Məhkəmə qərarları › İş №2(011)-3059/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3059/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3059/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından 11 avqust 2007-ci il tarixdə X6, 16 aprel 2013-cü il tarixində X9 və 23 avqust 2015-ci il tarixdə X11 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli, 2(008)-1723/2016 saylı qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün bir uşağa görə 117 manat olmaqla, üç uşaq üçün cəmi 351 manat miqdarında alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 4197/2021 saylı qətnaməsinə əsasən aralarında bağlanılmış nikahın pozulması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-1723/2016 saylı qətnaməsinə ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh xx.xx.2007ci il təvəllüdlü Niftalıyeva Nərmin qızının, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma qaçanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, üç uşağa görə 420 manat sabit pul məbləğində alimejıtin tutularaq iddiaçıya verilməsi qərara alınmışdır. O gündən sonra illər üzrə müəyyən edilmiş X1 tələblərinin dəyişməsi cavabdeh tərəfindən könüllü şəkildə nəzərə alınmadığına görə alimentin artırılması üçün iddiaçı yenidən müraciət etmək qərarına gəlmişdir. İlkin olaraq işin mediasiyada həlli üçün cavabdehə mediasiya qaydasında təklif vermişdir. Müvafiq qaydada 14 gün gözlədikdən sonra iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixində müvafiq iclas keçirilərək iddiaçıya “X8 (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış təqdim edilmiş və bildirilmişdir ki, bundan sonra artıq məhkəməyə müraciət etməlidir. Hal-hazırda iddiaçı hesab edir ki, birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixli, 2(008)-4197/2021 saylı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 140 manat təyin olunmuş alimentin 235 manata artırılması zəruridir. İddiaçı göstərilənləri nəzərə alaraq, birgə nikahlarından dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4197/2021 saylı qətnaməsi ilə bir uşaq üçün müəyyən edilmiş 140 manat məbləğində alimentin, bir uşaq üçün 235 manata artırılması, ümumilikdə 3 uşaq üçün 705 manat məbləğində alimentin və mediasiya xərci olaraq 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında işsiz olduğunu, hazırda 420 manat aliment aldığını, cavabdehin mühafizədə işlədiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4197/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X10 qarşı nikahın pozulması barədə ilkin, X7 Cavabdeh qarşı “uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh ilə Niftalıyeva (Zamanova) Könül Şura qızı arasında 08 sentyabr 2013-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 288 №-li akt qeydli nikah pozulmuş, birgə nikahdan doğulmuş 11 avqust 2007-ci il təvəllüdlü X6, 16 aprel 2013-cü il təvəllüdlü X9 və 23 avqust 2015-ci il təvəllüdlü X4 anası Niftalıyeva (Zamanova) Könül Şura qızının yanında qalması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-1723/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 11 avqust 2007-ci il təvəllüdlü X6, 16 aprel 2013cü il təvəllüdlü X9 və 23 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutularaq Niftalıyeva (Zamanova) Könül Şura qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün X13» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4197/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən 11 avqust 2007-ci il təvəllüdlü X6, 16 aprel 2013-cü il təvəllüdlü X9 və 23 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4197/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən 11 avqust 2007-ci il təvəllüdlü X6, 16 aprel 2013-cü il təvəllüdlü X9 və 23 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar