Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2918/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Alakhverdiev Arazın iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 8İ-59 reyest nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə verərək, Cavabdeh2 ASC-nin cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2025-ci il tarixli, 8İ-59 reyestr nömrəli icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən, Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı BRCB4975685B299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 885,69 manatın tutulmağı və bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 910,69 manat pul tutulması nəzərdə tutulmuşdur. 36 saylı Notariat Ofisi “Notariat haqqında” AR Qanununun 76-cı maddəsini pozmuşdur, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməmişdir və icra qeydi onun xəbəri olmadan aparılmışdır. Ona bildiriş göndərilmədiyi səbəbindən hansı sənədlər əsasında ondan 885,69 manat tutulması ona aydın deyil və 36 saylı Notariat Ofisi borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yoxlama aparmadan əsassız olaraq xx.xx.2025-ci il tarixli 8İ-59 reyestr nömrəli icra qeydini aparmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Alakhverdiev Araz iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1na və Cavabdeh2 ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, 8İ-59 saylı icra qeydindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı BRCB4975685B299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 885,69 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 910,69 manat pulun tutulması barədə icra qeydi verilmişdir. Bakı şəhəri 36 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində tələbkar Cavabdeh2 ASC tərəfindən “Elektron Notariat” X1 daxil edilmiş notariat icra qeydi haqqında ərizə əsasında xx.xx.2025-ci il tarixində 8İ-59 reyestr nömrəsi ilə borclu İddiaçı barəsində icra qeydi aparılmışdır. İcra qeydinin aparılmasına əsas olmuş sənədlərlə bağlı Cavabdeh2 ASC-yə müraciət edə bilərsiniz. Notariat icra qeydi haqqında ərizədən görünür ki, Cavabdeh2 ASC borclu İddiaçı Şahin qızından BRCB4975685B299 saylı kredit müqaviləsinə əsasən 885,69 manat borcun tutulması üçün elektron qaydada ərizə vermiş, ərizədə bildirişin borcluya göndərilmə tarixi xx.xx.2024, bildirişin göndərildiyi ünvan ünvan 1iq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu:
76. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, Cavabdeh2 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin iş materialları ilə qeyd edilən bildirişin iddiaçıya göndərilməsi təsdiq olunmur. İddia tələbinin əsas dəlili də ondan ibarətdir ki, Cavabdeh2 ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət ediləcəyi ilə bağlı bildiriş İddiaçı göndərilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə xx.xx.2025-ci il tarixli, 8İ-59 reyestr nömrəli icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlərin (borcluya göndərilən bildiriş, bildirişin göndərilməsini və borclu tərəfindən alınmasını təsdiq edən sənədlər, kredit müqaviləsi, borclunun hesabından çıxarış, təfsilatlı maliyyə arayışı) məhkəməyə təqdim edilməsi barədə sorğu verilmişdir. Bakı şəhəri 36 saylı Notariat Ofisi xx.xx.2025-ci il tarixli məktubunda sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli, 8İ-59 reyestr nömrəli İcra qeydinin Cavabdeh2 ASC-nin “Elektron Notariat” X1 daxil edilmiş ərizəsi əsasında aparıldığını və icra qeydinin aparılmasına əsas olmuş sənədlərlə bağlı Cavabdeh2 ASC-yə müraciət edilməli olduğunu bildirmişdir. Cavabdeh2 ASC tərəfindən isə sorğuya cavab verilməmiş və icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, icra qeydinin aparılmasına dair ərizənin elektron qaydada verilməsi icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlərin, o cümlədən, bildirişin notariusa təqdim edilməsini istisna etmir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən müraciət elektron olduqda ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunmalı, skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunmalıdır. Bakı şəhəri 36 saylı Notariat Ofisi isə icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədləri məhkəməyə təqdim etməmiş və sənədlərlə bağlı Cavabdeh2 ASC-yə müraciət edilməli olduğunu bildirmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi yoxlamadan icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Eləcə də, Cavabdeh2 ASC tərəfindən qeyd edilən qanunvericilik normasının tələbi pozulmuş, Cavabdeh2 ASC bildirişin İddiaçı göndərilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Beləliklə, bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-59 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-59 reyestr nömrəli icra qeydi ləğv edilsin. 50 manat dövlət rüsumunun əvəzi cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisindən tutularaq İddiaçı ödənilsin. 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli