Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3088/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il təvəllüdlü X5 2019 və 2020-ci illər üzrə 24 ay müddətində saxlanması üçün dövlət tərəfindən 170 manat müəyyən edildiyindən yaranmış 240 manat, 2021 -ci il üçün 3 ay müddətində 175 manat müəyyən edildiyindən 45 manat, cəmi 245 manat borcun, 2021-ci ildən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın saxlanılması üçün hər ay 300 manat əlavə xərclərin cavabdehdən onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X5 onun yanında qalması və onun saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdehdən 160 manat pul məbləğin tutulması qət oşlunmuşdur. 2019 və 2020-ci illər üzrə uşağın saxlanması üçün dövlət tərəfindən 170 manat, 2021-ci il üçün 175 manat müəyyən etdiyindən cavabdehin borcu alimentin ödənilmədiyi məbləğinin 300 manat təşkil edir. Ondan əlavə uşağın saxlanılması üçün ödənilən 160 manat uşağın təlabatını təmin ertmir və əlavə olaraq ən azi 300 manat tələb olunur. Cavabdeh əlavə xərclərin ödənilməsindən boyun qaçırdır. Cavabdeh özünə avtomaşın alıb. Lakin diqər şəxsin adına rəsmiləşdirib. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, ərizə əsasızdır. İddiaçı iddia ərizəsində 2020 ci il üçün müəyyən olunan 170 manatı və cari il üçün müəyyən olunan 175 manat aliment tələb etməsinə baxmayaraq ondan əvəllki ailəsindən olan iki övladı üçün də aliment ödədiyini nəzərə almamışdır. Halbuki iddiaçı ilə ailə qurduqda arti ailəsi ilə boşanmışdır. Birinci ailəsi xx.xx.2018 ci ildə Xəzər rayon məhkəməsinə alimentin artırılması tələbi ilə iddiası rədd edilmişdir. Uzun illərdi ki,Azərbaycan Respublikası Milli Aviadaçıyıcısı ”xxxx” Qapalı Səhmdar Cəmiyyətində X9 X1 və qəza-xilasetmə işləri xidmətində yanğından mühafizə tədbirləri və qəza-xilasetmə işləri üzrə təlimatçı vəzifəsində işləyir və aylıq əmək haqqı 470 manat təşkil edir. Respublikada müəyyən bahalaşmalar olmasına baxmayaraq, aylıq əmək haqqında artı yoxdur. Bundan başqa məhkəminin nəzərinə çatdırmaq istəyir ki, 3 övladı üçün aliment ödəyir. Alimenti vaxtında ödəməsinə baxmayaraq, uşaqla ünsiyyət hüququ qanunla olduğu halda hazırki iş üzrə iddiaçı onu övladı ilə görüşməyə şərait yaratmır. İddiaçının hazırda daimi iş yeri var və hər ay müntəzəm olaraq əmək haqqı alır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş et mişdir. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2888/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X8 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək Cavabdeh X8 xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd olunan qətnamə ilə X8 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X5 anasının yanında qalması və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx” QSC-nin xx.xx.2021-ci il tarixli 56 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən hal-hazıradək “xxxx” QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsinin X9 aeroportunda Yanğın təhlükəsizliyi və qəza xilasetmə Xidmətində yanğından mühafizə tədbirləri və qəza- xilasetmə işləri üzrə təlimatçı vəzifəsində işləyir və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 470 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında göstərmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, uşağın mənafeyini, həmçinin cavabdehin əvvəlki nikahdan iki azyaşlı uşaqlarına görə alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarının olmasını, iddiaçının maddi vəziyyətinin yaxşılaşması ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübutun təqdim olunmamasını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bu məbləğ tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsas verir. İddia tələbi qalan hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev