Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-31/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 02NAR/20-1 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 10241,49 manat, faiz borcu 1001,78 manat, cəmi 11243,27 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 124,43 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına "xxxx" KB ASC Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 02NAR/20-1 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 10241,49 manat, faiz kredit borcu üzrə 1001,78 manat, cəmi 11243,27 manat borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 124 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 16000 manat məbləğində müəyyən edilməsi; ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyriyaşayış sahəsinin boşaldılması barədə tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə xx.xx.2022-ci tarixədək illik 19 faiz ödəmək şərtilə 16000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan "xxxx" KB ASC ilə 21 saylı notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli 3M-187 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2020-ci il tarixdə ƏR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi, **********52-05101-083001 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh xx.xx.2021-ci i tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 10242,49 manat, faiz borcu üzrə 1001,78 manat, cəmi 11243,27 manat borcu vardır. xx.xx.2020-ci il tarixli 3M187 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müqavilənin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 16000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti olan mənzildə cavabdehin və onun ailə üzvlərinin çıxarılması ilə bağlı tələbi onunla əlaqədardır ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda, orada yaşayan şəxslərin və mənzilin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə edilməsi qeyri-mümkün olacaq. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borcludan iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında banka borcu olduğunu etiraf etdi, lakin həmin borcun ödənilməsi məqsədi ilə yeni ödəniş qrafikinin tərtib edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 02NAR/20 nömrəli Əsas Kredit Müqaviləsi və xx.xx.2020-ci il tarixli 02NAR/20-1 Əlavə Kredit müqaviləsinin surətindən görünür ki, borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana 24 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 16000 manat məbləğində kredit verməyi, borc alan isə kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. İş materiallarında olan ipoteka saxlayan Unibank” KB ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanılmış ilə xx.xx.2020-ci il tarixli İpoteka Müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsi yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq ipotekaya qoyulmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmaqla, "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, Cavabdeh ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş”in surətindən görünür ki, bank cavabdehə xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əlavə kredit müqaviləsi üzrə əsas borcun məbləği 10241,29 manat, faiz borcu 1001,78 manat, cərimə borcu 0 manat, ümumilikdə 11243,27 manat məbləğində borcun olduğunu bildirərək, ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığını bildirmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə ünvanlandığı bildiriş və bildirişin qəbul olunması haqqında təsdiqetmə bildirişinin sürətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bunun üçün 130 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli nömrəli maliyyə arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixinə olan əsas borcun məbləği 10241,29 manat, faiz borcu 1001,78 manat, cərimə borcu 0 manat, ümumilikdə 11243,27 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09/1718 nömrəli, xx.xx.2023cü il tarixli rəyin surətindən görünür ki, "xxxx" KB ASC ilə ilə Cavabdeh arasında bağlanılmış 19. xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əlavə kredit müqaviləsi qeydə olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixinə banka olan əsas borcunun məbləği 10243,47 manat, faiz borcu isə 962,32 manat təşkil edir. Tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyriyaşayış sahəsinin likvid dəyəri isə 20.000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin 124,43 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddia üzrə cavabdeh bank qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi və ipotekanın açıq hərracdan satılması və borcun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin redaksiyasına əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; ; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin banka olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu bank qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olsa belə, iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə müraciət edildiyindən, bununla da ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyləri əsasında məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 20000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" KB ASC ilə arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 10241,49 (on min iki yüz qırx bir manat qırx doqquz qəpik) manat, faiz borcuna görə 1001,78 (bir min bir manat yetmiş səkkzi qəpik), ümumilikdə 11243,27 (on bir manat iki yüz qırx üç manat iyirmi yeddi qəpik) manat məbləğində borc, məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 124,43 (yüz iyirmi dörd manat qırx üç qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı ödənilmiş xidmət haqqında görə 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" KB ASC ilə yə ödənilsin. Tələb Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Daşınmaz əmlakın satılmasından əldə edilən vəsaitdən əsas borca görə 10241,49 (on min iki yüz qırx bir manat qırx doqquz qəpik) manat, faiz borcuna görə 1001,78 (bir min bir manat yetmiş səkkzi qəpik), ümumilikdə 11243,27 (on bir manat iki yüz qırx üç manat iyirmi yeddi qəpik) manat məbləğində borc, məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 124,43 (yüz iyirmi dörd manat qırx üç qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı ödənilmiş xidmət haqqında görə 130 (yüz otuz) manat məbləğində pul vəsaiti "xxxx" KB ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaiti Cavabdeh qaytarılsın. Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq təhvil verilsin. Məhkəmə xərcləri dəyəri olaraq 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə xərcləri dəyəri olaraq ipoteka predmeti olan 300 (üç yüz) manat Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi xərci Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-31/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-31/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver