Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2964/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahlarından bir övladları, xx.xx.2007-ci il təvəllüdlü X3 doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, birgə nikahdan doğulmuş övladlarının iddiaçının yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin bütün növ qazancının ¼ hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq tərəflərin birgə nikahından doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, tərəflərin birgə nikahından doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
4. “Elektron Məhkəmə” İnformasiya sistemindəki məlumatlardan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdə Mübariz, xx.xx.2023-cü il tarixdə isə Ayan adlı övladları doğulmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə faktiki nikahlarından bir övladları doğulmuşdur. Cavabdehlə bir neçə ay birlikdə yaşadıqdan sonra aralarında baş vermiş mübahisə nəticəsində anası gilə gedərək bir müddət orada yaşamışdır. Daha sonra yenə də cavabdehlə birlikdə yaşamağa başlamışlar. Övladları doğulduqdan sonra onu həkim müayinəsinə aparıb qayıtdıqdan sonra, xx.xx.2014-cü il tarixdə onu anası gilə aparmışdır. Həmin vaxtdan sonra da orada yaşamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5044/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən övladının yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hazırda oğlunun 11 yaşı var tutulan aliment uşağın tələbatlarına yetmir. Ölkə üzrə 2024-cü il üçün bir uşağın saxlanması xərci 235 manat təşkil edir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsini yazılı etirazını məhkəməyə göndərməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
10. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
17. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
20. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, müəyyən edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
21. Məhkəmə iddiaçının göstərdiyi dəlillə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
22. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər. Eyni zamanda, uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olması da nəzərdə tutulmuşdur.
23. Nəzərə alınmalıdır ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqğın saxlanılması barədə məhkəmə qətnaməsi ilə aliment tutulduqdan sonra, yəni 2014-cü il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər bir neçə dəfə artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
24. Məhkəmə qeyd edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər.
25. Məhkəmə hesab edir ki, alimentin tutulması uşaqların mənafeyinə xidmət etməklə bərabər, eyni zamanda onların ümumilikdə fiziki, əqli, mənəvi, sosial baxımdan sağlam və normal şəraitdə yaşamaları məqsədilə təyin edilir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmnin qənaətinə görə, Ailə Məcəlləsinin 112.1-ci maddəsində “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra” müddəasının olması qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının sonradan dəyişdirilməsi barədə iddianın irəli sürülməsi və məhkəmə qərarı ilə müsbət həll edilməsini istisna etməməlidir.
26. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. Lakin, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunur ki, cavabdeh yenidən nikaha daxil olmuş və onun ikinci nikahından da iki azyaşlı övladı var. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları əsasında müəyyən olunur ki, cavabdehin halhazırda rəsmi iş yeri yoxdur.
28. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin maddi və ailə vəziyyəti mütləq nəzərə alınmalıdır. İddiaçı cavabdehin əlavə qazancının və gəlilrərinin olmasını iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin ailə vəziyyətinə gəldidkdə isə, iş materiallarından da göründüyü kimi, iddiaçı ilə nikahı pozulduqdan sonra ikinci dəfə nikaha daxil olmuş və onun ikinci nikahından da iki azyaşlı övladı vardır. Məhkəmə qeyd edir ki, uşaq hüquqları barədə qanunvericiliyə əsasən hər bir uşağın müəyyən edilmiş minumum yaşayış məbləğindən az olmayan həddə maddi təminat hüququ vardır və uşaqların saxlanması üçün aliment tutularkən, onların bu hüquqularının bərabərliyi təmin mümükün qədər təmin olunması nəzərə alınmalıdır. Bu halda, iddiada göstərilən həcmdə cavabdehdən hər ay 250 manat məbləğində alimentin tutulması ilk növbədə onun digər nikahdan doğulmuş iki övladının hüquqlarını həddən artıq ağırlaşdıra bilər. Odur ki, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilərək cavabdehdən 235 manat alimentin tutulması daha məqsədəuyğundur.
29. Alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
30. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 2820 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 48,20 manat olduğu müəyyən edilir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-517/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı