Məhkəmə qərarları › İş №2(011)-3002/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3002/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3002/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar, bu nikahdan xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur, Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, uşaqları tək başına saxlamaq ona çətindir, uşaqların gündəlik tələbatlarını ödəyə bilmir, onların xərcləri əvvələ münasibətdə xeyli artmışdır, hazırda belə uşaqların tələbatları günügündən artmışdır, onların qidalanmasına, geyiminə, məktəb ləvəzimatlarına, müalicə xərclərinə və digər xərclərə ona verilən alimentin miqdarı kifayət etmir, indi böyük qızı Ayselin 15 yaşı, kiçik qızı Xatirənin 12 yaşı, oğlu İskəndərin isə 9 yaşı var, belə yaş dövrlərində onların maddi cəhətdən ehtiyav cə mərhumiyyət içində yaşamaları onların oxumaqları, təhsil almaqlarına mənfi təsir göstərir,onun maaşı isə uşaqların ehtiyacını təkbaşına ödəməyə hec cürə çatmır,başqa yerdən gəliri yoxdur, qohumlarından heç bir maddi kömək göstərmirlər ,xx.xx.2012-ci il təvəllüdlü Vəliyev İskəndərin müalicəyə ehtiyacı var, başqa yerdən gəliri yoxdur. Ona görə də hesab edir ki, Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmalıdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, hal-hazırda heç yerdə işləmir, bu şəraitdə iddia tələbində göstərilən 525 manatı ödəmək onun üçün çətindir, uşaqların tələbatlarının və ehtiyaclarının artdığını nəzərə alaraq uşaqlar yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cəmi 410 manat aliment ödəməyə gücü çatır, bu miqdarda aliment ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Vİddiaçı arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 3325 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 anaları Vİddiaçı himayəsində qalmaları, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Vİddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ 334463 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Vİddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 537 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə Vəliyev, qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli **********1 saylı arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən o, xx.xx.2020-ci il tarixindən işaxtaran kimi qeydiyyatdadır və işsizlikdən sığorta ödənişi almır. “Əmək müqaviləsi bildirişi” altsistemində onun adına xx.xx.2020-ci il tarixindən heç bir əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012ci il təvəllüdlü X4 adlı üç övladları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və halhazırda da onun himayəsindədir, tərəflər ayrı-ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat aparırlar, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4867/2019 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay, hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, cavabdeh iddia tələbini qismən qəbul edir, uşaqlar yetkinlik yaşına çatandadək saxlanmaları üçün hər ay ümumilikdə 410 sabit pul məbləğində aliment ödəməyə razıdır. Bununla belə, uşaqların saxlanılmasına görə cavabdehdən tutulan alimentin məbləğinin dəyişdirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsinə münasibətdə, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşaqların əvvəlki yaşayış səviyyəsini və onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları, həmçinin tərəflərin maddi vəziyyətini nəzərə alaraq alimentin cavabdehdən hər ay hər uşaq üçün 137 manat olmaqla cəmi 411 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2009cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 137 manat, cəmi 411 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 411 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar