Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3196/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi və mənzildən isifadəyə maneənin aradan qaldırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı – iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yetkinlik yaşına çatmayan X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68 ünvanında yerlləşən 3 otaqdan ibarət olan 97 nömrəli mənzilə köçürülməklə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə Cavabdeh və digər şəxslər tərəfindən olan maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuşdur. 1983-cü il tarixindən yuxarıda qeyd olunan ünvan 1 ünvanında yaşamışdır. 1993-cü ildə isə müddətli həqiqi hərbi xidmətə getmiş və hərbi xidmətdən qayıtdıqdan sonra təkar həmin ünvana qayıtmışdır. 2000-ci il tarixində İddiaçı3 ilə faktiki ailə həyatı qurmuş və birgə nikahlarından iki övları xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 Yusif oğlu və xx.xx.2005-ci il təvəllüdlü X2 doğulmuşdur. Nikahlarını xx.xx.2007-ci il tarixində rəsmiləşdirmişlər. İddiaçı1 atası X3 xx.xx.2016-ci il tarixində vəfat etmişdir. Bundan sonra ailə münasibətləri pozulduğundan məcburiyyət qarşısında qalaraq, müxtəlif ünvanlarda kirayədə yaşamağa mecbur qalmışdır. Hal-hazırda ünvan 2 ünvanında həyat yoldaşı İddiaçı3, oğlu İddiaçı2 və qızı ilə birlikdə kirayədə yaşayır. Cavabdeh dəfələrlə qeydiyyatda olduqları mənzilə ünvan 1 ünvanına qayıtmaq və həmin mənzildə yaşamaq istədiklərini bildirsə də, lakin buna etiraz edərək razı olmamışdır. Hazırda mövcud vəziyyətlə əlaqədar gəlirləri azalmışdır, dolanışıq xərclərini ödəməkdə çətinlkilər çəkirlər. Kirayə qaldıqları evin sahibi qohumu olsa da, faktiki yaşadığı evdən çıxmaqlarını tələb edir. Anası hazırkı iş üzrə Cavabdeh isə qəti olaraq iddiaçıların həmin ünvana köçüb yaşamağına etiraz edir. Belə ki, həmin mənzil anası Cavabdeh mülkiyyətindədir və onun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddiaçı1, oğlu İddiaçı2, qızı X2, anası Cavabdeh, X1 və onun oğlu X5 həmin evə qeydiyyatdadırlar. Həmin mənzildə Cavabdeh tək yaşayır. X1 və onun oğlu X5 həmin ünvanda qeydiyyatda olsalar da, ünvan 3i olaraq yaşayırlar. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, oğlu İddiaçı1 2001-ci ildə evlənmiş və evləndikdən sonra mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Odur ki, məhkəmədən iddianının təmin edilməməsini xahiş etdi. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məluamat verməmişlər. Məhkəmə işə iddiaçıları iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1, X2, İddiaçı2, Cavabdeh, X4, X5, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzili xx.xx.2014-cü il tarixindən tam pay olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin, 97 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı1 cavabdehin oğludur və 1974cü ildə həmin mənzildə doğulmuş, orada yaşamış, sonradan 1993-cü ildə hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıtdıqdan sonra 2007-ci ildə İddiaçı3 ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçı2 cavabdehin nəvəsidir. İddiaçı1 iddiasını əsaslandırarkən göstərir ki, o, 2001-ci ildə faktiki olaraq İddiaçı3 ilə ailə qurmuş, birgə ailə münasibətlərindən iki övladları anadan olmuşdur və onlar birlikdə mübahisəli mənzildə 2016-cı ilədək yaşamışdırlar. Sonradan başqa yerə köçərək kirayəyə yaşamağa başlamışdırlar. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçıların 2016-cı ilədək həmin mənzildə yaşamaları işin hər hansı sübutu ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisələndirilən mənzildə qeydiyyatda olması onların həmin yaşayış sahəsinə istifadə hüquqlarının olmasının göstəricisi kimi qəbul edilməməlidir. Sadalanan işin hallarına və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı İlqar İbarhimovun mübahisəli mənzilə hüququ yaranan vaxtda qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəları baxımından onun həmin mənzildən yaşayış sahəsi 6 aydan artıq saxlanmadığından, iddiaçı uzun müddət həmin mənzildən istifadə etmədiyindən, davamlı surətdə yaşamaq üçün başqa yerə köçdüyündən, bununla da iddiaçının yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, onun mübahisəli mənzilə köçürülməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Digər iddiaçıların isə mübahisəli mənzilə istifadə hüquqları ümumiyyətlə yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci tarixli qərarına əsasən, MMin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. Göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da onların qeyd edilən mənzildən istifadə hüquqlar yaranmadığından, iddia təmin edilməməlidir. Belə ki, iddiaçıların yaşayış sahəsinə köçürülməsi barədə iddiaları əsassız olduğundan, iddia “mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə Cavabdeh və digər şəxslər tərəfindən olan maneənin aradan qaldırılması”na dair hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı – iddiaçıların Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin, 97 saylı mənzilinə köçürülməklə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə Cavabdeh və digər şəxslər tərəfindən olan maneənin aradan qaldırılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-3196/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3196/2022
05.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver