Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2972/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyərinin Xətai Rayon Məhkəməsinin 2(011)-7652/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə qət edilməmiş 50 manat hissəsinin alınınb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-96/2023 saylı 27 yanvar 2023-cü il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. 13 mart 2023-cü il tarixdə böyük icra məmuru Rövşən Ağayev tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Həmin gün müvafiq iltizamla 01 ədəd 34617719 nömrəli “Smart” tipli elektron qolbaq və qolbağın enerji yükləyən adaptoru hazırkı iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2.277,40 manat dəyəri olan elektron nəzarət vasitəsini elektron qolbağı yararsız vəziyyətə salmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. S.Abdullayev elektron qolbağı yararsız vəziyyətə salmasına dair 13 sentyabr 2023-cü il tarixdə protokol tərtib olunmuşdur. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2.277,40 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Dəymiş ziyanın tutulması üçün 05 oktyabr 2023-cü il tarixli ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuş, lakin ərizədə səhvən ziyan məbləği 2.227,40 manat göstərilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-7652/2023 saylı 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 2.227,40 manat pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh dəymiş ziyanın 50 manat hissəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları: İddiaçı böyük icra məmuru X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək iddia tələbinə etiraz etmədiyini bildirmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-96/2023 saylı, 27 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəzanın icrası ilə əlaqədar məhkum olan cavabdehə elektron nəzarət vasitəsi (elektron qolbaq və qolbağın enerji yükləyən adaptoru) təhkim olunmuş, həmin elektron nəzarət vasitəsindən istifadə qaydaları və onun pozulmasına görə məsuliyyət izah edilmişdir. Cavabdeh elektron nəzarət vasitəsini zədələməklə onu yararsız hala salmış və iddiaçıya ziyan vurmuşdur. İddiaçı vurulmuş ziyanın cavabdehdən tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7652/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və 2.227,40 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış məktubdan görünür ki, “Attenti” smart tipli elektron nəzarət vasitəsinin dəyəri 2.277,40 manat təşkil edir. İddiaçı vurulmuş ziyanın cavabdehdən tutulması zamanı texniki səhv olaraq elektron nəzarət vasitəsinin dəyərinin 2.277,40 manat əvəzinə 2.227,40 manat olaraq qeyd edilməsinə istinad edərək cavabdehdən tutulmamış 50 manat pulun ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: 15-2.1-ci maddəsinə əsasən İctimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: 156-1.4-cü maddəsinə əsasən, nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununu: 9-cu maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin şərh edilən hallarından da göründüyü kimi cavabdeh məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarının salamatlığına əməl etməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), ona verilmiş 1 ədəd elektron nəzarət vasitəsinə ziyan vurması (təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir. Dəymiş ziyanın əvəzinin tutulması üçün məhkəməyə müraciət edərkən iddiaçı texniki səhv olaraq elektron nəzarət vasitəsinin dəyərini 2.227,40 manat olaraq qeyd etmiş, həmin məbləğ cavabdehdən tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, elektron nəzarət vasitəsinin dəyəri olan pulun cavabdehdən tutulmayan 50 manatı da ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 50 (əlli) manat pul vəsaiti alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2972/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2972/2024
09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver