Məhkəmə qərarları › İş №2(011)-29/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-29/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-29/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Xətai rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehdən iddiaçının xeyrinə 1260,17 ABŞ dolları əsas borc, 978,73 ABŞ dolları faiz borcu, cəmi 2238,90 ABŞ dolları borcun və 58 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-932/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh hüquqi varisi müəyyən olunanadək İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə hazırkı 2(011)-932/2022 saylı mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 257-ci maddəsinə əsasən, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Belə ki, mülki iş üzrə icraatın dayandırılmasının səbəbi cavabdehin vəfat etməsi və onun hüquqi varisinin müəyyən olunmasının zəruriliyi olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin ölümündən uzun müddət keçməsinə baxmayaraq onun hüquqi varisi müəyyən olunmamışdır. Odur ki, mülki iş üzrə icraatın dayandırılmasına dair qərardad ləğv edilərək iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi kimi işə məhkəmə baxışı təyin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 257, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İş üzrə icraat təzələnsin. İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclası 07 sentyabr 2023-cü il tarixə saat 15:15-ə təyin edilsin. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar