Məhkəmə qərarları › İş №2(011)-31/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-31/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-31/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2006-cı il tarixdə 230F(AZN-01) saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, illik 22% olmaq şərtilə, 50 000 manat məbləğində kredit verilmişdir.

2. Həmçinin, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2006-cı il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X4 məxsus ünvan 1 ünvanında yerləşən mənzil (Bundan sonra – Mənzil) müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Mənzil "xxxx" ASC-nin adına ipoteka ilə yüklü edilmiş və bu barədə xx.xx.2006-cı il tarixdə çıxarış verilmişdir.

3. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyinə görə "xxxx" ASC X2, X4 və cavabdehə qarşı Mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına cavabdeh Səməd Həsənovun banka olan 50.000 manat məbləğində kredit, habelə ödəniş gününə hesablanacaq faiz borcunun, həmçinin 3.500 manat məbləğində dəbbə pulunun, cavabdeh Gülnarə Xəliloavnın banka olan 50.000 manat məbləğində kredit, habelə ödəniş günənə hesablanacaq faiz borcunun, həmçinin 3.500 manat məbləğində dəbbə pulunun, eləcə də 19,8 manat dövlət rüsumunun tutularaq «Nikoyl» İKB-nin 2 saylı filialına ödənilməsi, həmin vəsait yetərli olmazsa, çatışmayan məbləğin cavabdehlər Səməd Həsənovun və Cavabdeh başqa əmlakı hesabına təmin edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməyə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2007-ci il tarixli 2-2046/07 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.

4. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-2811/08 saylı qətnaməsinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2046/07 saylı qətnaməsi ləğv edilmiş, "xxxx" ASC-nin iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Səməd Həsənov tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-499/09 saylı, xx.xx.2009-cu il tarixli qərarına əsasən təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-2811/08 saylı icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra olunması üçün Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmiş (icra vərəqəsinin hansı səbəbdən uzun müddət keçdikdən sonra icraya göndərilməsi barədə sübutlar Bankda mövcud deyil), xx.xx.2022ci il tarixdə Nərimanov İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, Mənzil açıq hərracdan satılmadığı üçün iddiaçı tərəfindən 124312,50 manata əldə edilmişdir. İddiaçı icra

6. İcra vərəqəsində, habelə hərracı keçirən "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildirişdə cavabdehin ünvanı ünvan 2eydiyyat ünvanı ünvan 3azın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 41939 manat məbləğində borcun və ödənilmiş 215,82 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 41939 manat məbləğində borcun və ödənilmiş 215,82 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxrılmasını xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanan xx.xx.2006-ci il tarixli saylı kredit müqaviləsinə əsasən cavabdehə 50000 manat məbləğində illik 22% olmaqla, 12 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq X3 mülkiyyətindəki Mənzili ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilmiş, cavabdehdən, ümumilikdə 65709 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Mənzilinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasım, işə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-499/2009 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli 2(l03)-28l 1/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin Banka xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt uçun hesablanmış əldən çıxrnış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 41939 manat borc vardır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdehə iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Bankın cavabdehə və Səməd Həsənova qarşı olan iddiasına dair mülki iş üzrə AR Ali Məhkəməsinin qərarının xx.xx.2009-cu il tarixdə çıxarılmasına baxmayaraq icra vərəqinin hansı səbəbdən xx.xx.2022-ci il tarixdə icra şöbəsinə göndərilməsi barədə Bankda məlumatın olmadığını bildirdi.

9. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehin ümumiyyətlə tələb edilən borcdan xəbəri olmamışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən də məlumatları olmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti isə Səməd Həsənov tərəfinən verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi İcra Şöbəsinə gec göndərilmişdir. İcra məmuru tərəfindən zəruri tədbirlər görülmüşdür. Kreditin təminatı olaraq Mənzil ipotekaya qoyulduğu təqdirdə iddiaçı əsas borcun ödənilməməsinə görə faizin ödənilməsini tələb edə bilməz. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21 -ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

13. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

14. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

15. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

22. İşin faktiki, eyni zamanda mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla cavabdeh arasında xx.xx.2006-cı il tarixdə təminatlı kredit müqaviləsi bağlanmış, keditin təminatı kimi X4 məxsus Mənzil ipoteka ilə yüklü edilmişdir (Mənzil eyni zamanda, X5 arasında xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə aldığı kredit üzrə də ipoteka ilə yüklü edilmişdir). Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyinə görə Bank borcun ipoteka predmeti olan Mənzilə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi qəbul edilərək iddia tələbi təmin edilmiş, həmin qətnamədən Səməd Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2046/07 saylı qətnaməsi ləğv edilmiş, "xxxx" ASC-nin iddia tələbi təmin edilmişdir.

23. İddiaçı hazırda məhkəmə qətnaməsi ilə təmin edilmiş, ümumilikdə 65479 manat pulun xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfindən icrasını gecikdirməsinə görə ona dəymiş zərər qismində, qanunla müəyyən edilmiş illik 5% nisbətində hesablanmış pul tələb edir. MM-nin 443-cü maddəsində borclunun öhdəliyini icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzini ödəməsinin əsasları müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, iddiaçının da tələb etdiyi kimi, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbindən irəli gəlir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında da göstəriir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

25. Öhdəliyi icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzinin ödənilməsini müəyyən edilməsi əsasların (Məcəllənin 443.1 və 443.2-ci maddələri) Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəda zərərin ödənilməsi zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

26. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı da Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin icrasının spesifik xüsusiyyətləri nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu zaman o da nəzərə alınmalıdır ki, zərərin ödənilməsi ilə bağlı tələbin təmin edilməsi üçün yuxarıda göstərilən, zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə bağlı şərtlər ödənilməlidir. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Bu hüquqi əsas isə Mülki Məcəllənin 448.1-ci maddəsində əks olunmuşdur. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.

27. İşin mübahisəsiz hallarındandır ki, cavabdehin aldığı kredit təminatlı kredit olmuş, həmin kreditə görə Mənzil iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, xx.xx.2008-ci il tarixli icra vərəqəsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə çıxarılmış xx.xx.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsinin xx.xx.2022-ci il tarixdə icraya göndərilməsində cavabdehin təqsirli olması, yaxud hər hansı əsasla buna maneə yaratması iş materiaları ilə müəyyən edilmir. İddiaçının nümayəndəsi də məhkəmə iclasında icra vərəqəsinin hansı səbəbdən 13 ildən sonra icraya göndərilməsi barədə Bankda heç bir məlumatın olmadığını bildirmişdir. Belə olan halda, yalnız icra vərəqəsinin gec göndərilməsinə əsaslanmaqla cavabdehdən onun təqsirli olmadığı öhdəliyini icra etməməsinə görə dəymiş zərərin tələb edilməsi qanuna ziddir.

28. Bundan başqa, məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehin aldığı 50000 manat kreditə görə dəyəri 195000 manat təşkil edən Mənzil ipotekaya qoyulmuş, məhkəmə tərəfindən onun iddiaçıya ödəməli olduğu pul məbləği isə 65709 manat olmuşdur. İddiaçı məhkəmə qətnaməsinin vaxtında icra olunmasını tələb etməklə ipoteka predmetinin vaxında satışına və satışdan əldə edilmiş vəsait hesabına cavabdehin borcunun tam ödənilməsinə nail ola bilərdi.

29. Digər bir tərəfdən, iş materiallarından da görünür ki, iddiaçının yaşayış ünvanı ünvan 4an göstərilmişdir), qətnamənin icrası ilə bağlı iddiaçıya ünvanlanan bütün bildirişlər ünvan 5şdir.

30. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2008-ci il tarixli icra vərəqəsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, həmin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə icraya göndərilməsində və qətnamənin qanunla müəyyən edilmiş müddət ərzində icarca olunmamasında cavabdehin təqsirli olması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar