Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-280/2024 08.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh3 və qeyrilərinə qarşı “mənzilə köçürmə və mənzildən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)404/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli 2(071)-404/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Hacıqabul şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 54 (Yeni qaydalarla: AZ 2400, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, onların həmin evdə yaşamalarına, ümumi birgə istifadədə olan mətbəx və sanitar qovşağından istifadə etmələrinə maneçilik törədilməsi Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 qadağan edilməsi qət edilmişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Hacıqabul Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli 2(071)- 404/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və qətnamədən apellyasiya şikayətini elektron qaydada məhkəməyə təqdim etmişdir. Cavabdeh3 prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, nəvəsi X4 əlil uşaqdır, illərdir uzunmüddətli müalicələr alır və cərrahi əməliyyat olur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Lor Hospitalda cərrahi əməliyyat olunmuş, lakin uşaqda vəziyyət dəyişkənliyi (ağırlaşma) baş verdiyi üçün uşağın gündəlik Bakı şəhərinə aparılıb gətirilməsi, bir gündən bir isə “loqopet” yanına aparılaraq ambulator müalicə kursu yazılmışdır. Buna görə onlar ailəvi olaraq Bakı şəhərində yaşamaq, gediş-gəliş etmək məcburiyyətində qalmışlar. Bu səbəbdən apellyasiya şikayəti vermək imkanı olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 2(071)404/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Z.Hüseynov) Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-404/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 2(071)404/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)404/2023 saylı qətnaməsini məhkəməyə müraciət edərək qəbzə imza etməklə almışdır. Bundan başqa, nəvəsi X4 əlil uşaqdır, illərdir uzunmüddətli müalicələr və cərrahi əməliyyat olur. Sonuncu dəfə xx.xx.2022-ci ildə LOR HOSPİTAL-da cərrahi əməliyyat olunmuş, (beyin daxilinə eşitməsi üçün koxalyar implant aparatı yerləşdirilmiş) lakin uşaqda vəziyyət dəyişkənliyi (ağırlaşma) baş veridiyi üçün uşağın gündəlik Bakı şəhərinə aparılıb gətirilməsi, bir gündən bir isə lor və loqopet mərkəzində həkim yanına aparılaraq ambulator müalicə kursu yazmışdır (6 aylıq). Buna görə ailəvi olaraq Bakı şəhərində yaşamaq, gedişgəliş etmək məcburiyyətində qalmışlar. Bir sözlə məhkəmə işləri ilə bağlı apellyasiya şikayəti verməyə imkanı olmamışdır. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)404/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış bir neçə günlik müddəti (5 gün) üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Hazırda bu məsələlərlə bağlı özü üzrlü səbəbdən məşğul ola bilmədiyindən hüquqi yardımla bağlı müqavilə imzalamış və işləri vəkilə həvalə etmişdir. Hacıqabul Rayon Məhkəməsi tərəfindən məsələyə obyektiv yanaşılmamışdır. Xəstənin qardaşının nəvəsi olması, şikayət verilməsi üçün kifayət qədər vaxtın olması kimi yanaşmalar hesab edir ki, evində xəstə uşağı olan ailəyə yetirilmiş növbəti zərbədir. Əgər aylarla müddət keçdikdən sonra müraciət edərək məhkəmə süründürməçiliyi yaratasaydı o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Məsələyə diqqət yetirdikdə görünür ki, prosessual müddətin ötürülməsinə səbəb ailə üzvlərinin hamısının xəstə uşağın müalicəsi ilə məşğul olmaları olmuşdur. Məhkəmənin isə bu hala yanaşması düzgün olammışdır. Hacıqabul Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(071)-404/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(071)404/2016 saylı qərardadından verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)404/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, belə hesab edir ki, cavabdehlərin şikayətinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılmasına heç bir qanuni əsas yoxdur. Belə ki, mülki işin materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 404/2023 saylı, 31 avqust 2023-cü il tarixli qətnaməsinin surəti 05 sentyabr 2023-cü il tarixli məktubla cavabdehlərin yaşadığı ünvana göndərilmiş və 18 sentyabr 2023-cü il tarixdə qəbzə imza edilməklə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş üzrə Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, mülki işə Cavabdeh3 iştirakı ilə baxılmış və qətnamənin məzmunu, ondan apellyasiya qaydasında şikayət vermə qaydası və müddəti , məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqları proses iştirakçılarına izah edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan 1 aylıq müddəti ötürərək 23 oktyabr 2023-cü il tarixdə apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə ərizə vermişdir. Cavabdeh prosessual müddətin bərpa edilməsi barədə ərizəsini qardaşının nəvəsinin xəstələnməsi səbəbindən onun müalicəsi ilə əlaqədar tez-tez Bakı şəhərinə getməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edərkən barəsində ambulator qaydada müalicə tədbirləri görülən azyaşlı X2 Cavabdeh3 deyil, onun qardaşı Cavabdeh6 nəvəsi olması, bundan başqa ərizəyə həmin uşağın Tibb Mərkəzində mütəmadi olaraq müalicə olunması barədə sənəd əlavə olunsa belə uşağın həqiqətən də Cavabdeh3 tərəfindən müalicələrə aparılması ilə bağlı mötəbər sübutların məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Qərardadda eyni zamanda qeyd edilir ki, hətta uşağın Cavabdeh3 tərəfindən müalicələrə aparılması qəbul edilsə belə, bu hal da üzrlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh3 məhkəmə qətnaməsinin surətini xx.xx.2023-cü il tarixdə şəxsən aldığına görə onun həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti həmin tarixdən hesablanmağa başlamış, azyaşlı Ramal Məmmədovun müalicəsi isə xx.xx.2023-cü il tarixdə, yəni prosessual müddətin 27 günü keçdikdən sonra başlamış, onun müalicəsi isə hər gün deyil, həftənin 1, 3 və 5-ci günləri aparılmışdır. Belə olan vəziyyətdə cavabdehin xx.xx.2023-cü il tarixdə və prosessual müddətin sonuncu günü olan xx.xx.2023cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermək imkanı olmuşdur. Lakin, cavabdeh bu müddətlər ərzində də apellyasiya şikayəti verməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş etibarnamədən görünür ki, cavabdeh apellyasiya şikayəti vermək üçün nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə etibarnamə vermiş, bu da onu deməyə əsas verir ki, cavabdehin nümayəndəsinin həmin tarixdə və ya ondan sonrakı iki gün ərzində apellyasiya şikayəti vermək üçün real imkanı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi cavabdeh Məmmədov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-404/2023 saylı qətnaməsinin surəti 18 sentyabr 2023-cü il tarixdə ona təqdim edilmiş, həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 ərizəsində göstərilənlər həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz. Bununla da Azərbaycan Respulikası MPMnin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət Cavabdeh3 tərəfindən üzrsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin normalarından göründüyü kimi Cavabdeh3 tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməsi müddəti buraxılmış və həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair şikayətinə əlavə edilmiş ərizədə göstərilənlər əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-404/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan prosessual müddətin üzürlü hesab edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X1 şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Azərbyacan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qəraında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiiyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)404/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2- 402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)404/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)404/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-280/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-280/2024
08.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver