Məhkəmə qərarları › İş №2(011)-3035/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3035/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3035/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı Qasımlı (Həşimova) Nərgiz Ədalət qızının, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Qasımlı (Həşimova) Nərgiz Ədalət qızının cavabdeh X6 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Qasımlı (Həşimova) Nərgiz Ədalət qızı cavabdeh X6 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 15 sentyabr 2007-ci il təvəllüdlü Lalə, 27 avqust 2008-ci il təvəllüdlü Cahandar və 27 avqust 2008-ci il təvəllüdlü Cahangirin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(011)-348/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 16 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 15 sentyabr 2007-ci il təvəllüdlü Lalə, 27 avqust 2008-ci il təvəllüdlü Cahandar və 27 avqust 2008-ci il təvəllüdlü Cahangir anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(011)-348/2020 saylı qətnaməsi ilə övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda tərəflər ayrı yaşamaqla ayrı təsərrüfat aparırlar. Uşaqlar analarının himayəsindədir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı Qasımlı (Həşimova) Nərgiz Ədalət qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İş materiallarından görünür ki, Elnur Qasımov cavabdeh X3 qardaşıdır. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətindən 15 sentyabr 2007-ci il təvəllüdlü X10, 27 avqust 2008-ci il təvəllüdlü X4 və 27 avqust 2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(011)-348/2020 saylı qətnaməsi ilə X9 ilə Qasımlı (Həşimova) Nərgiz Ədalət qızı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların analarının yanında saxlanılmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X1 hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin alınaraq Qasımlı (Həşimova) Nərgiz Ədalət qızına ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 34-cü maddəsinin 4-cü hissəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi: 75.1-ci mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmаğа bоrcludurlаr. 75.4-cü mаddəsinə əsаsən vаlideynlər uşаqlаrını sаxlаmadıqdа uşаqlаrın sаxlаnmаsı üçün vəsаit vаlideynlərdən məhkəmə qаydаsındа tutulur. 78-ci mаddəsinə əsаsən аliment verməyə bоrclu оlаn vаlideynin qаzаncı (gəliri) qeyrimüntəzəm, dəyişən оlаrsа, yа dа qаzаncın (gəlirin) hаmısını və yа bir hissəsini həmin vаlideyn nаturа və yа xаrici vаlyutа ilə аlırsа, yаxud оnun qаzаncı və yа sаir gəliri yоxdursа, hаbelə аlimentin vаlideynin qаzаncındаn (gəlirindən) müəyyən hissə kimi tutulmаsı mümkün оlmаdığı, çətinlik törətdiyi və yа tərəflərdən birinin mаrаğının əhəmiyyətli dərəcədə pоzulduğu bаşqа hаllаrdа, uşаqlаrın sаxlаnmаsı üçün vəsаit tutulmаsını xаhiş edən şəxsin xаhişi ilə аlimentin miqdаrı məhkəmə tərəfindən hər аy ödənilməli оlаn sаbit pul məbləğində və yа eyni zаmаndа həm sаbit pul məbləğində, həm də bu Məcəllənin 76-cı mаddəsinə uyğun оlаrаq qаzаncın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sаbit pul məbləğinin miqdаrı məhkəmə tərəfindən tərəflərin mаddi və аilə vəziyyəti, diqqətəlаyiq оlаn digər hаllаr nəzərə аlınmаqlа uşаğın əvvəlki təminаtının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnmаsı əsаs tutulаrаq müəyyən edilir. 112.1-ci mаddəsinə əsаsən аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və yа аliment ödəməli оlаn şəxsi tərəflərin diqqətəlаyiq bаşqа mаrаqlаrını nəzərə аlmаqlа аlimenti ödəməkdən аzаd edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Uşаq hüquqlаrı hаqqındа” Аzərbаycаn Respublikаsının Qаnunu: 5-ci mаddəsinə əsаsən dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdır. Аzərbаycаn Respublikаsının nоrmаtiv hüquqi аktlаrı və müvаfiq оrqаnlаrın qərаrlаrı uşаq mənаfelərinə zidd оlmаmаlı və оnlаrın icrаsı uşаqlаrın həyаtınа, inkişаfınа və tərbiyəsinə zərər gətirməməlidir. “Uşаq hüquqlаrı hаqqındа” Kоnvensiyа: 27-ci mаddəsinə əsаsən hər bir uşаq özünün fiziki, əqli, mənəvi, əxlаqi və sоsiаl inkişаfı üçün lаzımi həyаt səviyyəsi hüququnа mаlikdir. Lаzımi həyаt səviyyəsinin təmin edilməsi üçün əsаs məsuliyyəti vаlideynlər dаşıyır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşə baxan məhkəmənin mövqeyi: Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə işə əlavə edilmiş sübutları işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq edib hesab edir ki, alimentin miqdarının artırılması barədə iddialara baxılarkən qanunvericiliyin tələblərinə riayət etməklə məhkəmə ilk növbədə tərəflərin maddi vəziyyətində dəyişikliyin olmasını müəyyən etməlidir. Hazırkı işdən görünür ki, aliment tələb edilən tərəf-cavabdeh bundan əvvəlki dövrlər üçün ondan tələb olunan aliment məbləğini belə çətinliklə ödəyir. İş materialları ilə müəyyən edilir ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdehin bu günə ödənilməmiş aliment borcu da vardır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən hər ay cəmi 660 manat sabit pul məbləği miqdarında alimentin tutulması xahiş etsə də, cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasını sübut edə biləcək hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Beləliklə cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olması, onun maddi durumunun yaxşılaşması iş materialları ilə sübuta yetirilməmiş, iddiaçı tərəfindən iddiasının əsasını təşkil edən halın müəyyən edilməsi üçün heç bir əsaslı sübut məhkəməyə təqdim olunmamışdır. Sadalanan mülki-prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, eyni zamanda cavabdehin tələb olunan 660 manat aliment məbləğini ödəmək iqtidarında olması hazırkı iş materialları ilə sübut olunmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qasımlı (Həşimova) Nərgiz Ədalət qızının cavabdeh X6 qarşı - övladları 15 sentyabr 2007-ci il təvəllüdlü Lalə, 27 avqust 2008-ci il təvəllüdlü Cahandar və 27 avqust 2008-ci il təvəllüdlü Cahangirin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(011)-348/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar