Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-320/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 Cavabdeh1 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçılar İddiaçı1 və iddiaçı X2 xeyrinə 31490 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində sürücü (cavabdeh) Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi və (cavabdeh) Cavabdeh1 məxsus olan “Man Nutzfahrzeuge” markalı, ** OK *** d.q.n-lı nəqliyyat vasitəsi ilə yola bitişik ərazidən (nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahəsi) yola çıxarkən, yolda gedən (iddiaçı) İddiaçı2 məxsus olan (iddiaçı) İddiaçı1 idarə etdiyi “Mercedes” markalı, ** TD *** d.q.n-lı nəqliyyat vasitəsinə yol verməyərək yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı Abşeron RPİ DYPŞ-nın inspektoru, polis mayoru X4 tərəfindən icraat aparılmış və sürücü Cavabdeh2 təqsirli bilinərək barəsində xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Müstəqil əmtəəşünas ekspertin rəyinə əsasən hadisə nəticəsində “Mercedes” markalı, ** TD *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə 31490 manat məbləğində zərər dəymişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 sonradan ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 23956 manat məbləğində pul vəsaitinin iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və onların nümayəndəsi və vəkili Vəkil1 işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon DYPŞ xx.xx.2021-ci il tarixli TP4166529 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 “Man Nutzfahrzeuge” minik markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan AF 011935 saylı Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 avtomobil idarəetmə hüququ vardır. İş materiallarında olan AF 859700 saylı Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 avtomobil idarəetmə hüququ vardır. İş materiallarında olan X1 Ekspertizasının 4932 saylı ekspert rəyindən görünür ki, “Mercedes Benz E 300” markalı, ** TD *** d.q.n-lı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 29010 manat, işçilik xidmətləri isə 2480 manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 31490 manat təşkil edir. İş materiallarında olan İXP № ******* nömrəli xx.xx.2021-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Mercedes Benz E 300” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İddiaçı1 yol nəqliyyat hadisəsi edərək “Man Nutzfahrzeuge” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 3(004)- 1767/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Abşeron RPİ-nin DYPŞnin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və İddiaçı1 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan İXP № ******* nömrəli xx.xx.2021-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Man Nutzfahrzeuge” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 yol nəqliyyat hadisəsi edərək İddiaçı1 maddi zərər yetirmişdir və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 8/120 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Mercedes Benz E 300” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Man Nutzfahrzeuge” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı “Man Nutzfahrzeuge” markalı avtomobil dayanmış vəziyyətdə olduğundan onun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi üçün yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından yol-nəqliyyat hadisələri ekspertinin salahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9154 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, X1 ekspertizasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Mercedes Benz E 300” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28956 manat müəyyən edilir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-83/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iş üzrə Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Abşeron rayon Polis İdarəsinin Dövlət X7 göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı1 şikayətinin təmin olunması, Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və İddiaçı1 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan zərərçəkmiş şəxs Cavabdeh2 şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(004)-1767/2021 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(004)-1767/2021 saylı qəar ləğv edilmiş və İddiaçı1 barəsində başlanmış inzibati icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı ilə İddiaçı1 barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət, aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı1 idarə etdiyi avtmobillə Cavabdeh2 idarə etdi avtmobil toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində hər iki tərəf barəsində inzibati xəta haqqında icraat başlanmış, lakin İddiaçı1 şikayəti əsasında barəsində inzibati icraat haqqında işin başlanmasına dair qərar ləğv edilmiş və iş materialları yenidən baxılması üçün polis şöbəsinə göndərilmişdir. Hazırda isə polis şöbəsində aparılan araşdırmanın nəticəsi barədə hər hansı məlumat və ya sənəd məhkəməyə daxil olmamışdır. Cavabdeh bununla bağlı hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etsə də, məhkəmə hesab edir ki, polis şöbəsində aparılan araşdırma mülki iş üzrə icraatın dayandırılması üçün əsas deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında İddiaçı1 barəsində çıxarılmış inzibati icraatın başlanması barədə qərar ləğv edilmişdir. İşin hallarından həmçinin müəyyən edilir ki, “Mercedes Benz E 300” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 mülkiyyətindir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Man Nutzfahrzeuge” minik markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillə və həm də Cavabdeh2 tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan, vurulmuş ziyan Cavabdeh2 alınaraq avtomobilin mülkiyyətçisi İddiaçı2 ödənilməli, İddiaçı1nın iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, Cavabdeh2 yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı2 mülkiyyətində olan avtomobili vurması, məhkəmə iclasında verilmiş izahatlar, Cavabdeh2 inzibati xəta törətməsinə dair tərtib edilmiş protokolla (qərarla), ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirildi. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022ci il tarixli rəyindən də aydın olur ki, “Mercedes Benz E 300” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 28956 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və işin xüsusatlarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Man Nutzfahrzeuge” minik markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edildiyindən və buna görə də İddiaçı2 mülkiyyətində olan avtomobilə dəymiş ziyan bilavasitə Cavabdeh2 tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) onun tərəfindən törədildiyindən İddiaçı2 mülkiyyətində olan avtomobilinə dəymiş ziyan olan 28956 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı2nya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28956 (iyirmi səkkiz min doqquz yüz əlli altı) manat məbləğində vurulmuş maddi ziyan Cavabdeh2 alınaraq X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-320/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-320/2022
03.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver