Məhkəmə qərarları › İş №2(011)-3126/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3126/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3126/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı X7, cavabdeh X2 iştirakı ilə, İddiaçı X7 cavabdeh X1rşı “pul tələbinə dair” mülki işə aşıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X9 cavabdeh X1rşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə X5 arasında bağlanmış müqaviləyə əsasən verilmiş 3088 ABŞ dolları kreditin ödənişi aralarında olan qiyabi razılaşmaya əsasən onun tərəfindən ödənildiyi üçün həmin məbləğə görə hesablanmış 785 manat kompensasiyanın cavabdeh tərəfindən alındığı nəzərə alınaraq bu məbləğin cavabdeh tərəfindən birdəfəlik olaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən "xxxx" ASC-dən onun adına 3088 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bir neçə ay kredit faizlərini ödədikdən sonra işlədiyi musiqi məktəbindən işdən azad olunmuş və əmək haqqı ala bilməmişdir. Bu krediti 03.04.2015-ci il tarixdə götürmüş və inflyasiya ilə əlaqədar çox çətinlik yaranmışdır. Götürülən kredit ABŞ dolları olduğundan Gülnarə Məmmədova "xxxx"nun rəhbərliyinə müraciət edərək ABŞ dollarını manata çevirərək yeni ödəniş cədvəli tərtib etmələrini xahiş etmişdir. Onun xahişi nəzərə alınaraq ABŞ dolları manata çevrilmiş, 02.08.2016-cı il tarixdə yeni cədvəl tərtib edilərək bu cədvəl əsasında ödəniş aparılmışdır. Qeyd etmək lazımdır ki, cavabdeh işlədiyi üçün kredit borcu onun əmək haqqına yönəldilmişdir və onun əmək haqqından tutulmuşdur. Ancaq kredit borcuna görə nə qədər pul cavabdehin əmək haqqından tutulurdusa, o, həmin məbləği nağd olaraq ona ödəyirdi. Ödədiyi məbləği də hər ay üçün özündə qeyd edirdi ki, həmin qeydləri də İddia ərizəsinə əlavə edir. Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərin həlli ilə əlaqədar verdiyi Fərman onun ödədiyi kreditə də şamil olunmuşdur. Bu Fərman nəticəsində kreditə görə tərəfindən artıq ödənilmiş məbləğ geri qaytarılmışdır. Bu məbləğ 785 manatdan ibarətdir. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçını tanıyır və öz adına kredit götürüb ona vermişdir. Lakin Ş.Əliyeva krediti vaxtında ödəmədiyinə görə bank borcun tutulması barədə məhkəmə əmrinin verilməsi üçün Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 10.02.2017-ci il tarixli əmri ilə onlardan cəmi 3430,29 manat borcun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İddiaçının iş yeri olmadığına görə borc onun əmək haqqına yönəldilmiş, nəticədə ona həm maddi, həm mənəvi, həm də fiziki ziyan dəymişdir. Kredit problemi üzündən ailəsi dağılmış, əri onu atıb getmişdir. Adına kredit olduğuna görə ona sosial müavinətin verilməsindən imtina edilmişdir. Ona görə də, hesab edir ki, ödənilmiş kompensasiya ona aiddir. Belə ki, kreditin çox hissəsi onun əmək haqqından tutulmuşdur. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış 03.04.2015-ci il tarixli, MM/52829/50/31 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 35 ay müddətinə illik 24% hesablanmaqla 3088 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış 02.08.2016-cı il tarixli, US/71012/56/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, 03.04.2015-ci il tarixli, MM/52829/50/31 saylı kredit müqaviləsi üzrə borc restrukturizasiya edilərək kreditin məbləği 3172 manat, müddəti 40 ay, fizi illik 24% müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.02.2017-ci il tarixli, 2(011)-2765/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, 3126,4 manat əsas borc, 303,89 manat faiz borcu, cəmi 3430,29 manat borcun və 20 manat dövlət rüsumunun X3 və X6 alınaraq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan 03.04.2019-cu il tarixli problemli kreditlərin kompensasiyasına dair əsas məlumatlardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq cavabdeh X2 02.08.2016-cı il tarixli, US/71012/56/14 saylı kredit müqaviləsi üzrə borcundan 1660,01 manat kompensasiya hesabına silinmiş, 785 manat X4 ödənilmişdir. Beləliklə, işin məhkəmə baxışında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, cavabdeh X5 iddiaçı X7 zamin olduğu 03.04.2015-ci il tarixli, MM/52829/50/31 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-dən 3088 ABŞ dolları kredit götürərək X8 vermiş, tərəflər aralarında ödnəişlərin iddiaçı tərəfindən həyata keçirilməsi barədə razılaşmışlar. Lakin, Ş.Əliyeva krediti vaxtında ödəmədiyinə görə Xətai Rayon Məhkəməsinin 10.02.2017-ci il tarixli əmri ilə onlardan cəmi 3430,29 manat borcun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İddiaçının iş yeri olmadığına görə borc onun əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq cavabdeh X2 02.08.2016-cı il tarixli, US/71012/56/14 saylı kredit müqaviləsi üzrə borcundan 1660,01 manat kompensasiya hesabına silinmiş, 785 manat ona ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.2-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki iddiaçı X9 "xxxx" ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tərəfindən ödənildiyini iddia etsə də, bunu təsdiq edəcək mötəbər sübutları (lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini) iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı isə məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə baxışı zamanı araşdırlmış sübutlarla borcun cavabdehin əmək haqqına yönəldiməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrin rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı X7 cavabdeh X1rşı "xxxx" ASC ilə X5 arasında bağlanmış müqaviləyə əsasən verilmiş 3088 ABŞ dolları kreditin ödənişi aralarında olan qiyabi razılaşmaya əsasən onun tərəfindən ödənildiyi üçün həmin məbləğə görə hesablanmış 785 manat kompensasiyanın cavabdeh tərəfindən alındığı nəzərə alınaraq bu məbləğin cavabdeh tərəfindən birdəfəlik olaraq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X8 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar