Məhkəmə qərarları › İş №2(011)-2965/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2965/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2965/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2353,74 manat, faiz borcu üzrə 182,22 manat olmaqla, ümumilikdə 2535,96 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 45,36 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.A.Kələşova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir, İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-34 saylı, 09 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir, "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixli, “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə 484/14 saylı Vakala borc müqaviləsi bağlanmışdır, Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3110 manat məbləğində kredit verilmişdir, cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir, belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 2353,74 manat, faiz borcu üzrə 182,22 manat olmaqla ümumilikdə 2535,96 manat məbləğində təşkil edir, bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur, lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Xətai rayon məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-8395/2019 saylı Qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mülki iş üzrə icraat dayandırılmışdır, iddiaçı xx.xx.2021-ci il tarixində Xətai rayon məhkəməsinə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmiş, lakin Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-8395/2019 saylı Qərardadı ilə ərizə təmin edilməyərək iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin Qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmaması da qeyd edilmişdir, Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur, belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır, çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşilmiş maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir, yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz, Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarxli 3423 saylı bildiriş məktubu göndərilsədə cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir, odur ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Sonda iddiaçının nümayəndəsi S.A.Kələşova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İslam Bankçılığı Departamenti ilə borcalan Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli 484/14 nömrəli “”Vakala” Borc müqaviləsindən görünür ki, tərəflər arasında 24 ay müddətinə “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avadanlığın borcalan tərəfindən alınması və borc verən borc alana müqavilənin tərkib hissəsi olan Əlavə 1-də göstərilən məbləğdə borc verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 484/14 nömrəli müqaviləyə Əlavə 1 Ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 3110 manat məbləğində, gəlir dərəcəsi 20 % olmaqla, 24 ay müddətinə, aylıq 158,29 manat olmaqla kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Məxaric elanəndan görünür ki, 2078 manat Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında oln "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavə S-FK-JB-34 saylı xx.xx.2018-ci il tarixli AKT-dan görünür ki, Cavabdeh dair müvafiq sənədlər İddiaçı QSC tərəfindən təhvil alınmışdır, təhvil verilən borc məbləği əsas borc üzrə 2353,74 manat, faiz borcu üzrə 182,22 manatdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, 484/14 nömrəli müqaviləyə əsasən kredit üzrə əsas borcun qalığı 2353,74 manat, bankın gəlirin qalığı 182,22 manatdır. İş materiallarından olan “X2 edilməsi agentliyi” tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli 4280 saylı bildirişdən görünür ki, Cavabdeh İddiaçı QSC ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli Müqaviləyə əsasən "xxxx" ASC–nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC–yə keçməsi, İddiaçı QSC ilə “X2 edilməsi Agentliyi” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidməti müqaviləyə əsasən, "xxxx" -nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 edilməsi Agentliyi” MMC-nin həyata keçirməsi, həmçinin məlumat üçün kredit müqaviləsinə əsasən gecikmədə olan borcu, əsas borc üzrə 2352,74 manat, faiz borcu üzrə 182,22 manat olmaqla, ümumilikdə 2535,96 manat təşkil etməsi bildirilmiş, cavabdeh 10 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan “X2 edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış 19 dekabr 2019-cu il tarixli 6049 saylı Bildirişdən görünür ki, sonuncuya 2353,74 manat əsas, 182,22 manat faiz borcu olduğu bildirilmiş, borcun icrası ilə bağlı şəxsiyyəti təsdiq edən sənədlərlə birlikdə “X2 edilməsi Agentliyi” MMC-yə yaxınlaşması təklif olunmuşdur. İş materiallarında olan “X2 edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış 24 avqust 2020-ci il tarixli 3422 saylı Bildirişdən görünür ki, 2535,96 manat borcun tam şəkildə icra edilməsi, bir dəfəyə ödəmək imkanına malik deyildirsə, həmin borc qalığının hissəvi şəkildə ödənilməsinə dair restrukturizasiya müqaviləsinin bağlanması təklif olunmuşdur. İş materiallarında olan 16 mart 2022-ci il tarixli 492 nömrəli Ödəniş tapşırığından görünür ki, Xətai rayon Məhkəməsinə 45,26 manat rüsum ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Qəbzdən görünür ki, “X2 edilməsi Agentliyi” MMC tərəfindən 45,36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında 20 noyabr 2014-cü il tarixli 484/14 nömrəli “”Vakala” Borc müqaviləsi bağlanmışdır, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 20% dərəcəsi ilə 3110 manat məbləğində kredit vəsaiti ayrılmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini bankdan qəbul edərək götürmüşdür, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, hazırda cavabdehin banka ödənilməmiş 2353,74 manat əsas borc, 182,22 manat faiz borcu olmaqla ümumilikdə cəmi 2535,96 manat borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2353,74 manat əsas borc, 182,22 manat faiz borcu olmaqla ümumilikdə 2535,96 manat məbləğində borc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 45,36 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 2353,74 manat, faiz borcu üzrə 182,22 manat olmaqla, ümumilikdə 2535 (iki min beş yüz otuz beş) manat 96 (doxsan altı) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 45 (qırx beş) manat 36 (otuz altı) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar