Məhkəmə qərarları › İş №2(011)-316/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-316/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-316/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 08 iyun 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 21, mənzil 25-də qeydiyyatda olan, 21 oktyabr 2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 22 noyabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılır. Belə ki, o, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu işdə iddiaçı da zərərçəkən şəxs qismində tanınmışdır. İşin halları ilə bağlı iddiaçı qeyd etmişdir ki, 2022-ci ilin sentyabr ayında tanışı X4 vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. İddiaçı Yusif Yusifovu hələ Azərbaycan Dövlət Pedaqoji Universitetindəki tələbəlik illərindən tanımışdır. 2022-ci ilin iyul ayında iddiaçı işlədiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində növbəti 5 illik müddətə seçkilərdə lazımi qədər səs toplaya bilmədiyndən işdən çıxarıldığı üçün həmin Universitetdə əvvəlki işinə bərpa olunmaq istəmişdir. Kitabxanada olarkən Yusif Yusifovla rastlaşmış və ADNSUda işdən çıxarılmağı barədə söhbətləri olmuşdur. Y.Yusifov iddiaçıya bacardığı qədər kömək edəcəyinə söz vermişdir. Beləliklə, o, təxminən 2022-ci ilin avqust-sentyabr ayında “Malakan” bağının yanı ilə iş yerinə gedərkən təsadüfən Cavabdeh orada kimisə gözlədiyini görmüşdür. Saqifin mərhum atası Razim Quliyevlə əvvəllər münasibəti olduğundan dayanıb hal-əhval tutmuşlar. Sonradan təsadüfən iddiaçı da oradan keçən zaman Yusif Yusifovu və Cavabdeh söhbət edən görmüş və salamlaşmaq üçün onlara yaxınlaşmışdır. Yusif Yusifov iddiaçını Cavabdehlə tanış etmiş və iddiaçının işindən çıxarılmağı barədə ona məlumat vermişdir. Cavabdeh iddiaçıya kömək edə biləcəyini bildirmişdir. Sonrakı vaxtda iddiaçı onunla telefon əlaqəsi saxlamış və ona necə kömək edə biləcəyi və ona inanıb-inanmamağı barədə soruşmuşdur. Cavabdeh də iddiaçıya professor olması, özününü seçim etməsi və inanıb, inanmamasını özünün biləcəyini bildirmişdir. İddiaçının işinə bərpa edilməyi çox vacib olduğundan borc pul taparaq 2022-ci ilin sentyabr ayında “Xalqlar Dostluğu” metrosu yaxınılığında Cavabdeh 3000 manat vermişdir. Vəd verilən vaxt keçsə də, işinin həll olunmamasını görüb Cavabdehlə telefon əlaqələri saxlamış, lakin o, gözləməyi, işi həll etməyə çalışdığını bildirmişdir. Sonradan heç bir zənglərinə cavab verməmiş, qaçıb gizlənmişdir. İddiaçı məcbur olaraq onun evinə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu da ünvanlamışdır. Lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məktub “bu ünvanda yaşamır” qeydi ilə geri göndərilmişdir. Cavabdeh tərəfindən artıq aldandığını, ona qarşı dələduzluq əməli törətməsini bilərək hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Onun barəsində AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi açılmışdır. İddiaçı işin gedişində bilmişdir ki, Cavabdeh təkcə iddiaçıya qarşı deyil, X2 qarşı da dələduzluq törətmişdir. Bu səbəbdən həm iddiaçı, həm də Qaffar Löymanov zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-106/2024 saylı hökmü ilə 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə istintaqı dövründə Saqif X1 olan 8000 manat borcunu tam qaytarmış, iddiaçıya isə cəmi 500 manat pul vermişdir. Beləliklə, cavabdehin 2500 manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-106/2024 saylı hökmü ilə ona bildirilmişdir ki, bu pulu tələb etmək üçün iddia qaydasında məhkəməyə müraciət etmişdir. İddiaçının cavabdehə qarşı heç bir şəxsiqərəzliyi yoxdur. Əgər cavabdeh iddiaçının pulunu tam ödəyərsə, iddiaçı da digər zərərçəkmiş şəxs kimi iddia ərizəsi geri götürərdi. Çünki iddiaçı təqaüdçüdür, maddi imkanı yoxdur, Cavabdeh verdiyi pulu borc olaraq bankdan kredit götürmüşdür. İddiaçılar göstərilənləri nəzərə alaraq, Cavabdeh əsas borca görə 2500 manat və 45 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2545 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Tədricxanasında cəza çəkən Cavabdeh lazımı qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-106/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh oğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Cavabdeh 03 iı 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh cari iş üzrə 21 oktyabr 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək tutmada saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş üzrə dəymiş ziyanın ödənilməyən hissəsini tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxs İddiaçı izah edilmişdir. Həmin hökmlə müəyyən edilir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əvvəlki işinə bərpa olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla İddiaçı 16 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında 3000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş İddiaçı maddi ziyan vuraraq dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh inanaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əvvəlki işinə bərpa olunmasına köməklik etməsi məqsədilə cavabdehə 3000 manat məbləğində pul vermişdir. Lakin cavabdeh iddiaçıya yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla İddiaçı 16 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında 3000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş İddiaçı maddi ziyan vuraraq dələduzluq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-106/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli hökmü ilə Cavabdeh oğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Cavabdeh 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh cari iş üzrə 21 oktyabr 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək tutmada saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə istintaqı dövründə cavabdeh iddiaçıya vurduğu maddi zərərdən 500 manat pul vəsaitini qaytarmış, qalan məbləğ bu günədək iddiaçıya geri ödənilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh əməli, iddiaçıya vurduğu zərər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-106/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli hökmü öz təsdiqini tapdığından, iddia tələbi əsaslı olduğundan təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 2500 manat məbləğində pul vəsaiti tutulmalıdır. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş 45 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar