Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-312/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun (əldən çıxmış faydanın) tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-si cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun (əldən çıxmış faydanın) tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 27 dekabr 2012-ci il tarixli baş kredit müqaviləsinə əsasən 1 350 000 ABŞ dolları və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 96 ay müddətinə kredit limiti açılmışdır. Cavabdeh1 07 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 12 faizlə 36 ay müddətinə 1 350 000 ABŞ dolları kredit götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh2lə 27 dekabr 2012-ci il tarixli, Cavabdeh3 ilə 16 yanvar 2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Hal-hazırda 27 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka gecikdirilmiş vaxt üçün kreditin bitmə tarixindən yəni, 27 dekabr 2015-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 74785.4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 74785.4 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 27 dekabr 2012-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğində az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MM-nin 21, 442, 445.2.1, 445.7, 449.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 27 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 74785.4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 74785.4 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 27 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 80842 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx"İKB ASC-si ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 96 ay müddətinə 1 350 000 ABŞ dolları və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 bankdan illik 12%-lə 36 ay müddətinə 1 350 000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC-si ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, zaminlər borcalanın bankla arasında olan xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 27 dekabr 2012-ci il tarixli, 6-GZ2-1-0- 1283-12 saylı əsas kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 517 425,50 ABŞ dolları, faiz borcuna görə 91 642,16 ABŞ dolları, dəbbə puluna görə 5000 ABŞ dolları olmaqla cəmi 614 067,66 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 210 manat Nikoyl İKB-nin xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ipoteka predmetlərinin qiymətləndirilməsinə görə 300 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 9 saylı mənzilinin 3 otağı, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 24 saylı mənzilin ilkin satış qiyməti 597 600 manat olmaqla açıq hərracda satılması,satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə tutulmalı olan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 9 saylı mənzilinin 3 otağı, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 24 saylı mənzilinin satıldıqdan bir ay sonra Cavabdeh3 həmin mənzillərdən çıxarılmaqla mənzillərin boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7927/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2221/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7927/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7927/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.(maddə 445.7) Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. (maddə 433.1.) Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, mülki işdə olan sübutlardan müəyyən edilir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli baş kredit müqaviləsinə əsasən 1 350 000 ABŞ dolları və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 96 ay müddətinə kredit limiti açılmış, Cavabdeh1 07 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 12 faizlə 36 ay müddətinə 1 350 000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq Evsen (Tixonova) Ella Qennadyevnanın mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 9 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 24 saylı mənzili xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 27 dekabr 2012-ci il tarixli, 6-GZ2-1-0-1283-12 saylı əsas kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 517 425,50 ABŞ dolları, faiz borcuna görə 91 642,16 ABŞ dolları, dəbbə puluna görə 5000 ABŞ dolları olmaqla, cəmi 614 067,66 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 210 manat Nikoyl İKB-nin xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ipoteka predmetlərinin qiymətləndirilməsinə görə 300 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 9 saylı mənzilinin 3 otağı, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 24 saylı mənzilin ilkin satış qiyməti 597 600 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə tutulmalı olan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 9 saylı mənzilinin 3 otağı, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 24 saylı mənzilinin satıldıqdan bir ay sonra Cavabdeh3 həmin mənzillərdən çıxarılmaqla mənzillərin boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin icra edilməsi ilə bağlı icra sənədi verilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 27 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 80842 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulmasını tələb etsə də, iddianı əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qeyd edilmiş qətnamədə cavabdehlərdən tutulmuş borcun ödənilməsini təmin etmək üçün ipoteka predmetlərinə tutma yönəldisə də, iddiaçı ipoteka predmetlərinin satılması, satıldıqdan sonra borcun ödənilməsi üçün yetərli olmaması, həmçinin qətnamə qüvvəyə mindiyi tarixdən sonra əldən çıxmış faydanı təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki işin faktiki hallarını və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə əsaslansa da, cavabdehlər tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilmədiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 487/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsi icra edilməsi üçün icraya yönəldiyindən, bununla yanaşı qətnamənin cavabdehlərin təqsiri üzündən icra edilməməsi sübut edilmədiyindən, iddia tələbi əsaslı olmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun (əldən çıxmış faydanın) tutulması tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-312/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-312/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver