Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-299/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “X6 Sənaye və Ticarət A.Ş.” Şirkətinə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “X6 Sənaye və Ticarət A.Ş.” Şirkətinə qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçıya dəymiş maddi ziyana görə 8000 AZN və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki,
1. İddiaçı təminat verir ki, Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən (JN- 0374 nömrəli, 41009038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) Şirkət tərəfindən zərər vurulması iddia edilən, 7,35 hektar torpaq sahəsi və onun daxilində 1,1 hektar sarımsaq əkini sahəsi onun sahibliyindədir (ona məxsusdur) və həmin torpaq/sarımsaq sahəsinə dəymiş zərərlə bağlı ödənişi qəbul etməyə tam səlahiyyətlidir.
2. Tərəflər razılığa gəldilər ki, Şirkət (onun Azərbaycan Respublikasındakı nümayəndəliyi) İddiaçı 8000 (səkkiz min) manat pul ödəməklə İddiaçı qarşısında olan, bütün növ öhdəliklərini, o cümlədən Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən (JN-0374 nömrəli, 41009038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) Şirkət tərəfindən zərər vurulması iddia edilən, 7,35 hektar torpaq sahəsi və onun daxilində 1,1 hektar sarımsaq əkini sahəsinə dəymiş zərər, məhsula dəymiş zərər, torpağın münbit qatının korlanması, əldən çıxmış fayda, maddi, mənəvi və sair bütün növ zərər üzrə öhdəliklərini İddiaçı və mübahisə predmeti ilə bağlı olaraq tələb hüququ ola biləcək digər şəxslər qarşısında tam icra etmiş olur.
3. İddiaçı təminat verir ki, bu Sazişdə göstərilən 8000 (səkkiz min) manat ona ödənildikdə, Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən (JN-0374 nömrəli, 41009038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) Şirkət tərəfindən zərər vurulması iddia edilən, 7,35 hektar torpaq sahəsi və onun daxilində 1,1 hektar sarımsaq əkini sahəsinə zərər dəyməsi ilə bağlı olaraq onun və Şirkətə, o cümlədən də Şirkətin Azərbaycandakı nümayəndəliyinə, əməkdaşlarına qarşı bu mübahisə predmeti ilə bağlı olan bütün tələbləri (maddi, mənəvi və sair) təmin edilmiş olur.
4. İddiaçı təminat verir ki, mübahisə predmeti olmuş ərazi üzrə digər şəxsin/şəxslərin, payçıların Şirkətə qarşı qanuni, əsaslı iddiaları olduğu təqdirdə İddiaçı Şirkətə 8000 (səkkiz min) manat kompensasiya ödəyəcəkdir.
5. Tərəflər razılığa gəldilər ki, bu Saziş ilə Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon Məhkəməsində (hakim: Əminə Abbasova) baxılan 2(011)-299/2020 saylı mülki iş üzrə mübahisə həllini tapmış hesab olunur.
6. Tərəflər razılığa gəldilər ki, Şirkət hazırkı Saziş üzrə ödəməli olduğu pulu hazırkı Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra 7 (yeddi) iş günü ərzində bank hesabına köçürmə yolu ilə ödəyir.
7. Tərəflər qəbul edirlər ki, aralarında yaranmış mübahisəni, fikir ayrılığını və digər məsələləri hazırkı Saziş ilə həll etdilər.
8. Tərəflər qəbul edirlər ki, hazırkı Sazişin bağlanmasının hüquqi nəticələri onlara tam aydındır və hazırkı Saziş tərəflərin könüllü iradə ifadəsini əks etdirir.
9. Hazırkı Saziş imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
10. Hazırkı Saziş, hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır (təsdiqlənir). Nüsxələrdən biri İddiaçı, biri Şirkətdə saxlanılır, bir nüsxəsi isə mübahisə baxan məhkəməyə təqdim edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişibağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən isə iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış ekspert tədqiqatının dəyəri tərəflərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3869/3860 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bununla belə, tərəflər təqdim etdikləri barışıq sazişində məhkəmə xərclərinin bölüşdürülməsinə dair razılığa gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “X6 Sənaye və Ticarət A.Ş.” Şirkətinə qarşı zərərin ödənilməsi tələbinə iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı təminat verir ki, Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən (JN- 0374 nömrəli, 41009038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) Şirkət tərəfindən zərər vurulması iddia edilən, 7,35 hektar torpaq sahəsi və onun daxilində 1,1 hektar sarımsaq əkini sahəsi onun sahibliyindədir (ona məxsusdur) və həmin torpaq/sarımsaq sahəsinə dəymiş zərərlə bağlı ödənişi qəbul etməyə tam səlahiyyətlidir.
2. Tərəflər razılığa gəldilər ki, Şirkət (onun Azərbaycan Respublikasındakı nümayəndəliyi) İddiaçı 8000 (səkkiz min) manat pul ödəməklə İddiaçı qarşısında olan, bütün növ öhdəliklərini, o cümlədən Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən (JN-0374 nömrəli, 41009038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) Şirkət tərəfindən zərər vurulması iddia edilən, 7,35 hektar torpaq sahəsi və onun daxilində 1,1 hektar sarımsaq əkini sahəsinə dəymiş zərər, məhsula dəymiş zərər, torpağın münbit qatının korlanması, əldən çıxmış fayda, maddi, mənəvi və sair bütün növ zərər üzrə öhdəliklərini İddiaçı və mübahisə predmeti ilə bağlı olaraq tələb hüququ ola biləcək digər şəxslər qarşısında tam icra etmiş olur.
3. İddiaçı təminat verir ki, bu Sazişdə göstərilən 8000 (səkkiz min) manat ona ödənildikdə, Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən (JN-0374 nömrəli, 41009038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) Şirkət tərəfindən zərər vurulması iddia edilən, 7,35 hektar torpaq sahəsi və onun daxilində 1,1 hektar sarımsaq əkini sahəsinə zərər dəyməsi ilə bağlı olaraq onun və Şirkətə, o cümlədən də Şirkətin Azərbaycandakı nümayəndəliyinə, əməkdaşlarına qarşı bu mübahisə predmeti ilə bağlı olan bütün tələbləri (maddi, mənəvi və sair) təmin edilmiş olur.
4. İddiaçı təminat verir ki, mübahisə predmeti olmuş ərazi üzrə digər şəxsin/şəxslərin, payçıların Şirkətə qarşı qanuni, əsaslı iddiaları olduğu təqdirdə İddiaçı Şirkətə 8000 (səkkiz min) manat kompensasiya ödəyəcəkdir.
5. Tərəflər razılığa gəldilər ki, bu Saziş ilə Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon Məhkəməsində (hakim: Əminə Abbasova) baxılan 2(011)-299/2020 saylı mülki iş üzrə mübahisə həllini tapmış hesab olunur.
6. Tərəflər razılığa gəldilər ki, Şirkət hazırkı Saziş üzrə ödəməli olduğu pulu hazırkı Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra 7 (yeddi) iş günü ərzində bank hesabına köçürmə yolu ilə ödəyir.
7. Tərəflər qəbul edirlər ki, aralarında yaranmış mübahisəni, fikir ayrılığını və digər məsələləri hazırkı Saziş ilə həll etdilər.
8. Tərəflər qəbul edirlər ki, hazırkı Sazişin bağlanmasının hüquqi nəticələri onlara tam aydındır və hazırkı Saziş tərəflərin könüllü iradə ifadəsini əks etdirir.
9. Hazırkı Saziş imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
10. Hazırkı Saziş, hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır (təsdiqlənir). Nüsxələrdən biri İddiaçı, biri Şirkətdə saxlanılır, bir nüsxəsi isə mübahisə baxan məhkəməyə təqdim edilir. Mülki iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı və cavabdeh “X6 Sənaye və Ticarət A.Ş.” Şirkətindən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Əminə Abbasova