Məhkəmə qərarları › İş №2(011)-32/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-32/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-32/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 34700 maant məbləğində əsas borcun, borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmış 6940 manat olmaqla, cəmi 41640 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Cavabdeh İddiaçı 2012-ci il tarixində 11000 manat məbləğində pul almışdır. 2015-ci ildə Mahirədən aldığı pulu ödəyə bilmədiyi üçün yaşadığı evi Mahirəyə və Ayselə vermişdir. Bu hal Cinayət işinin başlanılmasının rədd edilməsi barədə Nizami Rayon Polis İdarəsinin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X4, tərəflərin qarşılıqlı izahatları əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2023-cü il tarixli 4/1274 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsində müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 73-cü vərəqində olan qəbzdə “Mənim Mahirə müəlliməyə borcum 34000 m var və qızıl 8000 manat. 15 fevral 2020 il” yazıların sonundakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 5/1629 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsində müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzəridə olan əlyazılardakı “34000” rəqəmlərindən sonuncu “0” rəqəmi sonradan əlavə edilib. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “8000” rəqəmlərindən “8” rəqəmin yerində əvvəl “3” rəqəmi olub, sonradan üzərinə əlavə cizqi artıraraq indiki rəqəmə dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “2020 il”yazısı sonradan əlavə edilib. Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması (31 may 2016-cı il tarixinədək qüvvədə olan redaksiyada) Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.. (24 fevral 2023-cü il tarixinədək olan redaksiyada). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya cavabdehdən iddiaçının xeyrinə 34700 manat məbləğində əsas borcun tutulması tələbi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə 34700 manat məbləğində borc pul verdiyini sübuta yetirmək məqsədi ilə məhkəməyə, cavabdehin adından yazılmış 34000 və 8000 manat borcun etirafı ilə bağlı sənəd təqdim etmişdir. Həmin sənədin cavabdeh X3 tərəfindən imzalandığı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində öz təsdiqini tapsa da, ekspertiza nəticəsində sənəddə sonradan düzəlişlərin edildiyi və sənəddə olan rəqəmlərin əslində 3400 və 3000 olduğu müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş digər sübutları və cavabdeh X2 iştirak etdiyi məhkəmə iclaslarında 11000 manat məbləğində pulun İddiaçı aldığı, bunun müqabilində isə sonuncuya evini verdiyinə dair izahatlarını nəzərə alaraq, belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 11000 manat məbləğində borcun verildiyi sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Cavabdeh 11000 manat məbləğində borcun müqabilində İddiaçı 2 otaqlı evini verdiyini, bununla da öhdəliyini icra etdiyini iddia etsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı ilə Əliyev Sevil arasında mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı müqavilə bağlanılmamış, sözügedən mənzil isə üçüncü şəxslərin istifadəsi və sahibliyindədir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh borc aldığı pul vəsaitinin geri ödənilməsi ilə bağlı vəzifəsini icra etməmişdir. Odur ki, iddia 34000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasi hissəsində qismən təmin edilərək, 11000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaya borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmış 6940 manat olmaqla pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh Nizami Rayon Polis İdarəsinin 23-cü PB-də verilən izahatında borcun 2015-ci ildə qaytara bilmədiyinə görə guya özünə məxsus olan evi İddiaçı verdiyini göstərmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borcun geri qaytarılmasına dair öhdəliyin icrası müddəti 2015-ci ildə başa çatmış, lakin borclu öhdəliyini vaxtında icra etməmişdir. Odur ki, iddiaçı öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5 faizi tələb etməkdə haqlıdır. Lakin, həmin faiz məbləği iddiaçının iddia etdiyi kimi 34000 manatdan deyil, məhkəmə tərəfindən müəyyən edilmiş 11000 manat borc məbləğindən hesablanmalıdır. Buna görə də, iddia araşdırılan hissədə qismən təmin edilərək 3500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə əsas borcun, borcun gecikdirilməsinə görə illik 5 faizin tutulması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh əsas borca görə 11000 manat, borcun ödənilməsinin gecikdirildiyi vaxta görə illik 5 faiz olmaqla, 3500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə məhkəmə xərcinə daxil olan 196 manat məbləğində ekspertiza xərclərinin ödənilməsi ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə ekspertiza xərcinin ödənilməsi də Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 11000 (on bir manat) manat məbləğində borc pul, borcun ödənilməsinin gecikdirildiyi vaxta görə illik 5 faiz olmaqla, 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 196 (yüz doxsan altı) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar