Məhkəmə qərarları › İş №2(011)-2933/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2933/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2933/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yelo Bank ASC-nin xeyrinə xx.xx.2023-ci il tarixli, 3-Y-3-0-597-23 saylı kredit müqaviləsi üzrə 9000 AZN əsas borc, 615.86 AZN faiz borcu və 146.54 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 9762.40 AZN cərimə borcu və xx.xx.2023-ci il tarixli, 3-TK-2-0-595-23 saylı kredit müqaviləsi üzrə 993.23 AZN əsas borc, 70.02 AZN faiz borcu və 21.82 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1085.07 AZN və 122.54 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh 21.08. 2023-cü il tarixli, 3-Y-3-0-597-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 36 ay müddətinə 9000 AZN kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-ci il tarixli, 3-TK-2-0-595-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 1000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il yanvarın 26-dək Cavabdeh banka xx.xx.2023-ci il tarixli, 3 -Y-3 - 0-597-23 saylı kredit müqaviləsi üzrə 9000 AZN əsas borc, 615.86 AZN faiz borcu və 293.08 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 9908.94 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 293.08 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 146.54 manat məbləğində tələb olunur. 2024-cü il yanvarın 26-dək Cavabdeh banka xx.xx.2023-ci il tarixli, 3-TK-2-0-595-23 saylı kredit müqaviləsi üzrə 993.23 AZN əsas borc, 70.02 AZN faiz borcu və 43.63 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1106.88 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 43.63 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 21.82 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qismən, 3-Y-3-0-597-23 saylı kredit müqaviləsi üzrə 9000 manat əsas borc, 615,86 manat faiz borcu, 293,08 manat cərimə borcu hissəsində, 3-TK-2-0-597-23 saylı kredit müqaviləsi üzrə 993,23 manat əsas borc, 70,02 manat faiz borcu hissəsində qəbul etdiyini, iddia tələbini cərimə hissəsində qəbul etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh və İddiaçı ASC arasında Cavabdeh 36 ay müddətinə, illik 15,9 % dərəcəsi, 1 % komisyon haqqı olmaqla, istehlak məqsədilə, illik 180% cərimə, aylıq ödəniş məbləği 315,97 manat olmaqla 9000 manat kredit verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-Y-3-0-597-23 saylı “ “Razılaşma” imzalanmışdır. İş materiallarından görünür ki, Cavabdeh və İddiaçı ASC arasında Cavabdeh 48 ay müddətinə, illik 25 % dərəcəsi, istehlak məqsədilə, illik 180% cərimə, 1000 manat kredit xətti ayrılması barədə xx.xx.2023-cü il tarixli 3-TK-2-0-597-23 saylı “Razılaşma” imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 3-Y-3- 0-597-23 saylı kredit müqaviləsi üzrə kreditin verilmə tarixi xx.xx.2023-cü il tarixidir, müqavilənin bitmə tarixi xx.xx.2026-cı il tarixidir, kreditin bitmə tarixinə əsas borc 9000 manat, kreditin bitmə tarixinə faiz borcu 615,86 manat, cərimə borcu 293,08 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 %) 0 manat, banka olan cəmi borc 9908,94 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 3-TK-2- 0-597-23 saylı kredit müqaviləsi üzrə kreditin verilmə tarixi xx.xx.2023-cü il tarixidir, müqavilənin bitmə tarixi xx.xx.2027-ci il tarixidir, kreditin bitmə tarixinə əsas borc 993,23 manat, kreditin bitmə tarixinə faiz borcu 70,02 manat, cərimə borcu 43,63 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 %) 0 manat, banka olan cəmi borc 1106,88 manatdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq məktubları göndərilməklə ondan kredit müqavilələrinə əsasən borcun 5 gün müddətində Yelo Banka tam ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 122,94 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 36 ay müddətinə, illik 15,9 % dərəcəsi, 1 % komisyon haqqı olmaqla, istehlak məqsədilə, illik 180% cərimə, aylıq ödəniş məbləği 315,97 manat olmaqla 9000 manat kredit verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-Y-3-0-597-23 saylı və 48 ay müddətinə, illik 25 % dərəcəsi, istehlak məqsədilə, illik 180% cərimə, 1000 manat kredit xətti ayrılması barədə xx.xx.2023-cü il tarixli 3-TK-2-0-597-23 saylı müqavilələr bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh, müqavilə öhdəlikləri üzrə öhdəliklərini yerinə yetirməməklə - kredit məbləğinə görə ödənişləri həyata keçirməməklə - iddiaçıya 3-Y-3-0-597-23 saylı kredit müqaviləsi üzrə 9000 manat əsas borc, 615,86 manat faiz borcu, 293,08 manat cərimə borcu olmaqla, cəmi 9908,94 manat, 3-TK-2-0-597-23 saylı kredit müqaviləsi üzrə 993,23 manat əsas borc, 70,02 manat faiz borcu, 43,63 manat cərimə borcu olmaqla, cəmi 1106,88 manat borcu yaranmışdır, iddiaçı cərimə borcunun yarısını tələb edir, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir, cavabdeh iddia tələbini əsas borc və faiz borcu hissəsində qəbul edir. Bununla belə, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən İddiaçı ASC-nin iddia tələbinə dair cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Həmçinin həmin Qərarda formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış 3-Y-3-0-597-23 saylı kredit müqaviləsinə əsasən 9000 manat əsas borc, 615,86 manat faiz borcu, 146,54 manat cərimə borcu olmaqla, cəmi 9762,40 manat, 3-TK-2-0-597-23 saylı kredit müqaviləsinə əsasən 993,23 manat əsas borc, 70,02 manat faiz borcu, 21,82 manat cərimə borcu olmaqla, cəmi 1085,07 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 10847,47 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu kimi ödənilmiş 122,54 manat cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3-Y-3-0-597-23 saylı kredit müqaviləsinə əsasən 9000 manat əsas borc, 615,86 manat faiz borcu, 146,54 manat cərimə borcu olmaqla, cəmi 9762,40 manat, 3-TK- 2-0-597-23 saylı kredit müqaviləsinə əsasən 993,23 manat əsas borc, 70,02 manat faiz borcu, 21,82 manat cərimə borcu olmaqla, cəmi 1085,07 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 10847 (on min səkkiz yüz qırx yeddi) manat 47 (qırx yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 (yüz iyirmi iki) manat 54 (əlli dörd) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar