Məhkəmə qərarları › İş №2(011)-2923/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2923/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2923/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehna qarşı kredit müqaviləsi üzrə borcun silinməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdehna qarşı "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixdə bağladığı kredit müqaviləsi ilə əlaqədar cavadeh tərəfindən iddiaçıdan ödənilməsi tələb olunan 2830.43 manatdan 1867.43 manatının silinməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin broblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 551 saylı fərmanına uyğun olaraq qalan 962.53 manat məbləğində borcunun 60 ay müddətinə restruktrizasiya edilərək iddiaçıdan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(026)-12/2019 saylı icra sənədinə əsasən borclular İddiaçı və X1 cəmi 2417.11 ABŞ dolları və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Qobustan rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Göründüyü kimi, tələb Qobustan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(026)-12/2019 saylı qətnaməsinin icrası ilə bağlıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddianın icra vərəqəsinin icrası ilə bağlı olduğunu nəzərə alaraq iddianın mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də iddiaçının hazırki iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün məhkəmə nəzarəti qaydasında müraciət edilməsi izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehna qarşı "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixdə bağladığı kredit müqaviləsi ilə əlaqədar cavadeh tərəfindən iddiaçıdan ödənilməsi tələb olunan 2830.43 manatdan 1867.43 manatının silinməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin broblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 551 saylı fərmanına uyğun olaraq qalan 962.53 manat məbləğində borcunun 60 ay müddətinə restruktrizasiya edilərək iddiaçıdan tutulması barədə ərizəsi iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün məhkəmə nəzarəti qaydasında müraciət edilməsi izah edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə (qəbzin nömrəsi- **********) ödənilmiş 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar