 2014-cü il tarixdə ona məxsus olan evin həyətində ayaqyolunda olarkən qaz sızması nəticəsində yüksək dərəcəli partlayış baş vermişdir. Həmin partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdır. Bundan sonra dərhal Cavabdeh İB-nin nümayəndələrinə telefon vasitəsi ilə məlumat verilmişdir. X8 Sahə rəisi vəzifəsini icra edən X4 hadisə baş verən əraziyə gələrək yoxlamalar aparmış və həqiqətən də məlum olmuşdur ki, baş verən partlayış qaz sızması nəticəsində baş vermişdir. Həmin partlayış Cavabdeh İB-nin nümayəndələri tərəfindən mütəmadi yoxlamaların aparılmamasından və işlərinə etinasız davranmalarından qaynaqlanmışdır. Həmin hadisədən sonra bütün tikililər məhv olmuşdur. Tikililərlə yanaşı iddiaçının bədənində olan ağır yanıq xəsarətləri və psixoloji problemləri yaranmışdır. Həmin vaxt maddi durumu çox aşağı olduğundan Cavabdeh İB-yə müalicə olunmağı ilə bağlı maddi köməklik göstərilməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq müraciətləri cavabsız qalmışdır. Partlayış nəticəsində dağılmış tikilinin bərpa olunmasına, iddiaçının yanıq xəsarətlərinin və psixoloji problemlərinin müalicə olunmasına 10000 manat miqdarında maddi ziyan dəymişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, ona dəymiş 10000 manat maddi ziyan, ödənilmiş 130 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Ağcabədi rayonu Xocavənd kəndində 10 fevral 2014-cü il tarixdə İddiaçı məxsus evinin həyətində yerləşən ayaqyolu tikilində partlayış hadisəsi baş vermişdir. Hadisə nəticəsində İddiaçı ayaqyolunda olarkən partlayış səbəbindən yanıq xəsarətləri almışdır. Baş vermiş hadisə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyi Əməliyyat-İstintaq idarəsinin istintaq şöbəsinin müstəntiqi leytenant X2 tərəfindən icraata götürülmüş nəticədə 27 fevral 2017-ci il tarixdə baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə qərar verilmişdir. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorumun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən 09 fevral 2018-ci il tarixdə materialın əlavə araşdırılması üçün FHN-nin Əməliyyat-istintaq İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin müstəntiqi kapitan X1, icraatında olan 0020 nömrəli materialda partlayış ərəfəsində qeyd olunan küçədə hər hansı təmir-tikinti işlərinin aparılıb-aparılmaması, küçədən yük avtomobillərinin keçib-keçməməsi, araşdırma zamanı Bəxtiyar Orucov və Tofiq Kərimovun izahatlarında, elecə də materiala əlavə edilmiş sənədlərdə göstərilən halların mötəbərliyinin dəqiqləşdirilməsi barədə Qəza Dispetçer xidmətinin digər xətt baxıcılarının izahatların alınması, X8 sahəsininjqəza dispetçer xidmətində təbii qazın sızma hallarının müəyyən edən xüsusi cihazın olub-olmaması, olmuşdursa sayı, işlək vəziyyətdə olubolmaması, həmin cihazın saz vəziyyətdə saxlanılmasına cavabdehliyin kimin üzərinə qoyulması, cihaz nasaz olduğu təqdirdə bu barədə rəhbərliyə məlumat verilibverilməməsinin aydınlaşdırılması, elecə də məhkəmə trassoloji və məhkəmə yanğıntexniki ekspertizalarının təyin edilməsi və digər təkrar yoxlama hərəkətlər aparılmışdır. Nəticədə 14 may 2018-ci il tarixdə baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə qərar verilmişdir. Göründüyü kimi hadisə Cavabdeh təqsiri ucbatından baş verməmiş və heç bir pozuntu hallarına yol verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyi Əməliyyat- İstintaq İdarəsinin istintaq şöbəsinin hər iki araşdırması zamanı hadisənin istismarda olan 63 diametrli polietilen qaz xəttinin üzərində olan 32 diametrli mufta ilə birləşməsində sızma aşkar edilmişdir. Partlayışa səbəb Cəbi Kərimova məxsus fərdi yaşayış evinin hasarının yaxınlığından keçən yeraltı qaz xəttinin üzərində olan üçlükdən sızan qazın ayaqyolu sahəsinə dolması olmuşdur. İddiaçı məxsus ayaqyolu sahəsinə təbii qazın sızmasına səbəb olmuş 32 mm-lik polietilen yeraltı qaz xəttinin yerləşdiyi küçədə partlayış ərəfəsində hər hansı təmir-tikinti işlərinin aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamış, 32 mm-lik yeraltı qaz xəttinin sızma baş vermiş hissəsinin üzəri asfalt qatı ilə örtülməmiş kənd torpaq yolunun keçdiyi nəzərə alınaraq həmin torpaq yolundan yük avtomobillərinin və minik avtomobillərinin keçməsi istisna olunmamışdır. Məhkəmə trassoloji ekspertizasının 14 mart 2018-ci il tarixli 4481 saylı rəyinə əsasən tədqiqata təqdim edilən iki ədəd borunun üzərində mexaniki təsir, korroziya nəticəsində əmələ gələn iz və zədə aşkar edilməmişdir. Nümayəndə göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 19 dekabr 2017-ci il tarixli xx/xx- 08343 nömrəli arayışdan görünür ki, 10 fevral 2014-cü il tarixdə saat 11 radələrində Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki ayaqyolu sahəsində qaz sızmasından yanğınla müşayiət olunan partlayış baş vermiş, nəticədə həmin vaxt ayaqyolu sahəsində olan 1976-cı il təvəllüdlü İddiaçı yanıq xəsarətləri almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi nin 16 aprel 2018-ci il tarixli 8580 nömrəli ekspert rəyinin surətindən görünür ki, partlayışın mənbəyi yaşayış evinin həyətindəki ayaqyolu (tualet) tikilisinin içərisində yerləşmişdir. Partlayışın baş verməsinə səbəb, tikilinin çirkab tullantılarının yığılması üçün nəzərdə tutulmuş (şambo adlanan) quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən (32 mm-lik polietilen borusunun üçlüyə birləşən hissəsində çat əmələ gəlmişdir) qazın sızaraq yığılması, partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması və həmin qarışığın açıq alovun (hadisə zamanı zərərçəkmiş İddiaçı siqareti yandırmaq üçün kibriti yandırmışdır) təsirindən alışması olmuşdur. İlkin və əlavə ekspertizalarına təqdim olunmuş materiallardan konkret olaraq küçə ilə yeraltı çəkilmiş Xocavənd kəndinin paylayıcı qaz kəmərinin (xəttinin) birləşməsində zədənin əmələ gəlmə səbəbi görünmədiyindən, qoyulmuş sual üzrə tədqiqatın aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 27 fevral 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə və yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən evin həyətində inşa olunmuş ayaqyolu tikilisində baş vermiş partlayışın səbəbi tikilinin çirkab tullantılarının yığılması üçün nəzərdə tutulmuş quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən qazın sızaraq yığılması və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının açıq alovun təsirindən alışması olmuşdur. Lakin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sızma yaranmış qaz xətti "xxxx" MMC tərəfindən 2012-ci ildə başlanılmış və 2013-cü ilin mart ayının əvvəllərində başa çatmışdır. Yoxlama materiallarına əlavə edilmiş 14 mart 2013-cü il tarixli aktla müəyyən olunur ki, qeyd olunan qaz kəmərinin pnevmatik üsulla (hava ilə) möhkəmliyə və kipliyə sınaqdan keçirilməsi 2 mərhələdə aparılmışdır. Həmin vaxt ərzində sızma olmadığı üçün komissiya tərəfindən qaz kəmərinin kipliyə sınaqdan keçirildiyi qərarı verilmişdir. Bundan sonra X8 Sahəsinin xətti baxıcısı tərəfindən mütəmadi olaraq qaz xəttinə texniki baxış işləri həyata keçirilmiş və heç bir sızma aşkar olunmamışdır. Bundan başqa Ağcabədi rayonu Xocavənd kəndinə küçə ilə yeraltı çəkilmiş paylayıcı qaz xəttinin birləşməsində zədənin əmələ gəlmə səbəbini müəyyən etmək mümkün olmadığından baş vermiş hadisə ilə əlaqədar yanğən təhlükəsizliyi qaydalarının və digər normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, məhkəmə yanğın-texniki ekspertizası, əlavə məhkəmə trasoloji ekspertizasının rəyləri ilə yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən evin həyətində inşa olunmuş ayaqyolu tikilisində baş vermiş partlayışın səbəbi tikilinin çirkab tullantılarının yığılması üçün nəzərdə tutulmuş quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən qazın sızaraq yığılması və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının açıq alovun təsirindən alışması olmuşdur. Lakin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sızma yaranmış qaz xəttin tikintisinə "xxxx" MMC tərəfindən 2012-ci ildə başlanılmış və 2013-cü ilin mart ayının əvvəllərində başa çatmışdır. Yoxlama materiallarına əlavə edilmiş 14 mart 2013-cü il tarixli aktla müəyyən olunur ki, qeyd olunan qaz kəmərinin pnevmatik üsulla (hava ilə) möhkəmliyə və kipliyə sınaqdan keçirilməsi 2 mərhələdə aparılmışdır. Həmin vaxt ərzində sızma olmadığı üçün komissiya tərəfindən qaz kəmərinin kipliyə sınaqdan keçirildiyi qərarı verilmişdir. Bundan sonra X8 Sahəsinin xətti baxıcısı tərəfindən tərtib edilmiş cədvələ əsasən qaz xəttinə istifadəsində olan qaz analizator cihazı ilə qaz xəttinin keçdiyi küçə ilə şurflama etməklə yoxlama işləri həyata keçirilmiş və heç bir sızma aşkar olunmamışdır. Yoxlama zamanı istifadə olunmuş qaz analizator cihazı saz və işlək vəziyyətdə olmuş və hadisədən əvvəl həmin cihazda heç bir nasazlıq olmamışdır. Yoxlama zamanı baş vermiş hadisə ilə əlaqədar hansı normativ aktların tələblərinin və kimin tərəfindən pozulması müəyyən edilməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsi nəticəsində İddiaçı yanıq xəsarətləri almışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 27 fevral 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən evin həyətində inşa olunmuş ayaqyolu tikilisində baş vermiş partlayışın səbəbi tikilinin çirkab tullantılarının yığılması üçün nəzərdə tutulmuş quyunun içərisinə küçə ilə yeraltı çəkilmiş qaz kəmərinin birləşmə yerindən qazın sızaraq yığılması və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının açıq alovun təsirindən alışması olmuşdur. Sızma yaranmış qaz xətti "xxxx" MMC tərəfindən 2012-ci ildə başlanılmış və 2013-cü ilin mart ayının əvvəllərində başa çatmışdır. Yoxlama materiallarına əlavə edilmiş 14 mart 2013-cü il tarixli aktla müəyyən olunur ki, qeyd olunan qaz kəmərinin pnevmatik üsulla (hava ilə) möhkəmliyə və kipliyə sınaqdan keçirilməsi 2 mərhələdə aparılmışdır. Həmin vaxt ərzində sızma olmadığı üçün komissiya tərəfindən qaz kəmərinin kipliyə sınaqdan keçirildiyi qərarı verilmişdir. Bundan sonra X8 Sahəsinin xətti baxıcısı tərəfindən mütəmadi olaraq qaz xəttinə texniki baxış işləri həyata keçirilmiş və heç bir sızma aşkar olunmamışdır. Bundan başqa Ağcabədi rayonu Xocavənd kəndinə küçə ilə yeraltı çəkilmiş paylayıcı qaz xəttinin birləşməsində zədənin əmələ gəlmə səbəbini müəyyən etmək mümkün olmadığından baş vermiş hadisə ilə əlaqədar yanğən təhlükəsizliyi qaydalarının və digər normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Hazırda İddiaçı yanıq xəsarətlərinin və psixoloji problemlərinin müalicə olunmasına görə 10000 manat miqdarında maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, 10 fevral 2014-cü il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən ayaqyolu sahəsində baş vermiş partlayış hadisəsi nəticəsində Cavabdeh İB-nin yaxud işçisinin təqsiri müəyyən edilmədiyindən və həmin araşdırma nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 may 2018-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edildiyindən və hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-287/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-287/2024
12.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver