Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3065/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 290,52 manat məbləğində əsas borcun, ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.F.Hümbətov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xxxx ASC-nin Nəsimi filialı ilə Bəşirova Nərxanum Məmməd qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 06-xx-xx-063451 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən 60 ay müddətində illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 2662 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə xxxx ASC arasında imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” müqaviləyə əsasən xxxx ASC-nin Bəşirova Nərxanum Məmməd qızına qarşı olan tələb hüququ mövcud olduğu həcmdə İddiaçı ASC –yə güzəşt edilmişdir, borclu Bəşirova Nərxanum Məmməd qızı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 46 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Sonda iddiaçının nümayəndəsi N.F.Hümbətov iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X.T. Muradova xx.xx.2021-ci il tarixdə təqdim etdiyi ərizəsinə uyğun izahat verərək bildirmişdir ki,X3 onun anasıdır, anası 2018-ci ildə vəfat etmişdir, mərhumun qanun üzrə vərəsəsidir, iddia tələbini qəbul edir, 290,52 manat məbləğində əsas borcunun olmasını etiraf edir, həmin borc məbləğini və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,40 manat ödəməyə razıdır. Sonda X.T. Muradova qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Bəşirova Nərxanum Məmməd qızı ilə xxxx ASC arasında xx.xx.2016-cı il tarixli 06-xx-xx-063451 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə bank kredit alana 60 ay müddətinə, illik 29 faiz olmaqla, nağd şəkildə istifadə olunmaqla 2662 manat məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən X5 Məmməd qızının vərəsəsi Cavabdeh qızına xx.xx.2021-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 20 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 947116 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 936 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan “xxxx” ASC və İddiaçı ASC arasında kredit müqavilələri üzrə tələb hüquqların ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, müqavilə ilə nəzərdə tutulmuş şərtlərdə və qaydada ilkin kreditor təhvil-təslim aktına əsasən kredit portfeli üzrə tələb hüquqlarını yeni kreditora ötürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, müqavilə üzrə ilkin kreditora 15000 manatadək borc öhdəliyi qalan borcalanlara qarşı tələb hüquqları ötürülür. İş materiallarında olan ünvan ünvanlanmış xx.xx.2020-ci il tarixli, X/784 saylı məktubun surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 29 faiz olmaqla 60 ay müddətinə 2662 manat məbləğində kredit ayrılması barədə tərəflər arasında müqavilə bağlanmış, cavabdeh müqavilədə nəzərdə tutulan 2662 manat kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, “xxxx” ASC tərəfindən 15000 manatadək borc öhdəliyi qalan borcalanlara qarşı tələb hüquqları iddiaçıya ötürülmüşdür, hazıda onun iddiaçıya 290,52 manat məbləğində əsas borcu qalmışdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, X5 Məmməd qızı kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından onun vərəsəsi Cavabdeh qızı həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 290,52 manat məbləğində əsas borc alınaraq İddiaçı ASC -yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin isə dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məmkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 20,40 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəainə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh qızından İddiaçı ASC-nin xeyrinə 290 (iki yüz doxsan) manat 52 (əlli iki) qəpik məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi qismində 20 (iyirmi) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3065/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3065/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver