Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-404/2023 31.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X20 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X10 və Cavabdeh5 qarşı “mənzilə köçürülmə və mənzildən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X10 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin fərdi yaşayış evində sərbəst yaşamasına (ümumi birgə istifadədə olan mətbəx və sanitar qovşağından istifadə etməsinə) maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh2ağa oğlu ilə xx.xx.1991ci il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə girərək evlənmişlər və o gəlin kimi hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 1 mərtəbli, 4 otaqlı fərdi yaşayış evinə köçmüşdür. Onların rəsmi nikahlarından xx.xx.1992-ci il təvəllüdlü X13 və xx.xx.1998-ci il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Onlar, yəni İddiaçı1 əri Cavabdeh2 uzun müddət, yəni xx.xx.1991-ci ildən 2022-ci ilin iyun ayının 08-ə kimi birlikdə yaşayaraq birgə təsərrüfat apararaq uzun müddət birlikdə yaşamışlar və bu müddət ərzində həmin ünvanda əl evi olaraq tikmişlər. Bu fərdi yaşayış evi onun mərhum qaynatası X6 məxsus olmuşdur. Qaynatasının vəsiyyətinə görə həmin fərdi yaşayış evi əri Cavabdeh2 yaşamaq üçün vermişdir. İş üzrə cavabdehlər isə hər biri evlənərək oradan çıxıb getmişlər və özlərinə başqa ünvanda yaşayış sahəsi seçmişlər. İş üzrə cavabdehlər onun qaynı və baldızlarıdır. Cavabdehlər onu, qızını və oğlunu zor gücünə həmin mənzildən çıxararaq qovmuşlar və onları ölümlə hədələmişlər. Bütün bunlara dair o və qızı Hacıqabul rayon Polis şöbəsinə və DİN-nin 102 qaynar xəttinə şikayətlər etmişlər. Bu barədə Hacıqabul rayon PŞ-də müvafiq araşdırma aparılmış və onlara bildirilmişlər ki, mülki məsələ olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edin. O və övladları Aidə və Məmmədağanın yaşamağa başqa yerləri yoxdur. Səbəb isə iş üzrə cavabdehlər onun əri Cavabdeh2 xəstəliyindən istifadə edərək, onu öz yanlarında saxlayaraq onları evdən zor gücünə çıxarmışlar. Odur ki, məcburiyyət qarşısında qalıb aidiyyəti üzrə məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, İddiaçı1 cavabdehlərdən Cavabdeh2 ilə 1991-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və Cavabdeh2 X18a məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahından iki uşaqları doğulmuşdur. İddiaçılar həmin uzun illər həmin evdə yaşamış, qeydiyyata alınmış və ailə üzvləri ilə birgə təsərrüfat aparmışlar. Məmməd Məmmədov xx.xx.1992-ci il tarixdə vəfat etsə də, qeyd edilən ünvanda onun ailə üzvləri, oğlanları, gəlinləri, nəvələri yaşamağa davam etmişlər. 2022-ci ilin iyun ayında iddiaçılar cavabdehlər tərəfindən evdən zorla çıxarılmış və həmin vaxtdan bugünədək iddiaçılar Şirvan şəhərində kirayədə yaşayırlar. Onların özlərinə məxsus evləri yoxdur. Hazırda iddiaçıların köçürülməsini tələb etdikləri mənzil Cavabdeh3 mülkiyyətindədir. Bununla belə iddiaçıların həmin mənzildən istifadə hüquqları var, lakin cavabdehlər onların həmin evdə yaşamasına imkan vermirlər. Odur ki, iddianın təmin edilərək, iddiaçıların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evində sərbəst yaşamalarına, ümumi birgə istifadədə olan mətbəx və sanitar qovşağından istifadə etmələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılar onun qardaşı Camalın arvadı və uşaqlarıdır. İddiaçı1 1991-ci ildə qardaşı Camal ilə ailə həyatı qurduqdan sonra X18a məxsus evə gəlin köçmüşdür. Həmin vaxtdan 2021ci ilə qədər iddiaçılar həmin evdə yaşamışlar. X18 vəfat etdikdən sonra ondan qalan miras əmlak övladları tərəfindən qəbul edilmiş, sonradan digər qardaşları onlara düşən payları ona bağışlamış və hazırda həmin ev yalnız onun mülkiyyətindədir. İddiaçılar 2021-ci ildə evdən çıxıb getmişlər və sonrakı müddətdə həmin evə köçməyə cəhd etməmişlər. Bununla belə o, bir mülkiyyətçi kimi iddiaçıların ona məxsus evdə yaşamasını istəmir və onların həmin evə köçürülməsinə etiraz edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikah haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə X1 nikahı Hacıqabul rayon qeydiyyat şöbəsində xx.xx.1991-ci il tarixdə 245 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan yaşayış yeri haqqında arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilir ki, Cavabdeh2 ilə İddiaçı1 nikahından xx.xx.1992-ci il təvəllüdlü İddiaçı2 və İddiaçı3 doğulmuşdur. Onların hər biri ünvan 2 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan AZ-T 187544 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 atası X8, anası X3r. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********6 qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 129,6 kv.m sahəsi olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsi X4 mülkiyyətində olmuşdur. İş materiallarında olan AZ-İİ 276844 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan V-157/2022 nömrəli vərəsəlik işinə əlavə edilmiş sənədlərdən görünür ki, X8 öldükdən sonra onun qanun üzrə birinci növbəli vərəsələri – Cavabdeh3, Cavabdeh2, X9 və Cavabdeh1 mərhumdan miras qalmış ünvan 3 ünvanda yerləşən 129,6 kv.m sahəsi olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsi miras əmlak kimi qəbul etmiş və həmin əmlakda vərəsələrin hər birinin ¼ hissədə payının müəyyən edilməsinə dair hər birinə münasibətdə ayrı-ayrılıqda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan miras payın bağışlanması barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2, X9 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər birinə çatası ¼ hissədə paylarını Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 3 (Yeni qaydalarla: AZ 2400, ünvan 4 ünvanda yerləşən 129,6 kv.m sahəsi olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından iki uşaqları – İddiaçı2 və İddiaçı3 doğulmuşdur. İddiaçı ailə həyatı qurduğu vaxtdan gəlin kimi X12un mülkiyyətində olan fərdi yaşayış evinə köçmüş və həmin vaxtdan 2022-ci ilədək ailə üzvləri ilə birlikdə orada yaşamış və qeydiyyata alınmışdır. X12 öldükdən sonra ondan miras qalmış qeyd ilə fərdi yaşayış evi birinci növbə vərəsələri olan dörd övladı tərəfindən miras əmlak kimi notariat orqanına müraciət etməklə qəbul edilmiş, daha sonra digər vərəsələr öz paylarını iş cavabdeh olan Cavabdeh3 bağışlamışdır. Hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh3dur. İddiaçılar həmin evdən cavabdehlər tərəfindən zorla çıxarıldıqlarını və həmin evdə yaşamağa maneçilik törətdiklərini bildirərək, evə köçürülmələrini və evdə sərbəst yaşamalarına, ümumi birgə istifadədə olan mətbəx və sanitar qovşağından istifadə etmələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsini tələb etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçıların cavabdehə məxsus fərdi yaşayış evinə köçürülməsi barədə tələbə baxılarkən, ilk öncə iddiaçıların həmin evdən istifadə hüquqlarının olub-olmadığı müəyyən edilməlidir. Çünki, istifadə hüququ mövcud olmadıqda, mənzilə köçürülmə tələbi də təmin edilə bilməz. Mülki işin faktiki hallarından görünür ki, İddiaçı1 xx.xx.1991-ci il tarixdə Cavabdeh2 ilə ailə həyatı quraraq, sonuncunun atasına məxsus fərdi yaşayış evinə gəlin kimi köçmüş, övladları 1992-ci il təvəllüdlü İddiaçı2 və 1998-ci il təvəllüdlü İddiaçı3 isə doğulduqları vaxtdan evdən çıxarıldıqları 2022-ci ilədək həmin evdə yaşamışlar. İddiaçıların özlərinə məxsus daimi başqa yaşayış yerinin olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, mübahisəli hüquq münasibəti 1991-ci ildə yarandığına görə, yəni iddiaçı həmin vaxt mübahisəli fərdi yaşayış evinə köçüb yaşadığına görə, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi) Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Göstərilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı1 həmin dövrdə fərdi yaşayış evinin mülkiyyətçisi olmuş X12un razılığı ilə həmin fərdi yaşayış evinə köçüb birgə təsərrüfat apardığından, eləcə də digər iddiaçılar – İddiaçı2 və İddiaçı3 doğulduqları vaxtdan qeyd edilən fərdi yaşayış evində yaşadıqlarından, onların hər biri mübahisəli fərdi yaşayış evindən istifadə hüququ əldə etmişlər və bu hüquq məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumuun 29 mart 2016-cı il tarixli qərarı). Bu səbəbdən fərdi yaşayış evinin mülkiyyətçisinin sonradan dəyişmiş olması iddiaçıların həmin evdən istifadə hüquqlarına xitam vermir. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olduğuna və cavabdehlər tərəfindən iddiaçılara həmin evdə yaşamağa maneçilik törədildiyinə görə iddiaçıların tələbi haqlıdır. Odur ki, iddia təmin edilməli, iddiaçılar ünvan 3 (Yeni qaydalarla: AZ 2400, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli, onların həmin evdə yaşamalarına və ümumi birgə istifadədə olan mətbəx və sanitar qovşağından istifadə etmələrinə maneçilik törədilməsi cavabdehlərə qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçılar tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və Məmmədov X5 şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 54 (Yeni qaydalarla: AZ 2400, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsünlər və onların həmin evdə yaşamalarına, ümumi birgə istifadədə olan mətbəx və sanitar qovşağından istifadə etmələrinə maneçilik törədilməsi Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X10 və Cavabdeh5 qadağan edilsin. Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X10 və Cavabdeh5 iş üzrə ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat və dövlət rüsumunun əvəzi kimi 50 manat olmaqla, cəmi 100 manat pul müştərək qaydada alınaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X21
Məhkəmə qərarları › İş №2(071)-404/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-404/2023
31.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver