Məhkəmə qərarları › İş №2(011)-2907/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2907/2023

17.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2907/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı cavabdehlər Cavabdeh1 və “156 Evakuasiya Xidmətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərdən müştərək qaydada Evakuator xidməti göstərdikləri vaxt ona “Liebherp PR 742SL” Markalı, 90 C 485 X1 Buldizerin sıradan çıxması səbəbindən vurulmuş zərərə görə 50000 manat, məhkəmədə işə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 178 manat olmaqla, cəmi 50178 manat pulun alnaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilə müəyyən olunur ki, iddiaçı iş üzrə iki cavabdeh cəlb etmişdir. Cavabdehlərdən Cavabdeh1 yaşayış yeri iddia ərizəsində də qeyd olunduğu kimi, ünvan 1 ünvanıdır. Digər cavabdehə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı düzgün olmayaraq “156 Evakuasiya Xidmətini” cavabdeh qismində cəlb etmişdir. Belə ki, iddiaçı “X2” yük markalı 99 C 544 X1 avtomobil tərəfindən onun mülkiyyətində olan buldozerə zərər vurulduğunu qeyd etmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi Binəqədi rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş arayışda “X2” yük markalı 99C544 X1 avtomobilin "xxxx" MMC-nə məxsus olması qeyd edilmişdir. "xxxx" MMC ilə bağlı elektron məlumat əsasında müəyyən edilir ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2sı MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarını pozaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən, onun iddiasına həmin məhkəmədə baxıla bilməz. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar