Məhkəmə qərarları › İş №2(011)-2893/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2893/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2893/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 408,88 manat əsas borc, 90,75 manat faiz borcu və 28.77 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 528,4 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və 19 iyun 2019-cu il tarixli 338-0***-******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi D.E.Əliyeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 19 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" Bank olmayan Kredit təşkilatı illik 36 faizlə 36 ay müddətində 545 manat kredit götürmüşdür, "xxxx" Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 640 saylı 10.05.2018-ci il tarixli 004 nömrəli müqaviləyə 01.07.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. 29.04.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 31.08.2021 tarixədək təyin edilir, borcun təminatı olaraq X1 ilə zaminlik müqaviləsi bağlanmışdır, lakin borclu müqavilə şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır, 15.02.2021-ci ilədək Cavabdeh banka 19 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 408,88 manat əsas borc, 90,75 manat faiz borcu, 28,77 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 528,4 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır, müqavilə tərəfi "xxxx" İKB olsa da, hazırda onun adı dəyişilərək Yelobank ASC olmuşdur. Sonda iddiaçının nümayəndəsi D.E.Əliyeva iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 30.04.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 19.06.2019-cu il tarixli 338-0***-******* saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 36 ay müddətinə, illik 36 % hesabı ilə 545 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 338-0***-******* saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kreditin məbləği 545 manat, illik faiz 36%, müddət 36 ay, aylıq annuitet 24,96 manat təşkil edir. İş materiallarında olan 01.07.2019-cu il tarixli 640 nömrəli hüquqların ötürülməsi barədə sazişə əsasən, Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan bildirişdən görünür ki, 19.06.2019-cu il tarixli 338-0***-******* saylı kredit müqaviləsi üzrə "xxxx" MMC dair tələbetmə hüququnun güzəşt olunmasına dair 001 saylı, 25.11.2017-ci il tarixli güzəşt olunması müqaviləsinə uyğun olaraq borc tələbetmə hüquqlarının ötürülməsi Cavabdeh bildirilmişdir. İş materiallarında olan 19.06.2019-cu il tarixli 338-0***-******* -2 saylı Ödəmə tapşırığından görünür ki, Cavabdeh 545 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 19.02.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh 05.02.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilməklə ondan 19.06.2019-cu il tarixli 338-0***-******* saylı kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, 19.06.2019-cu il tarixdə illik 36 faiz olmaqla 36 ay müddətinə 545 manat məbləğində kredit ayrılması barədə tərəflər arasında müqavilə bağlanmış, F.Ə. Güləmirli müqavilədə nəzərdə tutulan 545 manat kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. İddiaçı hazırda "xxxx" adı ilə fəaliyyət göstərir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 408,88 manat əsas borc, 90,75 manat faiz borcu, 28,77 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 528,4 manat məbləğində kredit borcu alınaraq İddiaçı ASC-yə ödənilməli, 19.06.2019-cu il tarixli 338- 0***-******* saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 19.06.2019-cu il tarixli 338-0***-******* saylı kredit müqaviləsi üzrə 408,88 manat əsas borc, 90,75 manat faiz borcu, 28,77 manat cərimə borcu olmaqla, ümumilikdə 528 (beş yüz iyirmi səkkiz) manat 40 (qırx) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.06.2019-cu il tarixli 338-0***-******* saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar